SƏTƏM üzrə mütəxəssis

28 March 2022
Baxış sayı:

 Son tarix 28 apr 2022 Mühəndislik

Vəzifələr:

  • Filialda əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi, təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi üzrə işlərin təşkili, iş yerlərinin və istehsalat avadanlıqlarının təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə uyğunluğunun attestasiyası və sertifikatlaşdırılması, nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkil və təmin edilməsi, həmçinin müvafiq təlimlərin təmin edilməsində məsləhətlər vermək;
  • Zərərli və təhlükəli istehsal amillərinin təsirindən mühafizə vasitələrinin daha təkmil layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və təqdim edilməsində iştirak etmək;
  • Əməyin mühafizəsi təlimatlarının, müəssisə standartlarının vaxtında işlənib hazırlanmasını və onlara yenidən baxılmasını təmin etmək;
  • Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
  • Filialın SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək və fəaliyyətin təkmilləşdirilməsi və ya düzəldilməsi üçün tədbirlər təklif etmək;
  • SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;
  • SƏTƏM üzrə illik məqsədlər və hədəflər qoymaq və həyata keçirmək.

Tələblər:

  • Texniki sahə üzrə ali ixtisas təhsili;
  • Tələb olunan vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
  • Müvafiq vəzifə üzrə sertifikatlara malik olması
  • Sürücülük təcrübəsi arzu olunandır.
  • MS Office proqramları
  • Planlama və təşkiletmə bacarığı
  • Məsuliyyət götürmə və hesabat vermə bacarığı

İş Şəraiti:

  • Qalmağa yerlə təmin edilir
  • Gündəlik 3 dəfə qidalanma
  • ARƏM-nə uyğun sənədləşmə
  • İş Füzuli rayonunda yerləşir.
  • Əmək haqqı – 1000 manat

Qeyd: Tələblərə cavab verən namizədlər, öz CV-lərinigmail ünvanına göndərə bilərlər.

gultas.hr@gmail.com

Mənbə: jobsearch.az