SƏTƏM üzrə koordinator
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək
- Ərazi üzrə yoxlama aparan işçilərin, yoxlama planını tərtib etmək və plan üzrə yoxlamaların aparılmasına nəzarət etmək
- İş sahələrində, müşahidələr apararaq SƏTƏM üzrə keçirilən təlimin effektivliyini yoxlamaq
- İş yerlərində SƏTƏM yoxlamaların (təftiş/inspection) və monitorinq işlərinin aparılması
- İş yerlərində Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi;
- Yanğın təhlükəsizliyi və Yanğınla ilkin mübarizə tədbirləri
- Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;
- SƏTƏM rəhbərinə aylıq hesabatın verilməsi
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
Namizədə dair tələblər:
- Müvafiq vəzifədə ən az 1 il iş təcrübəsi
- Azərbaycan dili biliyi, peşəkar ünsiyyət və yazışma
- İngilis dilində başlanğıc səviyyədə
- Sərbəst Microsoft Office istifadəçisi
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Tənqidi düşüncə və təhlil bacarıqları
- Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları
Qeyd: İş yeri Lökbatan qəsəbəsində yerləşir.
Maraqlanan namizədlər email ünvanına “Sətəm üzrə koordinator” başlığı ilə müraciət edə bilər.
hr2@azerbaijansupermarket.com
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az