Dəm qazı öldürür – CO kills
Dəm qazı haqqında nə bilirik?
Son zamanlar ölkəmizdə dəm qazından zəhərlənənlərin və ölənlərin sayı getdikcə artır. Dəm qazından zəhərlənmənin insan üçün çox ciddi fəsadları var və bu cür zəhərlənmələrin ən təhlükəli tərəfi insanın dəm qazı sızmasını hiss etməməsi və asanlıqla huşunu itirməsidir.
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysi, dadsız; havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən, təbii qazın, neft məhsullarının və odu yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur.
Dəm qazı nədir?
Dəm qazı haqqında nə bilirik?Məişətdə işlədilən təbii qazın əsəs tərkib hissəsini metan qazı təşkil edir. Qaz sızması olarkən, onun iyini hiss etmirik. Təbii qazın yanması üçün normal hava çatmadıqda isə dəm qazı yaranır ki, bu da tez bir zamanda orqanizmi zəhərləyir. Kimyəvi adı “karbon-monooksid” olan zəhərli dəm qazı heç bir ilə duyulmur.
Dəm qazı başqa yanacaq növlərindən istifadə zamanı da, məsələn, kömür yandırılarkən yarana bilər. Onun əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sorucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır.
Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. Mütəxəssislər bunlarla yanaşı, təhlükəsizlik baxımından dəm qazı yarandıqda onu işarə verən müasir qaz cihazlarından istifadəni məsləhət görür.
Dəm qazı haqqında nə bilirik?
Dəm qazı ilə zəhərlənməni necə bilmək olar?
Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə isə qıcolmalar, huşunu uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçikyaşlı uşaqlar, hətta, az miqdarda dəm qazından həyatlarını itirə bilərlər!
Dəm qazının orqanizmə öldürücü təsiri bununla izah olunur ki, o qanda tez bir zamanda hemoqlobinlə birləşir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində insan huşunu itir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur.
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım!
Zəhərlənmə zamanı həyəcanlanmadan ilkin tədbirlər görmək lazımdır. İlk olaraq, zərərçəkəni dərhal açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ona yarıoturaq vəziyyət vermək (ağciyər ödeminin qarşısını almaq üçün) lazımdır. Dəm qazı haqqında nə bilirik?
Bundan başqa, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürəyi dayanmışsa, ürəyi xarici masajı və süni tənəffüslə dərhal reanimasiya tədbirlərinə başlamaq lazımdır.
Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. İlkin olaraq, şirin çaya limon qatıb vermək olar.
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi, dərhal təcili yardım çağırmaq lazımdır.
Qazla ehtiyatlı davranın, xoşbəxtliyinizdən məhrum olmayın!