SƏTƏM üzrə mütəxəssis

06 July 2022
Baxış sayı:

Namizədə dair tələblər: 

  • Ali təhsil
  • İngilis dili biliyi
  • MS Office proqram bilikləri
  • FHN Sertifikatı
  • Sürücülük vəsiqəsi (B-kateqoriya)
  • Ezamiyyətə hazır olmaq

Vəzifə öhdəlikləri:  

  • İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək
  • İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək
  • Bədbəxt hadisələrin tədqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək
  • İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların və lövhələrin siyahısını tərtib etmək
  • Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək
  • Qurğu və avadanlıqlarına vaxtaşırı sınaqların, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək
  • Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etmək
  • İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək
  • İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək
  • Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq
  • Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək

Əlavə təminatlar:  

  • Nahar xidməti
  • Korporativ nömrə
  • Yanacaq xərci

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sətəm üzrə mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur

cv@oba.az

 

 

Mənbə: jobsearch.az