SƏTƏM üzrə mühəndis

30 October 2022
Baxış sayı:

Bilməlidir:

  • Beynəlxalq Əməyin və Təhlükəsizlik İdarəetmə standartlarının (OHSAS) tələblərini;
  • Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis fəaliyyətinə aidiyyəti olan normativ və metodiki materialları;
  • Qida Təhlükəsizliyinin İdarəetmə Siyasətini;
  • Əməyin qorunması qayda və normaları, təhlükəsizliyin, istehsal sanitariya və şəxsi gigiyena, yanğına qarşı təhlükəsizlik qaydalarını.

Vəzifə funksiyaları:  

  • Beynəlxalq Əməyin və Təhlükəsizlik İdarəetmə standartlarının (OHSAS) tələblərini təmin etməlidir;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsini təşkil etməlidir;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
  • Texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında iştirak etməlidir;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis mövcud forma və qaydalara uyğun olaraq hesabatlar aparmalıdır;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
  • sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
  • əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
  • səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
  • aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
  • qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
  • iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
  • işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
  • istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
  • işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə;
  • xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə.

İş rejimi: I-V günlər iş vaxtı başlanır 9:00, bitir 17:00,  VI gün iş vaxtı başlanır 9:00 bitir 15:00. Nahar vaxtının başlama saatı 13:00, bitmə saatı 14:00. İstirahət günü – bazar günü (1 gün).

Əmək haqqı: Namizədin kvalifikasiyasına uyğun.

Cv:

elmira.mirzayeva@azermaya.az

Mənbə: jobsearch.az