İlk yardım – First Aid

31 August 2020
Baxış sayı:
Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!Qədim zamanlarda tibbin inkişaf etmədiyi dövrlərdə insanlar elementar xəsarətlərdən və xəstəliklərdən həyatlarını itirirlərmiş.

Tarix: Qədim zamanlarda tibbin inkişaf etmədiyi dövrlərdə insanlar elementar xəsarətlərdən və xəstəliklərdən həyatlarını itirirlərmiş. Hətta müharibələr zamanı döyüşçülərin aldıqları cüzi travmalar onların ölümünə səbəb olurmuş. Hansı ki, ilk yardım göstərilməklə o insanların həyatları xilas oluna bilərdi. Və statistika da bunu göstərir ki, ölənlərin 80% – i məhz ilk yardım göstərilməməsi ilə bağlıdır. Bu cür məsələlər “İLK TİBBİ YARDIM” mövzusu aktual etmişdir.

Hər bir insan həyatı boyu müxtəlif şəraitlərdə və ayrı-ayrı səbəblərdən yaralanma və ya xəstəliklərlə qarşılaşa bilər. Olduğumuz hər yerdə qəza və xəstələnmə riski daşımaqadayıq. Misal üçün: Yolu keçən zaman hərəkət edən nəqliyyat vasitəsi tərəfindən vurulma, ayağımızın ilişib yıxılması zamanı sınıq xəsarəti, tikinti-quraşdırma gedən bir sahədə hündürlükdən düşən hər hansı əşya ilə xəsarət alma, müxtəlif təhlükəli toz və kimyəvi maddələrin təsirinə məruz qalma, yaşadığımız hər hansı strees səbəbilə ürəktutma, infarkt və s. Baş verən müxtəlif məişət, istehsalat, nəqliyyat qəzaları, təbii fəlakətlər zamanı çox sayda insan həyatını itirir, xəsarətlər alır və ya əlil olur. Belə vəziyyətlərdə hadisə yerində hər zaman bir tibb işçisi olmadığı üçün, hadisədən zərər çəkənə və ya özümüzə göstərilən ilk yardım tədbirləri son dərəcə əhəmiyyətlidir.

İlk tibbi yardım və ilk yardım
Məişətdə ümumi bir anlayış olaraq, ilk yardım ilə təcili tibbi yardım ifadələri bir-birlərinin yerinə istifadə edilməkdədir. Təcili tibbi yardım tibb işçisi tərəfindən lazımı cihazlrla edilən tibbi yardımı əhatə etdiyi halda, ilk yardım bu mövzuda təlim almış insanlar tərəfindən hadisə yerində olan əlaltı vasitələrdən istifadə edilməklə görülən tədbirlərdən ibarətdir. Lakin, ilk yardım kursu keçməmiş insanların bu fəaliyyətləri yrinə yetirmələri acı nəticələrə gətirib çıxara bilər. Təkrar olaraq xatırlayaq ki:
İlk yardım – Hadisə yerində tibb işçilərinin yardımına qədər həyatın xilas edilməsi və ya vəziyyətin pisləşməsinin qarşısının alınması məqsədilə hadisə yerində yerinə yetirilən dərmansız yardımdır
Təcili yardım – Xəstəyə,yaralılara həkim və ya tibb işçisi tərəfindən göstərilən tibbi yardımdır.

İlk yardımın əsas məqsədləri:
• Həyati təhlükənin ortadan qaldırlması
• Həyati funksiyaların davam etməsinin təmin olunması
• Xəstənin, yaralının vəziyyətinin pisləşməsinin qarşısının alınması
• Yaxşılaşmanın asanlaşdırılması

İlk yardımın əsas tədbirləri
İlk yardımın əsas tədbirləri Qorumaq, Məlumat vermək, Xilas etmək (QMX) olaraq ifadə edilir.
Qorumaq: Qəza nəticələrinin ağırlaşmasının qarşısını almaq üçün hadisə yerinin qiymətləndirilməsini ifadə edir. Burada ən vacib iş hadisə yerində təhlükələri aşkar edərək vəziyyəti düzgün qiymətləndirməklə etibarlı bir mühit yaratmaqdır.
Məlumat vermək: Hadisə barəsidə mümkün olduğu qədər tez bir zamanda aidiyyatı yardım bölmələrinə məlumat vermək lazımdır. Azərbaycanda ilk tibbi yardım xidməti 103 nömrəsinə zəng edilərək, iş yerlərində isə həkim çağrılaraq həyata keçirilir.
Xilas etmək (Müdaxilə): Hadisə yerində xəstəyə düzgün, sürətli ancaq sakit, təmkinli şəkildə yardım göstərilməlidir.

İlk yardım zamanı edilməsi vacib olan ən birinci fəaliyyətlər:
• Xəstənin vəziyyəti qiymətləndirilir (ABC), ilkin olaraq yardım edəcək şəxslər müəyyən olunur
• Xəstənin qorxu və narahatlığı aradanq qaldırılır
• Sınqılara yerində yardım edilir
• Xəstə isti saxlanılır
• Xəstənin yarasını görməsinə icazə verilmir
• Xəstəyə hərəkət etdirmədən yardım göstərilir
• Xəstə uyğun üsullarla ən yaxın tibb müəssisəsinə təxliyyə olunur (həkim çağrılır)

