CIEH Qida təhlükəsizliyi səviyyə-1

Baxış sayı:

QİDA TƏHLÜKƏSİZLİYİ

SƏVİYYƏ-1 KURSU

HSE.AZ MMC CIEH qida təhlükəsizliyi üzrə beynəlxalq kursları sizə e-learning / e-təlim formatında təqdim edir.

Kurs haqqında

Kurs kimə məxsusdur: CİEH (Chartered İnstitute of Environmental Health)

Kursun səviyyəsi: səviyyə 1 (giriş kursu)

Kursun dili: Azərbaycan

Kursun müddəti: tələbənin ayırdığı vaxtdan asılıdır. Bizim tövsiyyə etdiyimiz öyrənmə müddəti 5 saatdır.

Kursun modullarının sayı: 3

Kursun formatı: onlayn e-learning

 

E-learning nədir?

E-learning onlayn sistemdir. Hansı ki, burada təlim şirkəti tərəfindən müxtəlif kurslar yerləşdirilir. Sizə qeydiyyat olunduğunuz kursa daxil olmaq üçün login/parol göndərilir. E-mailinizə gələn login/paroldan istifadə edərək e-learning sistemdə şəxsi kabinetinizə daxil olursunuz və qeydiyyat olunduğunuz kurs üzrə tədris alırsınız.

Siz istədiyiniz vaxt kursdan çıxıb-daxil ola bilərsiniz. İnternet bağlantısının olduğu istənilən yerdə istənilən cihazla (komputer, laptop, planşet, smartfon) kursu daxil ola bilərsiniz.

Sizin şəxsi kabinetiniz 24/7 əlçatandır.

 

E-learning kursun üstünlükləri?

  • Bu formatda kurs sinif otağı kurslara nisbətən daha ucuzdur (məs: səviyyə-1 kursu sinif otağı olaraq 150 azn, e-learning olaraq isə 100 azn təşkil edir)
  • Özünüzün işlərinizə uyğun olaraq təhsilinizi davam etdirə bilirsiniz.
  • Kurs məkanına gəlmək üçün saatlarla yol gəlmək və ya yolda tıxacda qalmaq kimi probleminiz olmur.
  • Evdə, işdə, ictimai yerlərdə – istədiyiniz hər yerdə kursa daxil ola bilərsiniz.
  • Daha az enerji sərf edirsiniz və daha az karbon ayaq izinə (carbon footprint) sahib olursunuz ki, bununla da ətraf mühitin mühafizəsinə fərdi tövhənizi verirsiniz.
  • Kurs zamanı hər hansı sualınız olarsa təlimçiyə mesaj yazmaq imkanınız olur.

 

CIEH Qida təhlükəsizliyi səviyyə-1 kursunun e-learning formatına dair bir neçə görüntü

              

 

Kurs aşağıdakı modullardan ibarətdir

• Modul 1: Qida təhlükəsizliyinə giriş
– Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər
– Yaxşı və zəif qida təhlükəsizliyi standartlarının nəticələri
– Qida təhlükəsizliyi üzrə hüquqi öhdəliklər
– Qida təhlükəsizliyi təliminin önəmi

• Modul 2: Qida sahəsində təhlükələr
– Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması
– Bakteriaların qida sənayesində yaratdığı problemlər
– Bakteriaların çoxlaması üçün şəraitlər
– Hansı viruslar var və onlar bakterialardan nə ilə fərqlənir
– “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları
– Qida üzrə zəhərlənmələrin simptomları və daha çox risk altında olan insanlar
– Qida ilə məşğul olan işçilərin qida allergiyalarının qarşısının alınmasındakı rolu və vəzifələri

• Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika
– Bakteriaların ölməsi və ya çoxalmasının azaldılması üçün tələb olunan temperature
– Yaxşı şəxsi gigiyenanın qida çirklənməsinin azaldılmasındakı rolu
– Qida sahələrində həşəratlara (heyvanlara) nəzarət olunması
– Qidanın çatdırılması, saxlanılması üzrə prosedurlar.

Kursun qiymətləndirilməsi

10 sualdan ibarət test əsaslı qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CİEH Food safety level 1 (introductory) üzrə sertifikat (pdf ağ -qara) təqdim olunur.

Kursun qiyməti: 100 azn

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.