SƏTƏM üzrə mütəxəssis
İşəgötürən: Kartaş LTD (Mr.Fix)
Vakansiya: SƏTƏM Mühəndisi
Son tarix: 20 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
-İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
-Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
-Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili təlimləri keçirmək;
-Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
-İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
-Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət ;
-İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
-Şirkətdə ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək;
-SƏTƏM standartlarını bütün işçi heyətinə tətbiq etmək;
-Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
-Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm qabaqlayıcı addımların atılması;
-Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması;
-Tələb olunan hesabatların vaxtında və qaydasında təqdim edilməsi.
Namizədə Tələblər:
-Əməyin təhlükəsizliyi və ya müvafiq sahədə minimum bakalavr dərəcəsi
-Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək.
-İş təcrübəsi- 1 il
Əmək haqqı namizədin bilik və bacarıqlarından asılıdır.
CV-nin göndərilməsi üçün e-mail: hr@mrfix.az