SƏTƏM üzrə mütəxəssis
Ümumi vəzifə öhdəlikləri:
- SƏTƏM ilə əlaqədar müvafiq prosedurlar, qaydalar hazırlamaq və həyata keçirmək;
- Şirkətdə SƏTƏM üzrə müntəzəm olaraq auditlər keçirmək;
- SƏTƏM məsələləri üzrə təlimlər hazırlamaq və bütün işçiləri təlimatlandırmaq;
- SƏTƏM ilə əlaqədar illik büdcə hazırlamaq;
- Öz sahəsində dövlət təşkilatları və nümayəndəlikləri ilə əlaqəli olmaq;
- Şirkətin daxili təhlükəsizlik xidmətinə müntəzəm nəzarət etmək;
- İşçilərin tibbi müayinədən keçməklərini təşkil etmək;
- Mövcud SƏTƏM sistemlərini təkmilləşdirmək;
- Dövri hesabatlar hazırlamaq.
Tələblər:
- Ali Təhsil;
- SƏTƏM sahəsində ən azı 3 il iş təcrübəsi;
- SƏTƏM üzrə tələb olunan müvafiq sertifikatların olması;
- Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri bilmək;
- Dövlət orqanları tərəfindən həyata keçirilən yoxlamalardan müvaffəqiyyətlə keçmə təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (əla), rus (əla) və ingilis (yaxşı);
- MS Office proqramlarını yaxşı bilmək.
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “SƏTƏM üzrə mütəxəssis” qeyd edərək e-mail ünvanına müraciət etmələri xahiş olunur.
cv@r-pharm.com
Mənbə: jobsearch.az