“www.HSE.az” 13 Yanvar 2018-ci ildə təsis edilmiş və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə maarifləndirmə işini müxtəlif yollarla həyata keçirən portaldır. Portal 25.05.2018-ci il tarixində 2904927371 saylı VÖEN ilə dövlət qeydiyyatından keçməklə “Məhdud Məsuliyyətli Cəmiyyət” (“HSE.AZ” MMC) formasında “Sağlam və təhlükəsiz Azərbaycan üçün” şüarı ilə fəaliyyət göstərir.

  • Vizyonumuz – Azərbaycanda xəstəlik və xəsarətlərdən azad, xoşbəxt iş mühitinin formalaşmasında, insanların peşə sağlamlığı, əməyin mühafizəsi və ətraf mühit məsələlərində maarifləndirikmisində paya sahib olmaq.
  • Missiyamız – Biz, bütün peşə qəzaları və xəstəliklərinin qarşısının alına bilinən olduğuna inanırıq. Biz həm də inanırıq ki, düzgün və keyfiyyətli maarifləndirmə metodlarından istifadə etməklə insanların təhlükə və risklərdən daha da çox agah olmasını, onlarda risk əsaslı yanaşmanı və davranışı, beləliklə də mədəniyyəti formalaşdırmaqla ciddi qəzalardan yayınmaq və ya nəticələrini azaltmaq mümkündür. Bu mənada, qarşımızdakı vizyona çatmaq üçün missiyamız müxtəlif üsullarla maarifləndirmə işini həyata keçirmək və Azərbaycanın təlim sahəsində qabaqcıl mövqeyə malik olmaqdır.
2019-cu ilin İyun ayından etibarən “Peşə Təhlükəsizliyi və Sağlamlığı İnstitutu”nun (IOSH) “Təhlükəsiz iş” kursunun, Sentyabr ayından “Təhlükəsiz idarəetmə”, Dekabr ayından etibarən isə “Yanğın təhlükəsizliyi” kurslarının lisenziyalarını əldə edərək Azərbaycanda ilk dəfə IOSH-un 3 fərqli kursunu təşkil edən bir şirkətə çevrildik.
2020 Fevral ayında isə Böyük Britaniyanın dünyaca məşhur növbəti bir İnstitutu ilə əlaqələr qurduq və “Ətraf mühit və Sağlamlıq İnstitutu”nun (CIEH) “Qida təhlükəsizliyi” üzrə hər üç səviyyə kurslarının lisenziyasını əldə etdik.
2020 İyul ayında biz Dünyaca məşhur növbəti bir təşkilatla çalışmağa başladıq. ABŞ-ın “Amerika Ürək Assosiasiyası”nın (AHA) “Təməl Həyata Dəstək” ilk yardım kursunun təşkili üzrə Azərbaycanda “Beynəlxalq Təlim Mərkəzi” statusunu əkdə etdik.
2021-ci il Mart ayından etibarən "HSE.AZ" MMC bütün Dünyada məşhur olan növbəti bir təşkilatın təlim mərkəzi adını qazandı. Belə ki, artıq biz sizə ABŞ-ın "Milli Təhlükəsizlik Şurası / National Safety Council"un "Təhlükəsiz sürücülük / Defensive driving" kursunu təqdim edirik. Bu kursdan əldə edəcəyiniz bilik sayəsində daha təhlükəsiz sürücü kimi formalaşacaqsınız ki, bu da yol nəqliyyat hadisələrinin sayının azalmasına təsir edəcək.
Fəxr hissi ilə bildirmək istərdik ki, 2022-ci ilin 20 Aprel tarixindən etibarən NEBOSH Qızıl Öyrənmə Partnyoru statusunu əldə etdik. NEBOSH təlim mərkəzi nömrəmiz - 1686. The National Examination Board in Occupational Safety and Health (NEBOSH) sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə kvalifikasiya təklif edən dünyanın ən iri imtahan şurasıdır . NEBOSH-un təklif etdiyi kvalifikasiyalar qlobal bazarda dövlətlər və demək olar bütün iri işəgötürənlər tərəfindən tanınır.
HSE.AZ MMC-nin 08 Dekabr 2023-cü ildən Risk və Təhlükəsizliyin İdarə edilməsi üzrə Beynəlxalq İnstitutun rəsmi təsdiq olunmuş təlim provayderi statusunu əldə etməyi bildirməyimizdən məmnunuq. HSE.AZ sizlərə İİRSM-nin "Risklərin idarə edilməsinin əsasları" kursunu təklif edəcək. İİRSM Dünyada risklərin idarə edilməsi üzrə peşəkar bir təşkilatdır.

Biz, peşə sağlamlığı, əməyin mühafizə və ətraf mühit məsələlərində insanların maarifləndirilməsi, qəzaların qarşısının alınması və ya riskin azaldılmasını, daha sağlam və təhlükəsiz iş mühitinin yaradılması və xoşbəxt işçi heyətinin formalaşdırılmasını aşağıdakı xidmət və məhsullarla təmin edirik:

