Hündürlükdə görülən işlər zamanı təhlükəsizlik qaydaları – Working at height safety

31 August 2020
Baxış sayı:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Hündürlükdə görülən işlər zamanı təhlükəsizlik qaydaları haqda danışan zamanı birinci növbədə “HÜNDÜRLÜK” anlayışın açıqlıq gətiməyə ehtiyyac var. Çox təəssüf ki, ölkəmizdə qaydaların düzgün başa düşülməməsi, insanların bu qaydaları öz istədikləri kimi izah etməsi hündürlük anlayışına da təsir edib. Beləliklə də, “2 metr” anlayışı dildən-dilə gəzir. Əslində isə burada elə də çətin bir məqam yoxdur. Hündürlük – insanın yıxala biləcəyi və şəxsi zədəyə səbəb olabiləcəyi istənilən yerdir. Bu, 30 sm hündürlük də ola bilər, 2 metr də, 30 metr də. Yəni, əgər biz 30 sm və ya 1 metr hündürlükdən yıxılıb xəsarət ala biliriksə, bu artıq hündürlükdür. Hündürlük anlayışını 2 metr ilə məhdudlaşdırmağınız səbəbilə əksər iş yerlərində bir çox xəsarət alma halları baş verir. Hansı ki, bu xəsarət almalar hündürlüyü 2 metrdən az olan yerlərdən yıxılma nəticəsində baş verir. Çünki, insanlar hündürlüyü 2 metrdən az olan hündürlükdə görülən işlərə qarşı laqeydlik edir, “heç bir şey olmaz”, “Yıxılmaz” kimi sözlərlə özlərinə haqq qazandırır və müvafiq təhlükəsizlik tədbirləri görümürlər.

Yerli “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na əsasən hündürlükdə görülən iş dedikdə aşağıdakıalr başa düşülür:
– işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər;
– işçinin üfüqi səthə nisbətən mailliyi 75o-dən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən işlər;
– hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən işlər;
– su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mükünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər.

Hündürlükdə iş – elə bir işdir ki, bizim şəxsi xəsarət almağımıza gətirib çıxaran yıxılma riski var.

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutularaq, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri “Hündürlükdə görülən işlər zamanı texniki təhlükəsizlik qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib (Qərar No 20\01-005, 24 oktyabr 2016-cı il)

İlk öncə onu bilməlisiniz ki, tikinti-quraşdırma işləri aparılan yerlərdə ən çox ölüm halları məhz hündürlükdən yıxılmaların payına düşür. Təkcə bu fakt, hündürlükdə işlərin necə təhlükəli olduğunu göstərir. Bu cür fəaliyyətlərə misal olaraq: Hnüdür binaların tikintisi zamanı metal konstruksiyanın (karkasın) quraşdırlması, hündür yerlərdə taxtabəndin quraşdırılması, qaynaqçının dərin qazıntı sahəsinin düz yanında qaynaq işi görməsi, binaların fasasının rənglənməsi və ya binaların pəncərələrinin silinməsi və s.

Hündürlükdə görülən işlərdə çalışan işçilərə olan tələblər aşağıdakılardır:
– 18 yaşa çatmış şəxslər
– Tibbi əks göstərişi olmayan şəxslər
– Hündürlükdə işlə bağlı müəyyən ixtisasa, biliyə, bacarığa malik işçilər
– Hündürlük qorxusu olmayan işçilər