İlk yardımçı
İlk yardımçı – xəstəyə əlaltı vasitələrdən istifadə edərək dərmansız yardım edən, ilk yardım mövzusunda təlim keçmiş insan və ya insanlardır. Hadisə yeri insanların həyəcanlı olduqları mühitdir. Bu vəziyyətdə ilk yardımçı sakit və qərarlı bir şəkildə hadisənin məsuliyyətini anlayaraq, lazımı yardımları düzgün yerinə yetirməlidir. Anlamalıdır ki, onun etdiyi hər hansı yanlış bir fəaliyyət xəstənin vəziyyətinin pisləşməsinə, ölümünə, ömürlük əlil olmasına səbəb ola bilər. Bunun üçün hər bir ilk yardımçıda aşağıdakı xüsusiyyətlkər olmalıdır:
• İnsan orqanzmi ilə əlaqədar əsas biliklərə malik olmalıdır
• Birinci növbədə öz sağlamlığı və təhlükəsizliyini təmin etməlidir
• Sakit, özünə inamlı və praktik olmalı
• Əlindəki vasitələri dəyərləndirə bilməli
• Hadisə barəsidə dəqiq, vaxtında məlumat verməli
• Ətrafdakı şəxslər səfərbər olunmalı və onlardan düzgün istifadə edilməli
• Yaxşı münasibət qurmağı bacarmalıdır

İlk yardım ABC-si
Huş yoxlanmalı, əgər huş itibsə aşağıda göstərilənlər cəld edilməlidir:
A. (Airway) Nəfəs yolu açıqlığının qiymətləndirilməsi
B. (Breathing) Tənəffüsün qiymətləndirilməsi (bax-dinlə-hiss et)
C. (Circulation) Qan dövranının qiymətləndirilməsi (yuxu arteryasında 5 saniyə nəbz yoxlanılır)
Maraqlıdır: “Sağlam insan üçün bir dəqiqədə nəfəsalmanın sayı 12-20-yə bərabərdir”
Orqanizmdə nəbz təyin olunan bölgələr
• Yuxu arteriyası (Adəm almasının hər iki yanına)
• Said arteriyası (Biləyin iç səthi, baş barmağın üst tərəfi)
• Ayaq arteriyası (Ayaq üstünün mərkəzində)
• Bazu arteriyası (Bazunun daxili səthi, dirsəyin üstü)
Nəzər almaq lazımdır ki, uşaq və böyüklərdə yuxu arteriyasında, körpələrdə bazu arteriyasında nəbz təyin olunur.

Orqanizmdə temperaturun qiymətləndirilməsi
İlk yardımda bədən temperaturu qoltuq altında ölçülməlidir. Normal bədən temperaturu 36,5 0C-dir. 41-42 C-dən yuxarı, 34,5 C-dən aşağı təhlükə olduğunu ifadə edir. 31.0 C və aşağı temperatur ölümcüldür.

İlk yardım göstərməyin ümumi prinsipləri
• Zərərçəkən huşsuz vəziyyətdədirsə, lakin, nəbzi və tənəffüsü varsa ou böyrü üstə uzatmaq
• Zərərçəkənin huşunun özündə olduğuna əmin olmaq üçün ona sadə suallarla müraciət etmək
• Müayin
• Vaxtı zərərçəkənin sağ və ya ölü olduğunu bilmək
• Tənəffüs və əbz yoxdursa ürəyin masajına və süni tənəffüsə başlamaq
• Qanaxma varsa qanaxmanı saxlamaq
• Tənəffüs yoxdursa boğulma halını yaradan səbəbləri aradanq aldırmaq

Həyat və ölüm əlamətləri
Həyat aləmətləri:
• Ürək döyünmə – sol döş qəfəsinin döş giləsi nahiyyəsində əl və ya qulaq ilə təyin edilir
• Nəbzin olması – boyunda, biləkdə və qasıq nahiyyəsində təyin edilir
• Tənəffüsün olması – döş qəfəsi və qarının hərəkəti ilə təyin edilir
• Göz bəbəyinə yönəldilən işıq slində bəbəyin daralması

Ölüm əlamətləri:
• Göz qişasının bulanması və quruması
• “Pişik göz” əlamətinin olması
• Bədənin soyuması və ölüm ləkələrinin əmələ gəlməsi
• Meyit qıcolması (ölümdən 2-4 saat sonra)
______________________________________________________________________________________________________________________________________________

Həyatı xilasetmənin əsas tədbirləri
Tənəffüs dayanması – tənəffüs hərəkətlərinin dayanması səbəbilə orqanizmin yaşamaq üçün oksigendən məhrum olmasıdır. Həmin dəqiqə süni tənəffüs vermə başlanmazsa, bir müddət sonra ürək dayanması baş verəcək
Ürək dayanması – Huşsuz adamda ürək döyünməsinin olmaması əlamətidir. Ən qısa müddət ərzində yardım edilməzsə, toxumaların oksigenlə qidalanması pozulduğu üçün beyin zədələnməsi baş verəcək. İnsanda tənəffüsün olmaması, huşun itmiş olması, heç bir hərəkət etməməsi, qıcıqlara cavab verməməsi ürək dayanmasının əlamətidir.

Həyatı xilasetmə – nəfəs yolunun açıqlığı təmin edildikdən sonra tənəffüsü və ürəyi dayanmış insana süni tənəffüsvermə ilə ağciyərlərə oksigen getməsini, xarici ürək masajı ilə də ürəkdən qanın qovulmasını təmin edən dərmansız yardımdır.
Huşsuz bütün xəstlərdə nəfəs yolu yoxlanılmalıdır.Çünki, dil geriyə qatlana bilər və ya hər hansı yad bir maddə nəfəs yolunu tuta bilər. İlk əvvəl ağız daxilinə gözlə baxılır, əgər yad cism varsa, çıxarıldıqdan sorna xəstəyə baş geri, çənə yuxarı vəziyyəti verilir.Bunun üçün:
– Bir əl alına yerləşdirilir
– Digər əlin iki barmağı çənə sümüyü üzərinə yerləşdirilir
– Alından basılıb, çənədən qaldırılaraqbaş geriyə doğru itələnir
– Beləcə, dil yerindən tərpədilərək hava yolu açıqlığı təmin olunur

