IOSH Menecerlər üçün yanğın təhlükəsizliyi
Peşə Təhlükəsizliyi və Sağlamlığı İnstitutunun (IOSH) 4254 nömrəli kurs provayderi olaraq HSE.AZ MMC sizə yeni kursu təqdim edir.
IOSH “Menecerlər üçün yanğın təhlükəsizliyi” kursu.
Giriş
Hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çox sayda yanğın hadisələri baş verir. Bunun da nəticəsində insanlar həyatını itirir, müxtəlif xəsarətlər alır, əmlaka və ətraf mühitə ziyan dəyir. İşəgötürənin sağlamlıq və təhlükəsizliklə bağlı ümumi öhdəlikləri ilə yanaşı, yanğın təhlükəsizliyi ilə bağlı da məsuliyyəti var. İstər yerli qanunvericilikdə, istərsə də beynəlxalq qaydalarda bu öhdəliklər müəyyən olunub. İş yerlərində rəhbər şəxslər qərar qəbul edən tərəf olaraq sağlamlıq və təhlükəsizliyə təsirləri böyükdür. Müsbət mədəniyyət, bilik və liderlik sayəsində rəhbər şəxslər iş yerində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin ümhafizəsi ilə bağlı ciddi addımlar ata bilərlər.
IOSH “Menecerlər üçün yanğın təhlükəsizliyi” kursu iş yerində rəhbər şəxslərin (menecerlər, supervayzerlər və digər) yanğın təhlükəsizliyi ilə bağlı biliyinin artırılmasına, biliyin tətbiqinə köməklik edəcəyinə inanırıq.
Kurs kimlər üçündür?
- Menecerlər
- Supervayzerlər
- İş yerində yanğın təhlükəsizliyinə cavabdeh şəxslər
- Yanğın təhlükəsizliyi üzrə biliyini inkişaf etdirmək istəyən istənilən şəxs
Kursun müddəti
- Kurs 5-6 saatlıq müddəti əhatə etməklə 1 gün ərzində tədris olunur
Təlimçi
- Rüstəm Abdullayev
Kursun modulları
- İşəgötürənin öhdəlikləri
- Yanğın. Yanğın təhlükəsizliyi tədbirləri
- Yanğın təhlükəsizliyi üzrə riskin qiymətləndirilməsi
- Yanğın təhlükəsizliyi üzrə mədəniyyətin formalaşdırılması
Praktiki tapşırıqlar
- Kursun hər modulunda fərqli praktiki tapşırıq yerinə yetirilir
- Hər modulda sual-cavab sessiyası təşkil olunur
- 3-cü modulda yanğın təhlükəsizliyi üzrə riskin qiymətləndirilməsi tapşırığı yerinə yetirilir
Qiymətləndirmə
- Kursun sonunda 15 ədəd test əsaslı sualdan ibarət qiymətləndirmə təşkil olunur. Ümumi toplam bal 25-dir. Keçid balı 18 baldır.
Təminatlar
- IOSH Menecerlər üçün yanğın təhlükəsizliyi kurs kitabı
- İnteraktiv kurs
- Praktiki tapşırıqlar
- Çay və nahar fasiləsi
- Fərdi müştərilər üçün iki aylıq hissəli ödəniş imkanı
Kursu uğurlar tamamlayan iştirakçılara IOSH “Menecerlər üçün yanğın təhlükəsizliyi” sertifikatı təqdim olunacaq. Sertifikat kurs tamamlandıqdan sonrakı 7 gün ərzində digital formatda təqdim olunur.
Kursun qiyməti
- 250 azn
Əlaqə vasitələri
- Mobil nömrələr: +994512067288 . +994102532388
- E-mail: info@hse.az