SƏTƏM üzrə menecer
Vəzifə öhdəliyi:
- Şirkətdə Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
- Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər təklif etmək;
- İş şəraitində riskləri qiymətləndirmək və ona uyğun tədbirlər planını hazırlamaq;
- Sahədə mütamadi yoxlamalar apararaq nöqsan və qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək, onların aradan qaldırılması üzrə müvafiq prosedurlar hazırlayaraq tətbiq etmək;
- SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;
- Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimləri təşkil və təmin etmək;
- Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
- İş prosesində hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
- İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
- Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımlar atmaq;
- Tabeçiliyində olan şöbə əməkdaşlarını düzgün idarə etmək, onlar arasında tapşırıqları bölüşdürmək, fəaliyyətlərinə nəzarət edərək qiymətləndirmək.
Xüsusi tələblər:
- Kişi namizəd
- Əməyin təşkilinin əsaslarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını;
- SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasını;
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını;
- Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatlarını;
- Rus və ingilis dilləri yaxşı səviyyədə;
- Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.
- Texniki sahə üzrə ali təhsil;
- Yüksək davranış və ünsiyyəti;
- Düzgün təhliletmə və qərarverməni;
- Məsuliyyəti üzərinə götürmə və problemi həlletməni;
- Detallara diqqət yetirmə;
- Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi;
İş şəraiti:
- İş qrafiki: 5 günlük; 9:00-18:00;
- AR ƏM -nə müvafiq sənədləşmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun (800 – 1000 man) təyin olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu yerində “SƏTƏM üzrə menecer” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
CV:
n.jafarova@almettrading.com
Mənbə: jobsearch.az