Süni tənəffüs
Süni tənəffüs iki yolla – ağızdan ağıza və ağızdan buruna – yetirilir. Bəzi vəsaitlərdə süni tənəffüs zamanı müxtəlif alətlərdən istifadə edilməsini göstərirlər. Ancaq, unutmayaq ki, ilk yardım heç bir vəsait olmadan xəsarət almış şəxsə edilən köməklikdir. Biz yanımızda nasısa dərman, tibbi avadanlıq gəzdirə bilmərik ki….
Süni tənəffüs vermək üçün xəstəni sərt döşəmə üzərində uzatmalı və qollar gövdə boyunca olmalıdır. Daha sonra xəstənin boynunun altına nəsə qoyuruq ki, onun nəfəs borusu uyğun vəziyyəti alsın ki, bizim verdiyimiz oksigen rahat maneəsiz çatsın. Hətta gecə evdə yatarkən başımızın mövqeyinə bədənimizə fikir verməliyik. Yastıq çox qəlbi olarsa nəfəs almaqda çətinlik çəkəcəyik, ürəyimiz gücə düşəcək. Hətta xoruldamağın səbəblərindən biri də məhz başımızı düzgün yerləşdirə biləməməyimizdir…
Unutmayın ki, süni tənəffüs verməkdə məqsədimiz, beyinə oksigenin çatdırılmasıdır. Bədəndə zatən kifayət qədər oksigen – qan var. Bir qalır həmin qanı – oksigeni beyinə ötürmək…
Süni tənəffüs verməzdən öncə biz bəzi məsələləri nəzərə almalıyıq. Unutmamalıyıq ki, bizim süni nəfəs vermək istədiyimiz şəxsdə müxtəlif yolxucu xəstəliklər ola bilər – HİV, Hepatit və s… Əgər dodaqlarımız onun dodağına, damağına dəyərsə onda olan yara və qan vasitəsilə bizə də keçə bilər.. Bunun üçün sadə formada olaraq, yanımızda əgər kağız və ya dəsmal varsa onu qatlayıb ortasını dəlirik və onu xəstənin ağzına qoyuruq. Mümkün qədər dodaq dodağa yağışmalı, burun sıxılmalıdır ki, oradan hava çıxmasın… Tənəffüs verən zaman bir gözümüz xəstənin sinəsində olmalıdır. Əgər tənəffüs verən zaman xəstənin sinəsi yuxarı qalxmırsa deməli bizim vediyimiz nəfəs ora gedib çatmır. Buna diqqət etməliyik…… Yadda saxlayaq ki, süni tənəffüs zamanı xəstə 2-4 dəqiqə ərzində özünə gəlmirsə prosesi dayandırmayın. Ən azı 15-20 dəqiqə..

Qapalı ürək masajı
Sual: Ürək hansı tərəfdədir?
Ürək nə sağda, nə də tam olaraq sol tərəfdədir. Lakin, qismən sola meyillidir. Ürəyi gücə salmamaq üçün arxa üstə yatmaq ən yaxşı variantdır. Ürək döyündükdə qan sol mədəcikdən aortaya və baş beyinə, sağ mədəcikdən ağciyərə oksigen ilə təmin olunmaq üçün ötürlür. Ürək masajının da məqsədi məhz ağciyəri, ən əsası da beyini öksigen ilə təchiz etməkdir.
Ürək masajı tətbiq etmək üçün:
– Döş sümüyünün yuxarı və aşağı kənarı təyin edilir, bir əlin ovucu döş sümüyünün aşağı yarısına yerləşdirilir.
– Digər əl bu əlin üzərinə yerləşdirilir
– Hər iki əlin barmaqları bir-birinə sıxılır
– Əllərin barmaqları döş qəfəsinə təmas etmədən, dirsəklər bükülmədən, döş sümüyü üzərinə bədənə dik (perpendikulyar) şəkildə tutulur
– Döş sümüyü 5 sm aşağı enəcək şəkildə (yandan baxıldığında döş hündürlüyünün 1\3-i qədər) 30 ürək masajı tətbiq olunur və sürəti dəqiqədə 100 masaj olacaq şəkildə yerinə yetirilir.

Ürək masajının effektli olmasının əlamətləri:
– Qasıq, yuxu, bilək arteriyalarında nəbzin bərpa olunması
– Arteriyal təzyiqin 60- 80 mm civə sütununa qalxması
– Bəbəklərin daralması və işığa qarşı reaksiya
– Dəridə “meyid” rənginin yox olması
– Sərbəst tənəffüsün bərpa olunması.
Tənəffüs və qan dövranı bərpa olunduqdan sonra zərərçəkənin bədəni düzgün vəziyyətə gətirilməlidir.
_______________________________________________________________________________________________________________________________________________________

Qanaxmalar
Qanaxma – damar tamlığının pozulmasınəticəsində qanın damar xarixinə doğru axmasıdır. Qanaxmanın ciddiliyi aşağıdakı vəziyyətlərə bağlıdır:
• Qanaxmanın sürəti
• Qanın axdığı yer
• Qanaxmanın miqdarı
• Şəxsin fiziki göstəriciləri və yaşı

Qanın axdıığı bölgəyə görə 3 növ qanaxma vardır:
Xarici qanaxmalar – Qanaxma yaradan bədən xaricinə doğru olur
Daxili qanaxmalar – Qanaxma bədənin daxilində olduğu üçün gözlə görünmür
Təbii dəliklərdən olanq anaxmalar – Qulaq, burun, ağız, anus və cinsiyyət orqanlarından olan qanaxmalar.
Damar növünə görə – arterial, venoz və kapilyar qanaxmalar mövcuddur. Arterial damar qanaxmaları nəbz atışlarına uyğun olaraq hissə-hissə xaric olur və al qırmızı rəngdədir. Venoz qanaxma isə tünd qırmızı rəngli və axıntı şəklindədir. Kapilyar qanaxma kiçik qabarcıqlar şəklində xaric olur.
Arterial qanaxmalarda qan təzyiqlə fəvvarə şəklində xaric olur. Bu səbəbdən qısa zamanda çox qan itirilə bilər. Bu cür qanaxmalarda qanayan yer üzərinə və ya qanayan yerə yaxın və yuxarıda yerləşən arteriya nahiyəsinə təzyiq tətbiq olunması lazımdır. Bu səbəbdən bədəndə təyin olunmuş təzyiq nöqtələri aşağıdakılardır:

