CIEH Qida təhlükəsizliyi səviyyə-3
“HSE.AZ” MMC növbəti dəfə yeni Dünya şöhrətli bir təşkilatın rəsmi təsdiq olunmuş kurs provayderi adını qazanmışdır. Böyük Britaniyanın CİEH təşkilatının kurs provayderi olaraq biz sizə “Qida təhlükəsizliyi” hər 3 səviyyə əsasında kursları təklif edirik.
Level 3
Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 3 menecer və supervayzerlər üçün nəzərdə tutulmuşdur. Standarta uyğun olaraq bütün iş yerlərində minimum 1 nəfərin qida təhlükəsizliyi səviyyə 3 üzrə təlimli olması tövsiyyə olunur.
Kurs kimlər üçündür?
Qida sahəsində digərlərinə supervayzerlik və menecerlik edən şəxslər üçün
“Foundation” – səviyyə 2-dən daha da inkişaf etmək istəyən şəxslər üçün
Kursun modulları:
• Modul 1: Qida təhlükəsizliyinə giriş
– Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər
– Qida təhlükəsizliyi üzrə zəif standartın nəticələri
– Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması
– Qida xəstəlikləri ilə bağlı məruzə olunan hadisələrdəki trendlər
– Qida təhlükəsizliyi üzrə supervayzerin vəzifələri və vəzifələrini uğurla yeriə yetirmək üçün tələb olunan bacarıqlar
– Qida sənayesində çalışan təşkilatlara olan hüquqi tələblər
– Qida sənayesi üzrə yerli və səlahiyyətli qurumların gücü və vəzifələri
– Müvafiq nəzarət orqanına dəstəkdə supervayzerin vəzifələri
– Qida təhlükəsizliyi üzrə tələblərin pozulmasına görə nəzərdə tutulan tədbirlər
• Modul 2: Qida sahəsində təhlükələr
– Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması
– Bakterial çirklənmənin müəyyən olunması
– Bakteriaların çoxlaması üçün şəraitlər
– Spore və toksinlər tərəfindən yaradılan risklər
– Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması
– Viruslar nədir və onlar bakteriadan necə fərqlənir
– “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları
– Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları
– Qida ilə bağlı xəstəliklərin mənbəyi və simtomları
– Metal, zəhərli bitki və balıqlar vasitəsilə xəstəliklərin yaranması
– Qida ilə bağlı məkanlarda allerginlərə nəzarət olunmasının vacibliyi və metodları
– Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
– Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
– Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər
• Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika
– Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları
– Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru
– İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru
– Qida biznesində təmiz prosesin getməsində məkanın dizaynı, tikintisinin rolu
– Həşəratlara nəzarətin vacibliyi və metodları
– Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.
• Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi
– HACCP sisteminin məqsədi
– HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər və system daxilində supervayzerin rolu
– HACCP prosesinin proseduru və ilkin mərhələləri
– Təhlükə analizinin aparılmasına olan tələblər və onun görüləcək tədbirləri prioritetləşdirmədə rolu
– Kritik nəzarət nöqtəsinin məqsədi və nəzarət limiti
– Kritik nəzarət nöqtəsinin monitorinqinə olan tələblər
– Kritik nəzarət nöqtəsi üzərində nəzarətin itirilməsi zamanı yerinə yetirilməli tədbirlər
– HACCP sisteminin təsdiq olunmasının vacibliyi və metodları
– HACCP sistemini inkişaf etdirmək üçün qida ilə məşğul olan bizneslərin əldə etməli olduğu məlumatlar
– Qida təhlükəsizliyinin idarə olunmasında HACCP sisteminin üztünlükləri
– HACCP sistemi əsasında qurulmuş qida təhlükəsizliyi diarəetmə sisteminin sənədləşdirilməsi üzrə alətlər
Modul 5: Qida təhlükəsizliyi təlimi
-Qida təhlükəsizliyi təlimi ilə bağlı tələblərin yerinə yetirilməsində supervayzerin vəzifələri
- – Təlim qeydlərinin saxlanmasında supervayzerin vəzifəsi
– Qida təhlükəsizliyi prosedurunun effektiv kommunikasiya olunmasına əminlik
Kurs zamanı hər modul üzrə interaktiv sual-cavablar təşkil olunacaq. Bu isə, sizin materialı daha yaxşı qavramağınıza yardım edəcək.
Kursun müddəti: 16 saat (3 gün ərzində tədris olunacaq)
Kursun qiymətləndirilməsi: 40 sualdan ibarət test əsaslı qiymətləndirmə
Kursu uğurla bitirən iştirakçılara CİEH Food safety level 3 (Intermediate certificate) üzrə sertifikat təqdim olunur.
Şirkətlər üçün Qida təhlükəsizliyi hər 3 səviyyə üzrə kurslara korporativ təkliflərimiz mövcuddur.
Kurslar həm sinifotağı əsaslı, həm də onlayn video konfrans formatında təşkil oluna bilər.