8 qızıl qayda – Golden rules of BP
Dünyaca məşhur BP şirkətinin təsis etdiyi 8 qızıl qayda əməliyyatların idarəetmə sisteminə dəstək verməklə, iş sahəsində çalışan bütün işçilərin yerinə yetirdiyi 8 fəaliyyətdən irəli gələn potensial ciddi xəsarətlər və xüsusilə ölüm hallarının qarşısının alınmasına yönəlmişdir.
BP-nin qızıl qaydaları insanları iş ərazisində təhlükəsiz saxlamağa yönəlib. Bu qaydalara qeyd-şərtsiz əməl edilməlidir. 8 qızıl qayda işçilərə kömək edir ki:
• Daha yaxşı riskin qiymətləndirilməsini yerinə yetirsinlər
• İşin yerinə yetirilməsindən əvvəl baryer və nəzarət tədbirlərinin yerinə olduğuna əmin olsunlar
• İş yerlərinin təhlükəsizlik inspeksiyalarını və iş yerlərinə səfərləri asan şəkildə yerinə yetirsinlər
Bütün 8 qızıl qayda fəaliyyətləri üçün xatırlamaq lazımdır ki:
• Bütün personal həm özlərinin, həm də digərlərinin təhlükəsizliyinə cavabdehdirlər
• Yalnız işdən əvvəl riskin qiymətləndirilməsi apardıqdan və təhlükəsizlik müzakirəsi yerinə yetirdikdən sonra tapşırığa başlamaq olar
• Yalnız təlimli, səriştəli və tibbi cəhətdən uyğun olan tapşırığı yerinə yetirmək olar
• Riskin qiymətləndirilməsi və ərazinin tələblərinə müvafiq oalraq mühəndislik mühafizə tədbirlərindən, düzgün iş təcrübəsindən və fərdi mühafizə vasitəsindən istifadə etmək lazımdır
• İşə başlamazdan öncə fövqəladə hallara cavab tədbirlərinin yerində olduğuna əmin olun
• Hər hansı qəzaya yaxın hal və ya insident müşahidə etsəniz, bu cür halları aidiyyatı məsul şəxslərə məruzə etməlisiniz
• İşin gedişatı prosesində planlaşdırılmış işdə hər hansı dəyişiklik oalrsa, bunun dəyişikliklərin idarə edilməsi prosesinə uyğun olaraq aidiyyatı səlahiyyətlər çərçivəsində həll olunduğuna əmin olun
• İşçi qüvvəsinin hər bir üzvünün təhlükəli işi saxlamaq hüququ var
1. İşin İcrasına İcazə
Potensial təhlükələrin və risklərin olduğu istənilən işdən öncə (qapalı sahə, enerji sistemləri üzərində iş, isti işlər və s) İşin İcrasına İcazə tərtib olunmalıdır. Məqsəd:
– İşin əhatə dairəsini, yerini və yararlılıq müddətini müəyyən etmək
– Yerinə yetiriləcək işlə əlaqədar olan təhlükə və riskləri aşkar etmək
– Riskləri aradan qaldırmaq və ya azaltmaq üçün nəzarət tədbirlərini yerinə yetirmək
– Təcrid edilməsinə ehtiyyac olan enerji mənbələrini müəyyən etmək
– İşin İcrasına İcazə ləğv edilmədən izolyasını bərpa etməmək
– əlaqəli olan digər fəaliyyətlər ilə bağlı İcazələri koordinasiya etmək (SİMOPS)
– Yalnız tapşırığın təfsilatında izah edilmiş işlərin yerinə yetirilməsinə icazə vermək
– Normal fəaliyyətlərə qayıtmaq üçün adekvat nəzarət tədbirlərini izah etmək
– Bütün məlumatları işlə əlaqəsi olan bütün işçilərə çatdırmaq
– Səlahiyyətli şəxs (lər) tərəfindən icazəni vermək, monitorinq etmək və ya yararlılıq müddətini yenidən uzatmaq
2. Torpaq işləri
Yer səthində xəndəklərin, çuxurların qazılması kimi işləri özündə ehtiva edən bu qayda aşağıdakılara əməl edilməsini özündə ehtiva edir:
• İş sahəsində səriştəli şəxs tərəfindən təhlükələrin qiymətləndirilməsi həyata keçirilməlidir
• Yer altındakı bütün təhlükələr – boru xətləri, elektrik kabelləri və s. müəyyən olunmalı, yerləşdirilməli və əgər ehtiyyac varsa izolyasiya olunmalıdır.