1. Boyun – yuxu arteriyasının (şah damar) təzyiq nöqtəsi
2. Körpücük sümüyü üzərində – körpücük arteriyasının təzyiq nöqtəsi
3. Bazu – bazu arteriyasının təzyiq nöqtəsi
4. Said – bazu arteriyasının təzyiq nöqtəsi
5. Qasıq – bud arteriyasının təzyiq nöqtəsi
6. Baldır – bud arteriyasının təzyiq nöqtəsi

Qanaxmalarda ilk yardım
Xarici qanaxmalarda ilk yardım:
• İlk yardımçı özünü tanıdır və xəstə sakitləşdirilir
• Xəstə arxası üstə uzadılır
• Xəstənin vəziyyəti qiymətləndirilir (ABC)
• Tibbi yardım çağrılır
• Yara və qanaxma qiymətləndirilir
• Qanayan yeri üzəri təmiz parça və ya bez ilə sıxılır
• Qanaxma dayanmazsa ikinci bir bez və ya parça əlavə olunaraq təzyiq artırılır
• Ehtiyyac olarsa sarğı ilə sarınaraq təzyiq tətbiq edilir
• Qanayan yerə ən yaxın olan təzyiq nöqtəsinə təzyiq tətbiq olunur
• Qanayan yer yuxarı qaldırılır
• Təzyiq tətbiq olunmalı yrə təzyiq etmək lazımı səviyyədə olmursa, jqut tətbiq olunur
• Qanayan yer bayırda qalacaq şəkildə xəstənin üstü örtülür
• Şok vəziyyəti verilir (şokda olan xəstələrə verilən sağalma vəziyyəti)
• Görülən tədbirlərlə əlaqədar məlumatlar (jqutun tətbiq saatı) xəstənin üzərinə yazılır
• Həyat əlamətləri tez-tez (2-3 dəqiqədən bir) dəyərləndirilir
• Sürətli təxliyyə həyata keçirilir

Daxili qanaxmalarda ilk yardım:
Daxili qanaxmalar şiddətli travma, zərbə, sınıq, silahla yaralanma səbəbilə baş verə bilər.Xəstədə şok əlamətləri olur. Daxili qanaxma şübhəsi olanlarda aşağıdakı tədbirlər həyata keçirilir:
• Xəstənin huşu və həyat əlamətləri qiymətləndirilir (ABC)
• Tibbi yardım çağrılır (həkim)
• Xəstənin üstü örtülərək ayaqları 30 sm yuxarı qaldırılır
• Yemək və içmək verilmir
• Hərəkət etdirilmir (xüsusən sınıq varsa)
• Həyat əlamətləri tez-tez dəyərləndirilir
• Tibb müəssisəsinə təxliyyəsi təmin olunur

Hansı vəziyyətlərdə jqut tətbiq olunmalıdır?
• Çox sayda yaralının olduğu bir yerdə tək ilk yardımçı varsa (qanaxmanı dayandırmaq və daha sonra digər yaralılara yardım göstərmək üçün)
• Yaralı ağır şəraitdə bir eyrə daşınarsa
• Üzv qopması (amputasiya) varsa
• Təzyiq nöqtələrinə təzyiq etmək kifayət etmirsə
Jqut tətbiq olunması qanaxmanın dayandırılması mümükün olmayan vəziyyətlərdə ediləcək ən son tətbirdir. Lakin, əvvələrdə olduğu kimi hal-hazırda çox tətbiq olunmur. Çünki, uzun müddətli jqut tətbiq olunması nəticəsində toxumalarda zədələnmə meydana gələ bilər və ya üzvün bütünlükdə itirilməsinə səbəb ola bilər.

Jqut tətbiq olunmasında diqqət ediləcək xüsusiyyətlər hansılardır?
• Jqut kimi istifadə olunacaq əlaltı vasitələrin uzunluğu zədələnmiş hissəyə ən azı iki dəfə dolamaq üçün kifayət qədər uzun və eni əna z 8-10 sm olmalıdır
• Jqut olaraq ip, tel kimi kəsici əşyalar istifadə olunmamalı
• Jqutu sıxmaq üçün taxta parçası, qələm kimi əşyalar istifadə edilə bilər
• Jqut qanaxma dayanana qədər sıxılır
• Jqut tətbiq olunan yerin üzərinə heç bir şey örtməyin
• Jqut bağlandığı vaxt bir kağızın üzərinə yazılmalı və xəstənin üzərinə asılmalıdır
• Uzun müddətli tətbiq olunduqda, qanayan yerə görə 15-20 dəqiqədən bir jqut boşaldılmalıdır
• Jqut üzvün qopduğu yerə ən yaxın olan və dəri tamlığının pozulmadığı yerdə tətbiq olunur
• Jqut bazu və bud kimi təksümüklü nahiyələrdə tətbiq olunur. Said və baldıra əl-ayağın qidalanmasını poza bildiyi üçün tətbiq olunmur. Hər hansı üzvün qopması hallarında said və baldıra da jqut tətbiq oluna bilər.

