SƏTƏM üzrə mütəxəssis

25 November 2022
Baxış sayı:

İşiniz nələrdən ibarət olacaq?

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən etmək və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlamaq;
  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət etmək və qəbul olunmuş qərarların icrasını təmin etmək;​
  • Kənd təsərrüfatı texnikasının istismarı və təmiri zamanı SƏTƏM qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak etmək;​
  • Təbii mühitin qorunması, təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsindəki fəaliyyətini təhlil etmək və müvafiq arayış və hesabatlar hazırlamaq;
  • İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət etmək;​
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;​
  • İş planında və kollektiv müqavilələrdə əməyin mühafizəsi üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlamaq və təqdim etmək;​
  • Obyektlərin​ səs, vibrasiya, zərərli qaz, şualanma səviyyəsinin və s. ölçülməsinə nəzarət etmək;
  • İş paltarı, ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət etmək;
  • Müvafiq struktur bölmələri ilə birlikdə təhlükəsizlik qaydaları və normaları üzrə yeni layihələrin, standartların və digər sənədlərin baxılmasını təşkil etmək və müşavirə​ keçirmək;​
  • Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində, əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək;​
  • İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin müəyyənləşdirilməsi və ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;
  • İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ huquqi aktların tələbləri səviyyəsinə çatdırılması istiqamətində tədbirlər hazırlamaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərmək;
  • Qurğuların, aqreqatların, dəzgəhların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyalarının işində iştirak etmək;​
  • Qüvvədə olan təlimatların yenidən işlənməsini təşkil etmək, işçilərə təhlükəsiz iş üsulların öyrədilməsində, iş rəhbərlərinə metodiki yardım etmək;​
  • Əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunmasına nəzarət etmək, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə rəhbərliyə təqdimat vermək;
  • İş fəaliyyətini Əmək Məcəlləsi, əməyin mühafizəsi ilə bağlı norma və qaydalar və digər əlaqəli qanunvericilik aktlarına uyğun təşkil etmək;
  • Əməyin mühafizəsi işləri üzrə işləyib hazırladığı sənədləri baş mühəndislə müvafiq qaydada razılaşdırmaq;
  • Ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • Müəssisə rəhbərləri ilə birlikdə hadisənin səbəblərini təhlil etmək və bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlər görmək.

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
  • Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) bilikləri mütləq, ERP sistemləri üzrə biliklər arzuolunandır.

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Bakı şəhəri, Bakı Tekstil Parkı;
  • İş qrafiki:​ Bazar ertəsi-Cümə (09:30-18:30).

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/setem-uzre-mutexessis-5?sources=jobsearch.az