  • Yerli və beynəlxalq təlim kurslarının təşkili
  • İş yerlərində audit və konsultasiya işinin yerinə yetirilməsi
  • Peşə sağlamlığı və əməyin mühafizəsi sahəsində çalışan, eləcə də digər işçi heyətinin biliklərinin qiymətləndirilməsi
  • Fövqəladə hallar üzrə təxliyyə xəritələrinin hazırlanması
  • Giriş təlimatlarının video-animadiya formatında hazırlanması
  • İnsanların maariflənməsi üçün ödənişsiz mövzuların təqdim olunması
  • Yüklənə bilən oxu materiallarının təmin olunması
  • Yeni iş imkanlarının (vakansiyaların) təqdim olunması
  • Ölkəmizdə və Dünyada baş verən xəbərlərin təmin olunması
  • Yaşanmış həyat hekayələrinin izləyicilərə çatdırılması
  • “İnsana dəyər” adlı insan resursları və SƏTƏM jurnalının hazırlanması
  • Rüblük dərc olunan jurnalda, veb saytımızda və sosial şəbəkə səhifələrimizdə reklam xidmətərinin təklif

Rüstəm Abdullayev

TechIOSH / ACIEH
Həmtəsisçi
Təlimçi

Orxan Səfərli

SHRM SCP
Həmtəsisçi
İctimaiyyətlə əlaqələr üzrə menecer

Mircavad Fətullayev

Baş direktor

Yaqub Tağızadə

Mühafizə əməkdaşlarının hazırlanması üzrə təlimçi

Aysel Cəlilova

Qida təhlükəsizliyi üzrə təlimçi

Dr. Xəyal Mehtiyev

AHA təsdiqli BLS təlimçi

Dr. Tural Həsənov

AHA təsdiqli BLS təlimçi

Rəşad Bəkdəmirli

SƏTƏM üzrə təlimçi

Sizin təlimlərə necə qoşulmaq olar?

Təlimlərə qoşulmaq üçün:

  • Kurslar bölməsindəki istədiyiniz mövzuya daxil olaraq “Qeydiyyatdan keç” bölməsini müvafiq formada doldurub təsdiq edirsiniz. Və ya…
  • training@hse.az ünvanına e-mail ilə müraciət edə bilərsiniz. Və ya…
  • Mobil nömrələrdən isə 0775471090 ilə yığmaqla təlimlər haqqında məlumat ala, qeydiyyatdan keçə bilərsiniz.
  • Təlim kursundan əvvəl sizə “HSE.AZ Qeydiyyat forması” göndərilir. Siz həmin formanı müvafiq olaraq doldurub bizə geri göndərirsiniz. Qeydiyyatınızı qəbul olunması ilə bağlı təsdiq mesajı alacaqsınız
Kursu bitirdikdən sonra sertifikat əldə edə bilirikmi?

Təşkil etdiyimiz bütün beynəlxalq və yerli kursların sonunda sertifikat təqdim olunur. Təşkil etdiyimiz bəzi vebinarlardan sonra sertifikat təqdim olunmaya bilər. Bununla bağlı əvvəlcədən iştirakçı məlumatlandırılır.

Bir təlimin müddəti nə qədər çəkir?

Təlim kursunun proqramından, lisenziyasının məxsus olduğu beynəlxalq təşkilatın tələblərindən asılıq olaraq kursların tədris müddəti fərqlidir. Kurslar yarım günlük (4 saat), 1 günlük (5-7 saat), 2 günlük, 3 günlük və daha çox ola bilər.

Təlimlər zamanı bir qrupda nə qədər iştirakçı olur?

Beynəlxalq kursların lisenziyasının məxsus olduğu təşkilatların tələblərindən asılı olaraq iştirakçı sayı dəyişə bilir. AHA BLS kursunda iştirakçı sayı təlimçi sayı və praktiki avadanlıqların sayına görə müəyyən olunur. Məsələn, 6 tələbə üçün 1 təlimçi. Normalda isə, maksimum iştirakçı sayı təlimin effektivliyi üçün 10-12 nəfər təyin olunur.

Təlimlər neçə saat davam edir və həftədə neçə gün olur?

İOSH “Təhlükəsiz iş” kursu 1 günlük (6 saatlıq) kursdur. İOSH “Yanğın təhlükəsizliyi üzrə məlumatlandırma” kursu 1 günlük (5 saatlıq) kursdur. İOSH “Təhlükəsiz idarəetmə” kursu 22 saatlıq kursdur ki, bunun da tədris olunma günləri və saatları iştirak edəcək tələblərlə əvvəlcədən razılaşdırılır. AHA BLS kurs yarım günlük kursdur. Biz bu kursu 5-6 saat ərzində təşkil edirik. CİEH “qida təhlükəsizliyi” kursları müvafiq olaraq səviyyə-1 bir günlük, səviyyə-2 2 günlük, səviyyə-3 üç günlük kurslardır.

Saytdan onlayn qeydiyyatdan keçmək mümkündürmü?

Bəli, mümkündür. Bunun üçün kurslar bölməsindəki alt bölmələrdən birini seçib istədiyiniz mövzuya daxil olursunuz. Kursun müövzusunun ən aşağısında “Qeydiyyatdan keç2 düyməsini sıxıb müvafiq formada qeydiyyatdan keçərək təsdiq düyməsini sıxırsınız.

Kursun proqramı ilə necə tanış ola bilərəm?

Təşkil etdiyimiz kursların proqramı haqqında ətraflı məlumat hər bir kursun daxilində yerləşdirilib. Sizdə yaranacaq əlavə suallar üçün isə training@hse.az e0mail yazmaqla əlavə məlumat ala bilərsiniz.

Şirkətimiz haqqında və təqdim etdiyimiz xidmətlər barədə əlavə sual və təkliflərinizlə bağlı bizimlə əlaqə saxlaya bilərsiniz.