Burun qanaxması:
• Xəstə sakitləşdirilir, həyəcan aradan qaldırılır
• Oturdulur
• Başı yüngülcə önə əyilir
• Burun qanadları 5 dəqiqə müddətində sıxılır
• Mütəxəssis bir həkimə getməsi təmin olunur

Qulaq qanaxması:
• Xəstə sakitləşdirilir, həyəcan aradan qaldırılır
• Qanaxma yüngüldürsə qulaq təmiz bir bezlə təmizlənir
• Qanaxma ciddidirsə qulağı tıxamadan təmiz bezlərlə bağlanır
• Huşu aydındırsa hərəkət etdirmədən arxası üstə uzadılır, huşsuzdursa qanayan qulaq üzərinə yatızdırılır
• Qulaq qanaxması, qanqusma, anus və cinsiyyət orqanlarında qanaxmalarda xəstə mütəxəssis bir həkimə göndərilir
_________________________________________________________________________________________________________________________________________________________

Şok zamanı ilk yardım
Şok nədir? – Ürək qan-damar sisteminin həyati orqanları uyğun nisbətdə qanla təmin etməməsi səbəbilə meydana çıxan və təzyiq enməsi ilə müşahidə edilən kəskin qan dövranı çamazlığıdır.
Səbəblərinə görə 5 növ şok vardır:
– Kardiogen şok (ürəklə əlaqəli)
– Hipovolemik şok (qan çatmazlığı ilə əlaqəli)
– Toksik şok (zəhərlənmə ilə əlaqəli)
– Anaflaktik şok (allergiya ilə əlaqəli)
– Travmatik şok (travma ilə əlaqəli)

Şokun əlamətləri:
– Qan təzyiqinin enməsi
– Sürətli və zəif nəbz
– Sürətli və səthi tənəffüs
– Dəridə soyuqluq, solğunluq, nəmlik
– Həyəcan, narahatlıq
– Başgicəllənmə
– Dodaq ətrafında solğunluq və ya göyərmə
– Susuzluq hissi
– Huşun səviyyəsində azalma

Şok zamanı ilk yardım tədbirləri:
– Özünün və ətrafının təhlükəsizliyi təmin edilir
– Xəstə arxası üstə uzadılır
– Hava yolunun açıqlığı təmin olunur
– Qanaxma varsa, təcili dayandırılır
– Şok vəziyyəti (şokda olan xəstələrə verilən vəziyyət) verilir
– Xəstə isti saxlanılır
– Sürətli şəkildə tibb müəssisəsinə təxliyyə olunur
– Xəstənin həyəcan və qorxuları aradanq aldırılaraq psixoloji yardım təmin olunur

Şok vəziyyəti necə verilir?
– Xəstə düz olaraq arxası üstə uzadılır
– Xəstənin ayaqları 30 sm yuxarı qaldırılaraq, ayaqlarının altına dəstək qoyulur (paltar, ədyal, yastıq və s)
– Xəstənin üstü örtülərək isidilir
– Yardım gələnə qədər xəstə tək buraxılmır
– Müəyyən fasilələrlə (2-3 dəqiqədən bir0 həyat əlamətləri qiymətləndirilir
________________________________________________________________________________________________________________________________________________________

Yaralanmalarda ilk yardım
Yara nədir? – travma nəticəsində dəri və ya selikli qişanın tamlığının pozulmasıdır. Eyni zamanda qan damarları, əzələ və sinir toxumaları da zədələnə bilər. Dərinin qoruma xüsusiyyəti pozulduğundan infeksiya riski artır
Yaraların aşağıdakı növləri vardır:
1. Kəsilmiş yaralar: Bıçaq, şüşə kimi kəsici alətlərlə baş verir. Ümumilikdə sadə yaralardır. Dərinlikləri asanlıqla təyin olunur.
2. Əzilmiş yaralar: Daş, yumruq, dəyənək kimi təsirlərin şiddətli olaraq dəyməsi ilə meydana çıxan yaralardır. Yra kənarları əzik olur. Qanaması çox olmur, ancaq toxuma zədələnməsi və həssaslıq vardır.
3. Deşilmiş yaralar: Uzun və sivri alətlərlə meydana çıxan yaralardır. Dərinlik səth üzərindəki yara ölçüsündən daha böyük olur. Aldadıcı ola bilər, tetanus (ölümlə nəticələnən infeksiya) təhlükəsi vardır.
4. Çirkli (infeksiyalaşmış) yaralar: Mikrob daxil olma ehtimalı olan yaralardır. İnfeksiya riski yüksək olan yaralar bunlardır – gecikmiş yaralar (6 saatdan artıq), tikişləri ayrılmıç yaralar, kənarları düz olmayan yaralar, çox çirkli və dərin yaralar, odlu silah yaraları, dişləmə və sancma yaraları.

Yaraların ümumi əlamətləri:
1. Ağrı
2. Qanaxma
3. Yara kənarının ayrılması

Yaralanmalarda ilk yardım tədbirləri:
1. Həyat əlamətləri qiymətləndirilir (ABC)
2. Yara yeri dəyərləndirilir (Forması, müddəti, qanaxma və s)
3. Qanaxma dayandırılır
4. Üstü bağlanır
5. Tibb müəssisəsinə getməsi təmin olunur
6. Tetanus mövzusunda xəbərdar olunur
7. Yaradakı yad cismlərə toxunulmamalıdır.

