NEBOSH Award “İş yerində Risklərin İdarə Edilməsi və Risklərin Qiymətləndirilməsi”

Baxış sayı:

NEBOSH HSE “İş yerində Risklərin İdarə Edilməsi və Risklərin Qiymətləndirilməsi (Award) Böyük Britaniyanın sağlamlıq və təhlükəsizlik tənzimləyicisi orqanı ilə birgə hazırlanmış bir günlük, giriş səviyyəli kvalifikasiyadır. Bu kurs, HSE-nin (hse.gov.uk) iş yerindəki təhlükələrin yaratdığı risklərə nəzarət edilməsinə olan yanaşması əsasında hazırlanmışdır.

 

İş yerinizdə təhlükələrin yaratdığı sağlamlıq və təhlükəsizlik risklərinə effektiv şəkildə nəzarət etmək üçün risk qiymətləndirməsindən də daha artığı – sağlamlıq və təhlükəsizlik risklərinin idarə edilməsi üzrə sadə, praktik idarəetmə bacarıqlarınızı bu kursla inkişaf etdirin.

Qiymətləndirmə risklərin idarə edilməsinin son məhsulu deyil və müəssisələr başa düşməlidirlər ki, qiymətləndirilmiş risklərin aradan qaldırılması və ya nəzarəti ümumi prosesin daha vacib hissəsidir. Bu yeni kvalifikasiya təşkilatların riskləri proporsional şəkildə necə effektiv və davamlı şəkildə idarə edə biləcəyinə diqqət yetirir.”

Ron Macbeth, Risklərin Qiymətləndirilməsi üzrə Texniki Rəhbər, HSE.GOV.UK.

Kurs kimin üçündür?

“NEBOSH HSE Award İş yerində Risklərin İdarə Edilməsi və Riskin Qiymətləndirilməsi” risk qiymətləndirmələrini həyata keçirənlər də daxil olmaqla, iş yerində sağlamlıq və təhlükəsizlik risklərinin idarə edilməsində iştirak edən hər kəs üçün idealdır. Kursun mövzuları işəgötürənlər, menecerlər, supervayzerlər, həmkarlar ittifaqı nümayəndələri,  sağlamlıq və təhlükəsizlik nümayəndələri üçün xüsusilə faydalı olacaq.

 

İşəgötürənlər üçün üstünlüklər

İşdə Risklərin İdarə Edilməsi və Risklərin Qiymətləndirilməsi üzrə NEBOSH HSE Award kursu sizə köməklik edəcək:

– Təhlükəsiz və sağlam iş mühiti yaratmağa

– İşçiniz HSE-nin sağlamlıq və təhlükəsizlik risklərinin idarə edilməsinə hazırkı yanaşması ilə bağlı təlim keçməsinə

– Təşkilatınızın risklərin idarə edilməsi üzrə dəyərli daxili təcrübəyə malik olduğundan əmin olmağa

– Risk qiymətləndirmələrini düzgün şəkildə və lazımi standartda həyata keçirə bilmələri üçün komandalarınızı təkmilləşdirməyə

 

İşçilər üçün üstünlüklər

Bu kvalifikasiya sizə kömək edəcək:

– Təhlükələri müəyyən etməyə

– Sadə HSE alətlərindən istifadə etməklə aşağı və orta riskli iş sahələrində riskləri qiymətləndirməyə

– Riskləri uyğun  şəkildə qiymətləndirməyə

– Müvafiq nəzarət tədbirlərini müəyyən etməyə.

____________________________

Kursun mövzuları:

Bu kurs 3 elementdən ibarətdir:

Element 1: Niyə sağlamlıq və təhlükəsizlik risklərini idarə etmək lazımdır?

Element 2: Riskin idarə edilməsi / Riskləri müəyyən etmək və anlamaq. Riskin idarə edilməsi / Risklərə nəzarət

Element 3: Riskin idarə edilməsi: Məlumat mənbələri və HSE riskinin qiymətləndirilməsi alətlərinin tətbiqi

 

Təlim öyrənmə nəticələri:

– Sağlamlıq və təhlükəsizlik risklərinin idarə edilməsinin səbəbləri, o cümlədən cəlb edilmiş şəxslərin səriştəsi və müvafiq işçilərlə məsləhətləşmənin vacibliyi.

– Risk potensialının müəyyən edilməsini, başa düşülməsini və ona nəzarəti əhatə edəcək effektiv şəkildə risk idarə etmək.

– Riskin müəyyən edilməsinə və idarə olunmasına kömək etmək üçün məlumat mənbələrini haradan tapmaq və onların tətbiqi

– HSE riskinin qiymətləndirilməsi alətləri.

_____________________________

Tədris metodu

NEBOSH Qızıl Öyrənmə Partnyoru (Gold Learning Partner) olaraq biz şirkətdaxili seçimlər də daxil olmaqla müxtəlif çevik kurs formatları təklif edirik, beləliklə, təlimlər biznes ehtiyaclarınıza uyğun olaraq təşkil edilə bilər.