• Əgər qazıntı QAPALI SAHƏ tələblərinə uyğun olacaqsa, bu halda İşin İcrasına İcazə tərtib olunmalıdır.
• Torağın hərəkət etməsi, çökməsi və bu kimi amillərin qarşısını almaq üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülməlidir.
• İş sahəsinə daxil olmaq üçün plant tərtib olunmalıdır.
• İşçilərin vaxtında oradan çıxması və xilasetmə işləri üçün plant tərtib olunmalıdır.
• İnsan tərəfindən hər hansı müdaxilə və ya təbii hadisələrdən (misal üçün: yağış) sonra iş yerinin inspeksiyası həyata keçirilməlidir.
• Dəyişiklikləri müşahidə etmək üçün yerin və ətraf mühit amillərinin monitorinqi davamlı şəkildə aparılmalıdır.
3. Qapalı sahəyə giriş
Qapalı sahəyə giriş aşağıdakılara əməl edilməklə yerinə yetirilməlidir:
• Əgər qapalı sahəyə praktiki mümkün olmayan başqa giriş yoxdursa
• Qapalı sahəyə təsir edən bütün enerji mənbələri təcrid edilməlidir
• Qapalı sahədə qaz testi həyata keçirilməli və bu proses İcazə sənədində göstərildiyi kimi davamlı şəkildə aparılmalıdır.
• Qapalı sahə ilə bağlı olan bütün risklər, təhlükələr, nəzarət tədbirləri haqda informasiya bu işə cəlb olunan bütün personala çatdırılmalıdır.
• Işçilərin qapalı sahədə olduğu müddətdə qapalı sahənin girişində müşayətçi şəxs təyin olunmalı, iş prosesində onlarla müxtəlif formada kommunikasiya yaratmalıdır.
• Xilasetmə işlərinin vaxtında yerinə yetirilməsi üçün plan tərtib olunmalıdır.
• İşin İcrasına İcazə sənədi tərtib olunmalıdır.
• Səlahiyyəti olmayan bütün şəxslərin qapalı sahəyə girişi qadağan edilməlidir.
4. Yüksəklikdə işlər
Yüksəklikdə işlər yer səthindən 2 metr və daha artıq yüksəkliklərdə məhəccəri və ya sürahisi bərkidilmiş platforma olmayan yerlərdə aşağıdakılara əməl edilməklə yerinə yetirilməlidir:
• Yuxarıdan yıxılmadan mühafizə edən müvafiq formada bərkildilmiş sistem (fall arrest system) olmalıdır
Yeni: Yıxılmadan mühafizə avadanlığı adambaşına 2275 kq statik yükgötürmə qabiliyyətinə malik olmalıdır
Uyğun asqı nöqtəsi olmalı
Bütöv bədən üçün təhlükəsizlik kəməri olmalı, iki qat blokvari qarmaqları
Məhdudlaşdırıcısı olmalı
Sintetik fiber materialdan hazırlanmalı
• Yıxılmadan mühafizə sitemi işin aparıldığı bütün zaman boyu istifadə oluna bilən olmalıdır.
• Xilasetmə işlərini vaxtında yerinə yetirmək üçün plan tərtib olunmalıdır.
• Yıxılmadan mühafizə avadanlığı hər dəfə istifadədən əvvəl yoxlanmalıdır.
• Düşən əşya riskləri aşkar olunmalı və idarə edilməlidir.