Deşilmiş döş qəfəsi yaralanmalarında ilk yardım tədbirləri:
1. Xəstənin huşu yoxlanılır
2. Xəstənin həyat əlamətləri qiymətləndirilir
3. Yara üzəri polietilen torba və s ilə örtülmüş bir bez və ya parça ilə örtülür
4. Nəfəs alma vaxtı yaraya hava daxil olmasının qarşısını almaq, nəfəs vermə vaxtı havanın xaricə çıxmasını təmin etmək üçün yara üzərinə qoyulan bezin bir ucu açıq saxlanılır
5. Xəstənin huşu aydındırsa, yarı oturaq vəziyyətdə oturdulur
6. Yeməyə, içməyə heç bir şey verilmir
7. Həyat əlamətləri tez-tez yoxlanılır
8. Tibbi yardım çağrılır

Deşilmiş qarın yaralanmalarında ilk yardım tədbirləri:
1. Xəstənin huşu yoxlanılır
2. Xəstənin həyat əlamətləri qiymətləndirilir
3. Xaricə çıxan orqanları içəri qaytarmağa çalışmayın, üzərini geniş, nəmli və təmiz bez parçası ilə örtün
4. Huşu aydındırsa arxası üstə ayaqlar bükülmüş olaraq yatızdırılır, istilik itməsinin qarşısını almaq üçün üzəri örtülür
5. Yeməyə, içməyə heç bir şey verilmir
6. Həyat əlamətləri tez-tez yoxlanılır
7. Tibbi yardım çağrılır

Kəllə və onurğa yaralanmalarının əlamətləri:
1. Şüurda, yaddaşda dəyişikliklər, yaddaş itkisi
2. Başda, boyunda, beldə ağrılar
3. Əl və barmaqların uyuşması, hissiyatın itməsi
4. Bədənin hər hansı hissəsində hərəkətin itməsi
5. Baş və ourğanın formasının dəyişməsi
6. Burun və qulaqdan onurğa beyin mayesi və qan axması
7. Baş, boyun və beldə xarici qanaxma
8. Əsmə
9. Müvazinətin itməsi
10. Qulaq və göz ətrafında göyərmə

Kəllə və onurğa yaralanmalarında ilk yardım tədbirləri:
1. Huş yoxlanılır
2. Həyat əlamətləri qiymətləndirilir
3. Təcili tibbi yardım çağrılır
4. Huşu aydındırsa hərəkət etməməsi təmin olunur
5. Hər hansı təhlükə varsa düz vəziyyətdə hadisə yerindən çıxarılır
6. Baş-boyun-gövdə oxu istiqaməti pozulmamalıdır
7. Daşınma zamanı xəstənin əsməyə məruz qalmaması vacibdir
________________________________________________________________________________________________________________________________________________________

Yanıqlar, günvurma və donvurma zamanı ilk yardım
Yanıq – yüksək temperaturun təsiri nəticəsində insan orqanizmində əmələ gələn toxuma zədələnməsidir. Yanıq ümumilikdə isti (qaynar) su və ya buxarla təmas nəticəsində əmələ gəldiyi kimi, isti bərk maddələrlə, eləcə də turşu, qələvi kimi kimyəvi maddələrlə, elektrik vurma və ya radiasiya səbəbilə yarana bilər. Yanıqlar dərinliyi, sahəsi və əmələ gəldiyi nahiyədən asılı olaraq orqan və sistemlərdə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Ağrı və maye itkisi səbəbilə yanıq şoku əmələ gələ bilər. Xəsarət alan şəxsin orqanizmindəki mikroblar və toksinlər infeksiyaya səbəb ola bilər.

Yanığın aşağıdakı növləri var:
1. Termiki yanıqlar
• İstidən əmələ gələn yanıqlar
• Elektrik səbəbilə əmələ gələn yanıqlar
• Şüadan əmələ gələn yanıqlar
• Sürtünmədən əmələ gələn yanıqlar
2. Kimyəvi yanıqlar
• Turşu, qələvi kimi kimyəvi maddələrdən əmələ gələn yanıqlar

Yanığın ciddiliyini bildirən faktorlar:
• Dərinliyi
• Yayılması
• Sahəsi
• İnfeksiyalaşma riski
• Zərəçəkənin yaşı
• Tənəffüs yolunda görünən təsir
• Öncədən olan xəstəliklər

Yanıqların qiymətləndirilməsi:
1-ci dərəcəli yanıq: Dəridə qızartı, ağrı, yanıq bölgəsində şişkinlik vardır. Təxminən 48 saat müddətində sağalır
2-ci dərəcəli yanıq: Dəridə içi maye ilə dolu suluq vardır. Ağrılıdır. Dərinin yenilənməsi ilə öz-özünə sağalır.
3-cü dərəcəli yanıq: Dəridə içi qanlı maye ilə dolu suluq vardır. Dərinin bütün təbəqələri zədələnir. Sinirlər zədələndiyi üçün ağrı yoxdur.
4-cü dərəcəli yanıq: Toxumaların kömürləşməsi baş verir. Xüsusən də əzələlər, damarlar, vətərlər, sümüklər kömürləşir.

İstinin təsirindən əmələ gələn yanıqlarda ilk yardım tədbirləri:
• Zərərçəkmiş hələ də yanırsa, ilk növbədə panikaya mane olunur, qaçmasının qarşısı alınır
• Xəstənin üzəri ədyal və ya bir örtük ilə örtülür və yuvarlanması təmin olunur
• Həyat əlamətləri qiymətləndirilir
• Tənəffüs yolunun zədələnməsi yoxlanılır
• Yanmış nahiyədəki paltarlar dəri zədələnmədən çıxarılır
• Yanmış nahiyə ən az 20 dəqiqə axar su altında tutulur (yanıq səthi böyükdürsə, istilik itkisinin çox olacağından bu tədbiri yerinə yetirmək məsləhət deyil)
• Şiş əmələ gəlmə ehtimalı olduğuna görə üzük, bilərzik, saat kimi əşyalar çıxarılır
• Gigiyena və təmizliyə diqqət edilir
• Əmələ gələn suluqlar partladılmır
• Yanıq üzərinə dərman və ya yanıq məlhəmi kimi maddələr də sürtülməməlidir
• Yanığın üzəri təmiz bir bez və ya parça ilə örtülür
• Xəstə ədyal ilə örütülür
• Yanıq geniş və tibb müəssisəsi uzaqdadırsa, xəstənin qusması yoxsa, huşu aydındırsa içməyə maye (1 litr su – 1 çay qaşığı çay sodası – 1 çay qaşığı duz qarışığı) verilərək maye itkisinin qarşısı alınır
• Tibb yardım çağrılır