Hazırda biz bu kursu təklif edirik:

– Sinif otağı / üz-üzə

– Canlı onlayn (Zoom vasitəsilə)

– Şirkət daxili

– E-learning (tezliklə)

_______________________________

Qiymətləndirilmə

Bir günlük kvalifikasiyanın sonunda praktiki qiymətləndirmə yerinə yetiriləcək. Sizdən real iş yerinin videosuna baxmaq və mövcud riskləri necə idarə edəcəyinizi və prioritetləşdirəcəyinizi müəyyən etmək üçün risk qiymətləndirməsini tamamlamağınız xahiş olunacaq.

Qiymətləndirməyə qeydiyyat

Bütün qiymətləndirmə qeydiyyatları HSE.AZ MMC tərəfindən tamamlanacaqdır.

Qiymətləndirmə tarixləri

Bütün qiymətləndirmələr HSE.AZ MMC tərəfindən seçilmiş tarixdə keçirilir. Əlavə məlumat üçün bizimlə əlaqə saxlamalısınız.

Qiymətləndirmə nəticələri

Nəticələrinizi qiymətləndirmələrdə iştirak etdikdən sonra 24 iş günü ərzində alacaqsınız. İmtahandan uğurla keçdikdən sonra kvalifikasiya üzrə sertifikat sizə göndəriləcəkdir. Bu, adətən nəticənin müəyyən olunduğu gündən sonra 40 iş günü ərzində olur.

Qiymətləndirmə növü: Praktiki qiymətləndirmə

Qiymətləndirmə müddəti: Təxminən 1 saat

_________________________________

Kursun müddəti

Bu bir günlük kvalifikasiya qiymətləndirmə üçün bir saat da nəzərə alınmaqla minimum altı saatlıq tədrisi əhatə edir.

_________________________________

Kurs üzrə tələblər

Kurs materialını yaxşı qavramaq üçün tələbənin uyğun İngilis dili biliyinə malik olması vacibdir. İngilis dili bilik səviyyənizin kursa uyğunluğunu yoxlamaq üçün sizinlə onlayn görüş təyin edə bilərik.

_________________________________

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

Siz tapa bilərsiniz:

– Syllabus / kurs bələdçisi

– Kurs haqqında broşur

– NEBOSH  kurs kitabı nümunəsi

– Qiymətləndirmə prossesi haqqında broşur

– NEBOSH Siyasət və razılaşma şərtləri

– Kvalifikasiya üzrə inkişaf broşuru

https://www.nebosh.org.uk/qualifications/nebosh-hse-award-in-managing-risks/

https://www.nebosh.org.uk/policies-and-procedures/

__________________________________

Kursun ödənişi

“NEBOSH Risklərin idarə edilməsi və Riskin qiymətləndirilməsi” aşağıdakı ödənişləri əhatə edir:

– Kursun haqqı: 200 AZN

– Qiymətləndirmə üçün qeydiyyat haqqı: 130 AZN

– Ümumi: 330 azn

_________________________

Ümumi ödəniş əhatə edir:

– 1 günlük kurs

– NEBOSH kurs kitabı

– Nahar və qəhvə/çay fasilələri

– Qiymətləndirməyə qeydiyyat

– Sertifikat (tələbə imtahandan keçərsə)

 

Qeyd: Əgər yerləşdiyiniz yerə sertifikat göndərilməsini tələb edirsinizsə, kuryer xidməti üçün əlavə ödəniş tələb oluna bilər.

_____________________________

HSE.AZ MMC NEBOSH Gold Learning Partner / Qızıl Öyrənmə Partnyorudur və istədiyiniz ixtisasa nail olmaq üçün sizə hər şeyi təmin edir.

Nə təklif edirik?

– Çoxsaylı NEBOSH kvalifikasiyaları

– Sinif otağı, şirkət daxili, canlı onlayn tədris metodu

– 3 aya kimi faizsiz hissəli ödəniş imkanı

– NEBOSH tərəfindən təsdiq edilmiş tutorlar tərəfindən tədris

– Ehtiyaclarınızı müəyyən etmək üçün təyin olunmuş müştəri məsləhətçisi ilə kursdan əvvəl məsləhətləşmələr (üz-üzə, video konfrans, whatsapp, mobil telefon, e-poçt vasitəsilə)

– Original NEBOSH kurs kitabı (istəyə əsasən digital versiya – eBook)

– Praktiki qiymətləndirməni yerinə yetirmək üçün köməklik (əgər iş yeriniz yoxdursa)

– Qəhvə/çay və nahar

____________________________________

Əlaqə

Pulsuz konsultasiya və qeydiyyat üçün bizimlə əlaqə saxlayın

– Veb sayt: www.hse.az

– E-mail: info@hse.az

– Mobil/whatsapp: +994512067288

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.