Təkər təmiri zamanı işçi həyatını itirdi
Abşeronda təkər təmir edən şəxs faciəvi şəkildə öldü
Abşeronda şirkətdə avtomobilin təkəri partlayıb, ölən var.
“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 20-si saat 11 radələrində rayonun Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən “Şinkar Holding” MMC-yə məxsus yük avtomobillərinin müvəqqəti dayanacağında qeydə alınıb.
Belə ki, 1976-ci il təvəllüdlü Abdulxalıqov Nazim Babaverdi oğlu təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilinin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Foto şərtidir.