SƏTƏM üzrə mütəxəssis
Namizədə Tələblər:
- Əməyin təhlükəsizliyi vəya müvafiq sahədə minimum bakalavr dərəcəsi
- Sahə üzrə 5-10 il təcrübə mütləqdir (qida istehsalı müəssisəsində təcrübə üstünlükdür)
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
- İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
- Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
- Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili təlimləri keçirmək;
- Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
- İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət ;
- İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
- Şirkətdə ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək;
- SƏTƏM standartlarını bütün işçi heyətinə tətbiq etmək;
- Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
- Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm qabaqlayıcı addımların atılması;
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması;
- Tələb olunan hesabatların vaxtında və qaydasında təqdim edilməsi.
Əmək haqqı: 900 – 1200 manat (təcrübədən asılı olaraq)
İş qrafiki: 6 günlük.
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis işləyir (Müəssisə Buzovna qəsəbəsində yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Mənbə: offer.az