SƏTƏM üzrə mühəndis
SƏTƏMM MÜHƏNDİS tələb olunur
İşə götürən: UNi CONSTRUCTİON MMC
Yaş həddi: 25-45
CV-nizi hr e-mail ünvanına göndərə bilərsiniz:
hr@uniconstruction.az
Mövzu hissəsində “SƏTƏMM MÜHƏNDİSİ” yazaraq göndərə bilərsini
İş barədə məlumat
– İş qrafiki : 6 günlük iş həftəsi
– İş şəraiti : Normal
Vəzifə öhdəliyi:
– Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək
İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək
– İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etmək
– Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanmasında iştirak etmək
– Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək
– İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək
– Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək
– İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək
– Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.
Namizədə tələblər
– Təhsil: Bakalavr
– İş təcrübəsi : 2-3 il
– MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı
– Sahə üzrə sertifikatların olması arzuolunandır
Əmək haqqı: 1700 azn
TİKİNTİ SAHƏSİ
Ağdam
Qeyd: Bu vakansiya, “Uni Construction” şirkətinin HSE.AZ-a müraciət əsasında paylaşılır.