Hündürlükdə görülən işlərlə bağlı əsas təhlükələr:
• Şaquli məsafə – hündürlük artdıqca oradan yıxılaraq xəsarət almanın nəticəsi də bir o qədər artacaq. Lakin, təkrar olaraq vurğulayırıq ki, nəzarət tədbirləri görülən zaman 2 metr və buna oxşar yanaşmalardan imtina edilməli, bütün hündürlük səviyyələri üçün təhlükəsizlik tədbirləri görülməlidir.
• Damlar – Xüsusilə bina və evlərin üzərinin örtülməsi və ya texniki xidməti zamanı bu tip işlər cəlb olunur. Damlar ilə bağlı təhlükə iki formada qruplaşdırılır: Zərif materialdan hazırlanmış damlar (kirəmit, şifer vəs ) və maili damlar.
• Hündürlükdə quraşdırılmış meydançaların, qurğuların və s-in materialların keyfiyyətinin azalması. Hansı ki, bu iki formada təhlükə yarada bilər: insan hündürlükdən yıxıla bilər və hündürlükdən hər hansı nasaz hissə qırılıb insanı vura bilər.
• Mühafizə olunmayan kənarlar – kənarlarında qoruyucu məhəccərləri olmayan insanın dayandığı və ya işlədiyi hər hansı meydança, taxtabənd, döşəmə və s misal gətirilə bilər.
• Stabil olmayan və ya zəif texniki xidmət göstərilmiş avadanlıqlar – taxtabənd, iş platforması, nərdivan və s. Bu tip avadanlıqlardan istifadə edən zaman əsas təhlükələr onlara düzgün qulluq göstərilməməsi, düzgün yerdə quraşdırılmaması və düzgün mühafizə olunmaması, bərkidilməməsi səbəbilə yaranır. Bundan başqa, adları qeyd olunan avadanlıqların həddindən artıq yüklənməsi, küləkli hava şəraiti də onların çökməsinə və ya aşmasına səbəb ola bilər.
• Hava şəraiti – Yağış və şaxtalı hava sürüşmə riskini, güclü külək iş platformasının aşma riskini gücləndirən amillərdəndir. Ümumiyyətlə, hündürlükdə görülən işlər zmanı hava faktoru nəzərə alınmalıdır.
• Düşən əşyalar – Düşən əşyalar həm insanlar həm də avdanlıqlar üçün ciddi zədə riskini yaradır. Bu tip risklərdən uzaq olmaq üçün hündürlükdə iş zamanı iş platformasının kənarlarında süpürgəliklər quraşdırılmalı, iş platformasında hər hansı boşluqlar (deşiklər) olmamalı, istifadə olunan alətlər sığorta kanatları ilə təchiz olunmalı, alət-avadanlıqlar düzgün şəkildə iş platformasın qaldırılmalı və endirilməli, iş platformasının kənarlarında məhəccər quraşdırılmalı, alət-avadanlıqlar düzgün saxlanılmalı, təmizliyə riayət edilməlidir.

Hündürlükdə görülən işlərlə bağlı əsas risklər:
• Hündürlükdən yıxılmaq – müxtəlif bədən xəsarətləri, sınıqlar, əzilmələr, boyun və onurğanın zədələnməsinə və ölümə səbəb ola bilər.
• Hündürlükdən hər hansı əşyanın insanların üzərinə düşməsi (düşən əşya) – ölümə, baş-beyin zədələnməsinə, müxtəlif sınıqlara səbəb ola bilər.

İşçilərə olan tələblər
Hündürlükdə işlərin yerinə yetirilməsinə yaşı 18-dən az olmayan şəxslər buraxılır. Bu şəxslər işə qəbul edilən zaman ilkin və müəyyən müddətdən bir vaxtarşırı tibbi müayinədən keçməlidirlər. Mütəmadi olaraq hündürlükdə işlər zamanı təhlükəsizlikq aydaları ilə tanış edilməlidirlər. Qanunun tələbinə əsasən işçilər yalnız aşağıdakılar təmin edildikdən sonra hündürlükdə görülən işlərə buraxılırlar:
– Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə məıumatlandırıldıqdan sonra
– Əməyin mühafizəsi və texniki təhlükəsizlik barədə öyrədildikdən və bilikləri yoxlanıldıqdan sorna
– Hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra

Texniki-texnoloji və ya təşkilati tədbirləri təşkil edən işçilər hündürlükdə işlərin təhlükəsizliyi üzrə aşağıdakı 3 qrupa bölünürlər :
• 1-ci qrup – briqada tərkibində və ya işəgötürənin əmri ilə təyin olunmuş işçinin bilavasitə nəzarəti altında işlərə buraxılan işçilər;
• 2-ci qrup – ustalar, briqadirlər, staj rəhbərləri, eləcə də məsul iş icraçıları tərəfindən naryad-buraxılış üzrə təyin olunan işçilər;
• 3-cü qrup – işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə, eləcə də təlimatların keçirilməsinə, qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər planının tərtib edilməsinə cavabdeh işçilər, fərdi mühafizə vasitələrinə xidmət göstərən və vaxtaşırı baxış keçirən işçilər, naryad-buraxılış verən işçilər, hündürlükdə naryad-buraxılış əsasında yerinə yetirilən işlərə cavabdeh rəhbərlər; hündürlükdə işlərin icrası planınını təsdiq etmək səlahiyyətinə malik vəzifəli şəxslər

Nəzarət tədbirləri

Əsas məsuliyyətli tərəf kimi işəgötürən hündürlükdə iş zamanı riskin aradan qaldırılmasının tədbirlər iyerarxiyasını daima izləməlidir. Nəzarət iyerarxiyası “YAYINMAQ–ARADAN QALDIRMAQ – MİNİMALLAŞDIRMAQ” kimi qruplaşdırılır.