Kimyəvi yanıqlar zamanı ilk yardım tədbirləri:
• Dəri ilə təmas edən kimyəvi maddənin təması ən qısa zamanda kəsilməlidir
• Yanıq sahəsi təzyiqsiz maye ilə, ən azı 15-20 dəqiqə yüngülcə yuyulmalıdır
• Paltarlar çıxarılmalıdır
• Xəstənin üstü örtülməlidir
• Tibbi yardım çağrılmalıdır

Elektrik yanıqlarında ilk yardım tədbirləri:
• Soyuqqanlı olmalı və xəstə sakitləşdirilməlidir
• Xəstəyə toxunmadan əvvəl elektrik axını kəsilməli, elektrik axınını kəsmək mümkün deyilsə taxta çubuq və ya ip kimi bir cismlə elektrik təması kəsilməlidir
• Xəstənin həyat əlamətləri qiymətləndirilməlidir (ABC)
• Xəstəyə qəti şəkildə su ilə müdaxilə edilməməlidir
• Zədələnmiş nahiyənin üstü təmiz parça ilə örtülməlidir
• Tibbi yardım çağrılmalıdır

Günvurmanın əlamətləri:
• Əzələ qıcolması
• Gücsüzlük, yorğunluq
• Başgicəllənmə
• Davranış pozğunluğu, əsəbilik
• Solğun və isti dəri
• Çoxlu tərləmə (daha sonra azalır)
• Mədə spazmı, ürəkbulanma, qusma
• Huşun itməsi, qarabasma
• Nəbzin sürətlənməsi

Günvurma zamanı ilk yardım tədbirləri:
• Xəstə sərin və havalı bir yerə yerləşdirilir
• Paltarları çıxarılır
• Arxası üstdə uzadılaraq əl və ayaqları qaldırılır
• Ürəkbulanması yoxdursa və huşu aydındırsa su və duz itkisini bərpa etmək üçün 1 litr su – 1 çay qaşığı çay sodası – 1 çay qaşığı duz qarışığı və ya mineral su içirilir

Günvurma və istivurma üçün risk qrupları:
• Ürək xəstələri
• Təzyiq xəstələri
• Şəkər xəstələri
• Şiş xəstələri
• Normal çəkisindən çox aşağı və çox yuxarı olanlar
• Psixoloji və ruhi narahatlığı olanlar
• Böyrək xəstəlikləri olanalr
• 65 yaşından yuxarı olanalr
• 5 yaşdan aşağı olan uşaqlar
• Hamilə qadınlar
• Həkim məsləhəti olamdan daim pəhriz saxlayanlar
• Yetərli miqdarda su içməyənlər
İsti yay günlərində günvurmadan uzaq olmaq üçün süsusi papaq, günəş gözlüyü, çətir kimi vasitələrdən istifadə edilməli, mövsümə uyğun açıq rəngli yüngül paltarlar geyinilməli, bol miqdarda maye qəbul olunmalı, bədən təmiz saxlanılmalıdır.

Donvurmanın əlamətləri
İfrat soyuq səbəbindən soyuğa məruz qalan nahiyyəyə kifayət qədər qan getməməsi və toxumalarda qan laxtalanması nəticəsində ciddi zədələnmə meydana çıxır. Donvurmanın dərəcələri:
1-ci dərəcə: Ən yüngül formadır. Erkən yardım edilərsə tez bir zamanda sağalır. Dəridə solğunluq, soyuqluq hiss olunur. Hissiyatın azalması və halsızlıq görsənir. Daha sonra qızartı və iynəbatma hissi əmələ gəlir.
2-ci dərəcə: Soyuğun daimi olması ilə əlaqədar əlamətlər emydana çıxır. Zərər görən nahiyyədə gərginlik hiss olunur. Ödem, şişkinlik, ağrı və içi maye ilə dolu suluqlar əmələ gəllir. Suluqlar sağaldıqca qara qabığa çevrilir.
3-cü dərəcə: Soyuğun daimi olması ilə əlaqədar zədələnmə daha da dərinləşir. Suluqların içi qanlı maye ilə dolu, dibi göy bənövşəyi rəngdə və dəri hissiyatsız olur. Dərinin bütün toxumaları zədələnir.
4-cü dərəcə: Toxumaların geriyə dönməz zədələnməsi meydana çıxır. Demək olar bütün toxumalar zədələnir. Canlı və sağlam dəridən kəskin xətlərlə ayrılan qara hissə əmələ gəlir.

Donvurma zamanı ilk yardım tədbirləri:
• Xəstə mülayim istin bir yerdə yerləşdirilir, soyuqla təması kəsilir.
• Sakitləşdirilir
• Qəti şəkildə istirahət tövsiyyə olunur və hərəkət etdirilməməlidir
• Quru paltarlar geyindirilir
• İsti içkilər verilir
• Suluqlar partladılmamalı və bu nahiyyənin üzəri təmiz parçailə örtülməlidir
• Donmuş nahiyyə ovuşdurulmamalı, öz-özünə isinməsi təmmin olunmalıdır
• Əl və ayaq sərbəst vəziyyətdə saxlanılmalıdır (əllər yumruq tutulmuş və ayaqlar bükülmüşdürsə açılmaya cəhd olunmamalıdır)
• İsinmədən sonra hələ də hissiyyat pozğunluğu varsa parça ilə sarınır
• Əl və ayaqlar yuxarı qaldırılır
• Tibbi yardım çağrılır.
_______________________________________________________________________________________________________________________________________________________

Sınıq, çıxıq və burxulmalarda ilk yardım
Sınıq – Sümük tamlığının pozulmasıdır.Sınıqlar zərbə nəticəsində və ya öz-özünə başverə bilir. Yaşlılıq ilə əlaqədar öz=özünə sınıq əmələ gəlmə riski də artır. Sınığın iki növü var:
1. Qapalı sınıq: Sümük tamlığı pozulur, ancaq dəri sağlam olur.
2. Açıq sınıq: Sümük tamlığı ilə yanaşı dəri tamlığı da pzoulur. Hətta sümük ucları xaricə çıxa bilər. Eyni zamanda, qanaxma və infeksiya təhlükəsiz də vardır.

