İş yerində narkotik / spirtli içki istifadəsi – Drug & alcohol abuse at work
Zaman-zaman iş yerlərində həm qanunvericiliyin, həm də şirkət daxili qaydaların əleyhinə olan narkotik, qadağan olunmuş dərman preparatları, həm də spirtli içkidən istifadəyə dair hallarla rastlaşılır. Bu tip vəziyyətlərdə işçiləri necə müəyyən etməli, onlarla necə davranmalı, iş yerində bu vasitələrdən istifadəyə qarşı tədbirlər çox önəmlidir.
Bu kursumuzda biz qeyd olunan təhlükə və nəzarət tədbirləri haqqında danışacayıq.
Kursun mövzuları:
Tanışlıq və giriş
Narkotik, psixotrop, dərman vasitələri, spirtli içki və onların istifadəçiləri:
– İstifadə olunan vasitələrin təsnifatı və növləri
– Ən çox istifadə olunanlar
– İstifadəyə başlama və şərait
– Kimlər daha çox qurbana çevrilir?
– Müalicə məqsədilə dərman vasitələrindən istifadə və iş yerlərində müvafiq icazə
Narkotik, psixotrop vasitələrin və spirtli içkilərin insan orqanizminə fəsadları:
– İstifadəçilərdə yaranan simtomlar
– İstifadəçiləri necə tanımalı?
– İstifadəçilərin fiziki və mənəvi dəyişikliyi
– Vasitələrin yaratdığı xəstəliklər və mümkün müalicə üsulları
Dövlət qanunvericiliyi:
– Narkotik və psixotrop vasitələrin qanunvericiklə istifadəsi və qadağan olunması
– Cinayət məsuliyyəti və Ədliyyə təyinatı
– Qanunvericiklə qadağan olunmuş vasitələrin təsnifatı
– Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar
İş yerlərində narkotik, psixotrop vasitələrlə və spirtli içki ilə mübarizə üzrə tədbirlər:
– İş yerlərində nəzarət və davamlı monitorinq tədbirləri
– Narkotik və psixotrop vasitələrlə və spirtli içki ilə mübarizədə İşəgötürən müəssisənin öhdəlikləri
– Narkotik və psixotrop vasitələrlə və spirtli içki ilə mübarizədə İşçilərin öhdəlikləri
– İstifadə halları aşkar edildikdə İşəgötürənin və İşçilərin öhdəlikləri, həmçinin qanunvericiliyin tələblərinin yerinə yetirilməsi
– İstifadə hallarının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı və maarifləndirici tədbirlər
Kursun müddəti: 3 saat
Təlimçi: Pərviz Feyzullayev