• Hündürlükdə iş görməkdən yayınmaq – tapşırılan işi başqa formada yerinə yetirmək. Misal üçün, çirkli pəncərini təmizləmək üçün nərdivandan istifadə etmək əvəzinə, uzun tutacağı olan silgi vasitəsilə yedən çirklənmiş hissəni silməklə hündürlükdə iş görməkdən yayınmış olacaqsınız.
• Yıxılmanın qarşısını almaq – bunun üçün təhlükəsiz iş (bu haqda daha ətraflı aşağıda) yeri hazırlanmalı, bu iş yeri (platforması) stabil olmalı, ətrafında yıxılmadan mühafizə edən qoruyucu məhəccərləri olmalıdır.
• Yıxılmanın məsafəsini və nəticəsini minimallaşdırmaq – müfafiq təhlükəsizlik kəmərindən istifadə etmək, hündürlük ətrafında xüsusi torlar və ya hava şarları quraşdırmaq və s vasitəsilə yıxılmanın əticəsini azaltmaq olar.

Bu 3 nəzarət tədbirindən başqa hava şəraitinin nəzərə alınması, istifadə olunan avadanlıq və alətlərin inspeksiyası, işçilərin təlimatlandırılamsı tədbirlərini də yerinə yetirməklə riskləri nəzarətdə saxlamaq olar.

Nəzarət tədbirlərinin seçilməsi zamanı aşağıdakı faktorların nzərə alınamsı məsləhət görülür:
• Yerinə yetirilən işin xarakteri və müddəti
• Hündürlükdə işlərə cəlb olunan işçilərin səriştəsi
• Hündürlükdə işləyən işçilərin sağlamlıq şərtləri
• Ehtiyyac olduğu təqdirdə əlavə təlimlərin təmin olunması
• İşin planlaşdırılması və nəzarətin təmin olunması
• Təhlükəsiz giriş-çıxışın təmin olunması
• Hündürlükdə istifsadə olunacaq alət-avadanlıqların işə uyğun olması və texniki sazlığı
• Ətrafında məhəccəri və süpürgəliyi olan iş platformasının hazırlanması
• Fərdi mühafizə vasitələri, misal üçün dəbilqə və təhlükəsizlik kəməri
• Kollektiv mühafizə vasitələri, misal üçün tor sistemi
• Hava şəraiti
• Müvafiq qanunvericiliyə cavab verməsi

Təhlükəsiz iş yeri:
Təhlükəsiz yer kimi müəyyən edilmiş ərazilər, yüksəklikdən yıxılma riskini aradan qaldırmaq üçün heç bir əlavə avadanlıq tələb olunmayan yerlərdir.

Riskin qiymətləndirilməsi

Hündürlükdə görülən işlər zamanı risklərin qiymətləndirilməsi tipik mərhələlər üzrə aparılır:
1) Təhlükəni müəyyən etmək (yüksəklikdən yıxılma, düşən əşyalar)
2) Kimlər zərər görə bilər (Yüksəklikdə işləyənlər, və ya aşağıdan keçənlər)
3) Riski qiymətləndirmək və mümkün olan nəzarət tədbirlərini həyata keçirmək (yıxılmanı önləmək, düşmələri önləmək, baryerlər, girişi məhdudlaşdırmaq)
4) Nəticələri Qeyd etmək
5) Hər hansı bir dəyişiklik olarsa İşi Saxlamaq. Yenidən gözdən keçirib və riski yenidən dəyərləndirərək işçi qrupu bilgiləndirmək.

Koordinasiya:
Hnüdürlükdə iş görməzdən öncə həmin ərazidə həyata keçiriləcək fəaliyyətlər işçi qrupları tərəfindən müzakirə olunmalı, daha vacib olan iş yerinə yetirilməlidir. İstənilən anda eyni yerdə iki işin həyata keçirilməsi yolverilməzdir. Misal üçün: Hündürlükdə yerinə yetirilən hər hansı texniki xidmət işi zamanı həmin ərazidə aşağıda digər işlərin aparılması qadağan edilməlidir. Hündürlükdə işlər zamanı digər işçi qrupları da məlumatlandırılmalı, əraziya müvafiq təhlükəsizlik nişanları və baryer qoyulmalıdır.