5. Enerjinin təcrid edilməsi
Enerjinin təcrid edilməsi (mexaniki, elektrik, proses, hidravlik və s) zamanı əmin olunmalıdır ki:
• Təsdiq olunmuş metod var
– Avadanlığı təcrid etmək üçün
– Saxlanmış enerjini boşaltmaq üçün
– Avadanlıqda enerjini yenidən bərpa etmək üçün
• İzolyasiya nöqtələri kilidlənib və işarələnib
• İzolyasiyanın effektliyini bilmək üçün test aparılıb
• İzolyasiyanın mövcud vəziyyətini növbələr və müxtəlif qruplar arasında kommunikasiya etmək üçün düzgün proses var
• İzolyasiyanın effektivliyi üçün, mütəmadi olaraq monitorinq olunur
6. Yükqaldırma əməliyyatları
Müxtəlif yükqaldırma avadanlıqlarından istifadə edildiyi zaman əmin olmaq lazımdır ki:
• Səriştəli şəxs tərəfindən yükqaldırma qiymətləndirilib və uyğun metod və avadanlıq təyin olunub
• Yükqaldırma əməliyyatına cəlb olunan və avadanlıqlardan istifadə edən bütün işçilər səriştəlidirlər
• Yükqaldırma avadanlıqları və aksesuarları yerli qanun və qanunvericiliklər, beynəlxalq tələblər nəzərə alınmaqla müvafiq formada sertifikatlaşdırılıb
• Qaldırılan yükün ağırlığı yükqaldırma avadanlığının dinamik və ya statik yükgötürmə qabiliyyətindən azdır
• Yükqaldırma avadanlıalraı üzərində quraşdırılan bütün təhlükəsizlik cihazları idarəolunabilinəndir
• Bütün yükqaldırma avadanlıq və aksesuarları səriştəli şəxs tərəfindən hər işdən əvvəl visual olaraq yoxlanılıb
• Əməliyyat zamanı aydın kommunikasiya təyin olunub
• Səlahiyyəti olmayan işçilərin əməliyyat zonasına daxil olmamaları müəyyən olunub və ərazi mühafizə olunub (əraziyə daxil olması vacib şəxslər istisnadır)
• Ətraf mühit amilləri və digər xarici faktorlar (külək, yerin vəziyyəti və s) nəzərə alınıb
7. Nəqliyyat təhlükəsizliyi
Bütün növ nəqliyyat vasitələri yalnız aşağıdakılar təmin olunduqdan sonra istifadə edilməlidir:
• Nəqliyyat vasitəsi lazımı təhlükəsizlik avadanlıalraı ilə təchiz olunmalı və düzgün şəkildə texniki xidmət göstərilməlidir
• Sərnişinlərin sayı istehsalçının tövsiyyələri və yerli qanunvericiliyin tələblərini, limitini aşmamalıdır
• Yüklər mühafizə olunmalı və istehsalçının tövsiyyələri və yerli qanunvericiliyin tələblərini, limitini aşmamalıdır
• İstifadə olunmazdan əvvəl riskin qiymətləndirilməsi aparılmalıdır
• Hərəkət zamanı bütün insanlar təhlükəsizlik kəmərlərini bağlamalıdır
• Nəqliyyat vasitəsini idarə edən şəxsin uyğun sürücülük lisenziyası olmalı, səriştəli, təlimli və tibbi cəhətdən uyğun olmalıdır
• Mütəmadi olaraq sürücülər istirahət etməlidirlər
• Sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə təsir edən spirtli içki, narkotik və digər bu kimi maddələrin təsirində olmamalıdır
• Sürücülər nəqliyyat vasitəsini idarəe dən zaman mobil telefon və bu kimi ikitərəfli əlaqə cihazlarından istifadə etməməlidirlər
• Riskin yüksək olduğu yerlərdə səfər qiymətləndirilməli və səfər idarəetmə planı hazırlanmalıdır
8. İsti işlər
İsti işlər zamanı aşağıdakılar nəzərə alınmalıdır:
• Bütün yanabilən maddə və materiallar alışma mənbələrindən uzaq saxlanmalı, kənarlaşdırılmalı, mühafizə və ya izolyasiya olunmalıdır
• İcazə sənədinin tələbi olaraq səlahiyyətli şəxs tərəfindən isti iş ərazisində iş başlamazdan öncə atmosfer test olunmalıdır
• Oksigen və alışabilən maddələrin səviyyəsi qəbulolunan səviyyədə olmalıdır
• Fövqəladə hallara reaksiya planı qaydasında olmalıdır