SƏTƏM üzrə mütəxəssis

01 June 2022
Baxış sayı:

İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis).

Xəritədə yeri: Ətraflı bu keçiddə.

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: 800-1200 AZN  (namizədin biliyindən aslı olaraq)
  • İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi. İstirahət: Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri:  Azərbaycan, rus, ingilis dili – yaxşı səviyyədə
  • Bu sahə üzrə 3-5 il iş təcrübəsi olmalıdır;
  • Bu sahə üzrə sertifikatı olmalıdır;
  • Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer;
  • Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil olmalıdır;
  • Geyim qaydalarına və geyim formasına riayət etmək;
  • Tək və komandada işləmə bacarığı olmalı;
  • Əmək intizamının yüksək olması;
  • Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi.

Bilməlidir:

  • Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;
  • Kargüzarlıq və sənəd dövriyyəsi işlərini;

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
  • İşi düzgün və operativ aparmaq  üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
  • İş ilə bağlı yaranan çatışmazlıqlar/problemlər/nasazıqlar/pozuntular/təhlükələr haqqında rəhbərliyə məlumat verməli;
  • İş ilə bağlı ezamiyyətlərə getməli;
  • Bütün zəruri sənədlərin hazırlanması;
  • Şirkətdə Təhlükəsizliyin İdarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
  • Şirkətin bütün  işçi heyətini  təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
  • Təhlükəsiz iş şəraiti  yaratmaq və şirkətdaxili siyasət yeritmək;
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar  keçirmək;
  • Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
  • Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
  • İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
  • Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
  • Zərərli maddələrin toplanmasını və saxlanılmasını təmin etmək;
  • Səs-küylük araşdırmalarını, atmosfer müşahidələrini, hava dövriyyəsi araşdırmalarını, gigiyena proqramlarını tərtib etmək;
  • İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbələrinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
  • Şirkətdə  keyfiyyətə nəzarət sistemini, ətraf mühitin qorunması və  əməyin, sağlamlığın mühafizəsi  sistemini yaratmaq və  tətbiq etmək;
  • Sahədə işlərin İş icazəsinə əsasən  aparılmasını təmin etmək;
  • SƏTƏM və KN standartlarını bütün işçi heyətinə tətbiq etmək;
  • İşçilər ilə mütamadi təhlükəsizlik mövzularında tədrislərin təşkili, İş icazəsi,  Risklərin Qiymətləndirilməsi kimi təlimləri keçirmək;
  • Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
  • Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımların atılması;
  • İş şəraitinin, avadanlıqların və təcrübələrin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
  • Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək;
  • Yeni işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək və bununla əlaqədar dərslikləri tərtib etmək;
  • KPİ sisteminin hazırlanması və şirkətdaxili tətbiqi;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM `ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması;
  • Şirkətin Keyfiyyətin İdarə olunması proqramının tətbiq olunması və şirkətdaxili auditin keçirilməsi.
  • Vəzifəsi  ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində  KSƏTƏM üzrə mütəxəssis göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Hr@caspianservices.az

 

Mənbə: jobsearch.az