Düşən əşyalar:
Hündürlükdə görülən işlər zamanı əvvəldə də qeyd edildiyi kimi, əsas təhlükələrdən biri düşən əşyalardır. Tikinti-quraşdırma, neft-qaz sənayesidə ən çox 2-ci xəsarət alma və ölüm halı məhz düşən əşyaların payındadır (1-ci yerdə hündürlükdə görülən işlər). Bu tip təhlükələrdən uzaq olmaq üçün:
-Yüksəklikdə, ya da ayaqaltılar üzərində işləyərkən istifadəsiz alət və avadanlıqları bağlayaraq saxlayın
-Heç vaxt kəsilmiş metal qırıntılarını ayaqaltıların üzərində yığılmasına imkan verməyin, onları işin sonunda mütləq götürün.
-Qaynaq elektrodlarını və istifadə olunmuş cilalayıcı diskləri xüsusi qutulara yığın
-Taxtabənd borularının qurtaracaq hissəsinə heç zaman heç bir şey qoymayın. Taxtabəndçilər əmin olmalıdırlar ki, aşağı kənarlarda süpürgəliklər quraşdırılıb və ayaqaltıların qurulması boyunca istifadəsiz qalmış ayaqaltı materialları müvafiq qaydada saxlanmalı, ya da götürülməlidir.
-Alət və avadanlıqları yüksəkliyə qaldırıb-endirərkən kəndir, ya da üzərində təhlükəsiz iş yükü qeyd olunan xüsusi çantadan istifadə edin
-İş sahəsinin altı qadağan zonadır. Nə qədər geniş qadağan zonaya ehtiyacınız olacağını düşünün və lazım gələrsə nəzarət tədbiri olaraq taxtabənd bariyerlərdən istifadə edin
-Xəbərdarlıq nişanları qoyun
-Alət və bilək kəndirindən istifadə edin
-Ayaqaltılarla məhdudlanmış iş sahəsinin kənarında işləməyin

Düşən əşya risklərindən uzaq olmaq üçün həmişə təmizliyə üst səviyyədə riayət edin!
Əgər siz düşmə potensialı olan bir obyekt görürsünüzsə, onları təhlükəsiz yerə qoyun, ya öz iş rəhbərinizə, ya da STTƏMM nümayəndəsinə bildirin.
Hündürlükdə görülən işlər zamanı ən çox ehtiyyac duyulanlardan biri taxtabəndlərdir. Taxtabənd səriştəli şəxslər tərəfindən quraşdırılmalı, inspektor tərəfindən yoxlanıldıqdan sonra üzərinə təhlükəsiz istifadəyə uyğunluğuna dair müvafiq yarlıq asılmalıdır.

Ayaqaltılar:
– Ayaqaltıları həddindən artıq yükləməyin və işi təhlükəsiz şəkildə yerinə yetirə bilmək üçün yarlıqı yoxlayın.
– Adamların yıxılmalarının qarşısının alınması üçün, düzgün qoruyucu məhəccərlər iş platformasının ətrafında quraşdırılmalıdır (minimum yüksəklik 950 mm, orta yüksəkliyi 470 mm)
– Materiallar ayaqaltılarda yalnız o halda saxlanıla bilər ki, ayaqaltıları düzəldərkən yüklənməsi nəzərdə tutulmuş olsun
– Yarımçıq quraşdırılmış ayaqaltılarda xəbərdaredici işarələr yerləşdirilməlidir,və kənar şəxslərin girişinin qarşısı alınmalıdır (lakin bu sahə üçün zəruri bir tələb deyil)
– Bütün platforma keçid yolları zir-zibildən və maneələrdən təmiz saxlanmalıdır. – Ayaqaltılar hər 7 gündən bir səlahiyyətli şəxs tərəfindən təftiş edilməli və “Kartda” müvafiq qeyd aparılmalıdır.
Nərdivanlar
Hündürlükdə iş zamanı ən çox müraciət olunanlardan biri də nərdivanlardır. Yanlış istifadə üsulu müxtəlif tip insidentlərə səbəb ola bilər. Ən əsas diqqət edilməli faktorlar:
– İstifadədən əvvəl yoxlanmalı, hər hansı nasazlıq varsa istifadədən kənarlaşdırılmalı
– Nərdivanların düzgün saxlanma şəraitinə əməl edilməli
– 3 nöqtə təmas prisipinə əməl edilməli
– Nərdivanın quraşdırıldığı yer sabit, möhkəm olmalı
– Taxtabəndlərə quraşdırılan nərdivanlar etibarlı şəkildə bərkidilməlidir
Daha ətraflı: “Nərdivanlar” təlimatına baxın.

Hündürlükdə görülən işlər zamanı hər hansı təhlükə, qayda pozuntusu və ya qaydasında getməyən hal müşahidə etsəniz, işi dərhal saxlayın! Təhlükəsizlik tədbirlərinə düzəlişlər etdikdən, işçilər əlavə təlimatlandırıldıqdan sonra işin yerinə yetirilməsinə başlayın.