AHA “Təməl Həyata Dəstək (ilk yardım)”

Baxış sayı:

“HSE.AZ” MMC “American Heart Association / Amerika Ürək Assosiasiyası”nın Azərbaycanda rəsmi təsdiq olunmuş “İnternational Training Center / Beynəlxalq Təlim Mərkəzi” statusunu əldə etmişdir. Biz sizə böyük məmnuniyyətlə “Basic Life Support / Təməl Həyata Dəstək” kursunu təqdim edirik.

“HƏYATI XİLAS ETMƏYİ BİZİMLƏ ÖYRƏNİN”

… Edəcəyiniz bir toxunuş həyat xilas edə bilər… Həyat bunun üçündür!

Təlimdə kimlər iştirak edə bilər?
-Tibb işçiləri
-Qeyri-tibb işçiləri
-Sıravi vətəndaşlar

Təlimdə aşağıdakı metodlar istifadə edilir:
– Nəzəriyyə
– Sual-cavab
– Müzakirə
– Praktik təcrübə
– Simulyasiyalar (komanda oyunu)
– Qiymətləndirmə: praktik simulyasiya və yazılı imtahan.

Təlimdə iştirakdan nələr qazanılacaq?
Kurs həm nəzəri, həm də praktik (“hands-on”) hissələrdən ibarətdir. İnteraktiv formatda aparılır, audio-vizual və digər əyani vəsaitlərdən istifadə olunur. Kursu bitirdikdən sonra iştirakçılar aşağıdakıları bacara biləcək:

– Həyat üçün təhlükəli vəziyyətlərdin müəyyənləşdirilməsi
– Daha təkmil tibbi yardım briqadası gələnədək, həyati vacib ilk tibbi yardım tədbirlərinin görülməsi
– Daha təkmil ilk tibbi yardım bacarıqlarını əldə etmək üçün baza bilik və bacarıqların mənimsənilməsi.

Təlimdə əhatə olunan mövzular:
– Hadisə yerinin qiymətləndirilməsi
– Təhlükəsizliyin təminatı
– CPR və ya ürək-ağciyər canlandırılması
– Döş ağrısı (məs., infarkt) (aşkarlama)
– AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə

Əlavə olaraq müzakirə edilən mövzular:
– Sümük sınıqları
– Yanıqlar
– Astma
– Yumşaq toxuma zədələnməsi
– Qıcolmalar
– Qanaxma
– Sifarişçinin istəyindən asılı olaraq kursa başqa mövzular da əlavə edilə bilər.

Kurs bitdikdən sonra tələbələr aşağıdakı bilik və bacarıqlara sahib ola bilərlər:
• Yüksək keyfiyyətli CPR (Cardiopulmonary Resuscitation) necə yerinə yetirilir və onun insanın sağ qalmasındakı rolu
• Sağ qalmaq üçün yerinə yetirilən tədbirlər zəncirini izah etmək
• Kiminsə CPRa ehtiyyac olub-olmadığının əlamətlərini bilmək
• Böyüklər üzərində yüksək keyfiyyətli CPR yerinə yetirmək
• Tez bir zamanda AED-dən (Automatic external Defibrillator) istifadə etməyin vacibliyini izah etmək
• Düzgün formada AED-dən istifadə etməyi nümayiş etdirmək
• Uşaqlar üçün yüksək keyfiyyətli CPR yerinə yetirmək
• Körpələr üçün yüksək keyfiyyətli CPR yerinə yetirmək
• Çox saylı pasientlərin olduğu vəziyyətdə komanda işinin vacibliyini izah etmək
• Çox saylı CPR fəaliyyəti zamanı komanda üzvü kimi effektiv rol oynamaq
• Böyüklər, uşaqlar, körpələrdə tənəffüs yolu tıxanmalarının aradan qaldırılmasını yerinə yetirmək

 

Kursun müddəti

Kurs bütöv gün ərzində aparılır, tədris 6 saat davam edir.
Kurs ərzində çay və nahar fasiləsi təmin olunur.

 

Təlimçilər

Kurs AHA tərəfindən təsdiq olunmuş təlimçilərimiz tərəfindən tədris olunur.

▪︎ Xəyal Mehdiyev

▪︎ Tural Həsənov


Kursu uğurla bitirən (praktiki və test əsaslı imtahan) tələbələrə AHA “Basic Life Support” sertifikatı təqdim olunacaq.

Kursun qiyməti: 100 azn

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.