SƏTƏM üzrə mütəxəssis

09 March 2023
Baxış sayı:

İş saatları: Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

  • Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi.
  • Müəssisənin işçiləri tərəfindən SƏTƏM üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.
  • Müəssisənin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər təklif etmək.
  • İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq.
  • Sahədə mütamadi yoxlamalar apararaq qeydə almaq, üzə çıxmış nöqsan və qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək, onların aradan qaldırılması üzrə müvafiq prosedurlar hazırlayaraq tətbiq etmək. Aşkarlanan nöqsanların aidiyyatı üzrə çatdırılmak.
  • İşəgötürənə və işçilərə SƏTƏM üzrə tövsiyələr vermək.
  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi. İş şəraitində riskləri qiymətləndirməsi və ona uyğun tədbirlər planını hazırlaması.
  • İş yerində baş vermiş iş hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik edilməsi. hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim edilməsi.
  • SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirməsi.
  • Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanması.
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimləri təşkil və təmin edilməsi.
  • İşə qəbul olunan yeni işçilərə, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi. Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi.
  • Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılmasını təşkil edilməsi.
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi.
  • Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin  verməsi
  • SƏTƏM-ə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq, planının yerinə yetirilməsinə nəzarət.
  • İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının    hazırlanmasına nəzarət.
  • HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək.
  • Tələb olunan peşə sahiblərinə tibbi müayinələrin təşkili və nəzarət.
  • Müəssisənin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək.
  • İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək.
  • Əməyin mühafizəsinə dair yazılı göstərişlər vermək və icrasına nəzarət etmək.
  • İşçilərin, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında biliklərinin yoxlanması üzrə komissiyanın işinə nəzarət etmək.
  • İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim etmək.
  • SƏTƏM üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktlar    üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək.
  • SƏTƏM məsələləri üzrə Müəssisənin şöbə rəhbərlərindən müvafiq sənədlər tələb etmək və yoxlamaq, SƏTƏMM üzrə normativ hüquqi aktları  pozanlardan yazılı izahat tələb etmək.
  • Müəssisə rəhbərinin tapşırığı ilə SƏTƏM məsələləri müzakirə edilərkən dövlət orqanlarında və ictimai təşkilatlarda müəssisəni təmsil etmək.
  • Vahid Məlumat Reyestrində (yoxlama.gov.az portalda) qeyd olunmuş SƏTƏM-lə bağlıqanun əsasında müəssisədə hər hansı yoxlama aparılan səlahiyyətinə malik dövlət orqan (bundan sonra – yoxlayıcı orqan) tərəfindən  aparılan yoxlamalara tam və operativ məlumatın nəzərdən keçirmək, əldə etmək, aid olan şöbələrə və rəhbərliyə çatdırmaq, yaranan uyğunsuzluqların baş verməməsi üçün hazırlama işlərə və düzəldici  tədbirlərə nəzarət etmək.
  • Müəyyən olunmuş qaydada SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və ya SƏTƏM üzrə qaydaları, normaları və təlimatları kobud surətdə pozan işçilər barədə şöbə rəhbərlərinə lazımi tədbirlərin görülməsi üçün məlumat vermək;
  • Müəssisənin ərazilərdə, restoranlarda sanitar gigiyena qaydalarına nəzarət.
  • Aylıq və İllik hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Müəssisə Rəhbərinin və SƏTƏM üzrə  funksional rəhbərinin verdiyi bütün tapşırıqları yerinə yetirmək. 

Bilik və bacarıqlar:

  • SƏTƏM üzrə əmək qanunvericiliyi və texniki təhlükəsizlik
  • Təhlükəsiz iş metodları üzrə biliklər
  • Təhlükələrin və risklərin müəyyən edilməsi
  • Təlim və inkişafa meyilli olmaq.
  • Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq
  • Prinsip və dəyərlərə sadiqlik

Namizədlərə dair irəli sürülən tələblər:

  • Ali təhsil
  • Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzu olunandır;
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “SƏTƏM üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə,  CV formalarını 06 Aprel 2023 tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.

careers.exc@pmdhospitality.az

 

 

Mənbə: jobsearch.az