CIEH Qida təhlükəsizliyi səviyyə-1

Baxış sayı:

“HSE.AZ” MMC növbəti dəfə yeni Dünya şöhrətli bir təşkilatın rəsmi təsdiq olunmuş kurs provayderi adını qazanmışdır. Böyük Britaniyanın CİEH təşkilatının kurs provayderi olaraq biz sizə “Qida təhlükəsizliyi” hər 3 səviyyə əsasında kursları təklif edirik.

Level 1
Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 1 kursu bu sahəyə yeni başlayan şəxslər üçün olduqca yaxşı bir yoldur.

Kurs kimlər üçündür?
• Qida təhlükəsizliyində yeni olan hər kəs üçün
• Xüsusilə məktəb, universitetlərdə istifadəsi üzrə ideal bir kursdur
• Aşağı riskli iş mühitində çalışan işçilər üçün
• İşdə və evdə qidanın hazırlanmasına cəlb olunan hər kəs üçün

Kursun modulları:
• Modul 1: Qida təhlükəsizliyinə giriş
– Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər
– Yaxşı və zəif qida təhlükəsizliyi standartlarının nəticələri
– Qida təhlükəsizliyi üzrə hüquqi öhdəliklər
– Qida təhlükəsizliyi təliminin önəmi

• Modul 2: Qida sahəsində təhlükələr
– Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması
– Bakteriaların qida sənayesində yaratdığı problemlər
– Bakteriaların çoxlaması üçün şəraitlər
– Hansı viruslar var və onlar bakterialardan nə ilə fərqlənir
– “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları
– Qida üzrə zəhərlənmələrin simptomları və daha çox risk altında olan insanlar
– Qida ilə məşğul olan işçilərin qida allergiyalarının qarşısının alınmasındakı rolu və vəzifələri

• Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika
– Bakteriaların ölməsi və ya çoxalmasının azaldılması üçün tələb olunan temperature
– Yaxşı şəxsi gigiyenanın qida çirklənməsinin azaldılmasındakı rolu
– Qida sahələrində həşəratlara (heyvanlara) nəzarət olunması
– Qidanın çatdırılması, saxlanılması üzrə prosedurlar.

Kurs zamanı hər modul üzrə interaktiv sual-cavablar təşkil olunacaq. Bu isə, sizin materialı daha yaxşı qavramağınıza yardım edəcək.

Kursun müddəti: 1 gün (10.00 – 16.00)

Kursun qiymətləndirilməsi: 10 sualdan ibarət test əsaslı qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CİEH Food safety level 1 üzrə sertifikat təqdim olunur.
Şirkətlər üçün Qida təhlükəsizliyi hər 3 səviyyə üzrə kurslara korporativ təkliflərimiz mövcuddur.

Kurslar həm sinifotağı əsaslı, həm də onlayn video konfrans formatında təşkil oluna bilər.

 

Qiymət: 150 azn

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.