Sınıqların aləmətləri:
1. Hərəkət ilə artan ağrı
2. Deformasiya (formanın pozulması)
3. Hərəkət məhdudluğu
4. Şişkinlik və qanaxma səbəbilə göyərmə

Sınıqlarda ilk yardım tədbirləri:
1. Xəstə hərəkət etdirilməməli, isti saxlanılmalı
2. Qollar zədələnibsə üzük və saat kimi əşyalar çıxarılır. Əks təqdirdə yaranacaq şişkinlik əlavə problemlər yaradacaq.
3. İmmobilizasiya və sarğı olunarkən barmaqlar görünəcək şəkildə açıq saxlanılır. Beləcə barmaqlardakı rəng, hərəkət, hissiyata nəzarət olunur.
4. Sınıq şübhəsi olunan nahiyyəni ani hərəkətlərdən qorumaq məqsədilə əlaltı vasitlərdən istifadə edərək həmin nahiyyənin alt və üst hissəsində olan oynaqları əhatə edən immobilizasiya edilir. İmmobilizasiya vasitələri – dəyənək, taxta, karton kimi sərt maddələrdən düzəldilmiş olmalı və sınmış sümüyün alt və üst hissələrini əhatə edəcək uzunluqda olmalıdır.
5. Açıq sınıqlarda immobilizsiyadan əvvəl yara təmiz bez parçası ilə örtülməlidir.
6. Sınmış nahiyyədə tez-tez nəbzə, dərinin rəngi və hissiyata nəzarət olunur.
7. Əl və ayaqlar yuxarı qaldırılır
8. Tibbi yardım çağrılır.

Burxulma – oynaq səthlərinin, zədə səbəbilə, bir-birindən bir anlıq ayrılması ilə oynağı təsbit edən bağların gərilməsi nəticəsində meydana çıxır. Burxulmanın əlamətləri: burxulan nahiyyədə ağrılıq, qızartı, şişkinlik, hərəkət məhdudluğu. Burxulma zmanı ilk yardım tədbirləri:
1. Sıxıcı bir sarğı ilə burxulan oynaq immobilizasiya edilir
2. Şişkinliyi azaltmaq üçün zədələnmiş nahiyyə yuxarı qaldırılır
3. Hərəkət etdirilməməli
4. Tibbi yardım çağrılır.

Çıxıq – Oynaq səthlərinin bir-birindən fasiləsiz ayrılmasıdır. Öz-özünə normal vəziyyətinə qayıda bilmir. Əlamətləri: Bərk ağrı, şişkinlik və qızartı, hərəkət məhdudluğu, oynaq deformasiyası. Çıxıqlar zamanı ilk yardım tədbirləri:
1. Oynaq olduğu şəkildə immobilizsiya edilir
2. Çıxıq yerinə qaytarmağa çalışılmamalı
3. Xəstəyə yemək və içməyə heç bir şey verilməməli
4. Zədələnmiş nahiyyədə nəbzə, dərinin rənginə və istisinə nəzarət edilməli
5. Tibbi yardım çağrılır.

Sınıq, çıxıq, burxulma zamanı immobilizsiya tədbirinin edilməsi:
İmmobilizsiya zamanı ilk yardımçı əldə olan vasitələrdən istifadə edir. Bunlar üçbucaq sarğı, silindirik sarğı, ədyal, xalat, şərf, qalstuk, taxta, karton və s vasitələr ola bilər. İmmobilizsiya olunan zman yaralı nahiyyə sabit tutulmalıdır. Yra varsa üstü təmiz parça ilə örtülməlidir. İmmobilizsiya edilən zona əvvəlcə yumşaq vasitələrlə örtülür. Yralı nahiyyə necə aşkar olunubsa eləcə də immobilizsiya edilməlidir, düzəldilməyə çalışılmamalıdır. İmmobilizasiya sınıq, çıxıq və burxulmanın yuxarı və aşağı hissəsində qalan oynaqları əhatə edən şəkildə olmalıdır.

Qol və körpücük sınığı zamanı immobilizasiya:
• Qoltuq altına yumşaq yastıqca yerləşdirilir
• Üçbucaq ləçəkdən istifadə olunur
• Üçbucaq ləçək zirvəsi dirsək tərəfə, oturacağı gövdə ilə eyni səviyyədə olacaq şəkildə yaralının gövdəsinin üzərində yerləşdirilir
• Əl dirsək səviyyəsində bükülmüş olaraq döş qəfəsinin alt hissəsinə yerləşdirilir. Üçbucaq ləçəyin iki ucu yaralının boynuna düyünlənir, immobilizasiya edilən əlin barmaqları görünən şəkildə olmalıdır.

Bazu sümüyünün immobilizasiyası:
• İmmobilizasiya sərt lövhələrlə yerinə yetirilir
• Sınığı immobilizasiya edəcək lövhələri yerləşdirmədən əvvəl bazunun altına (qoltuq çuxurundan istifadə olunaraq) iki lent və ya bint yerləşdirilir
• Lövhələrdən qısa olanı qoltuq altından etibarən dirsəyi əhatə edəcək şəkildə yerləşdirilir
• Uzun olanı çiyinlə dirsəyi əhatə edəcək şəkildə yerləşdirilir
• Əvvəlcədən yerləşdirilən lent və ya bintlə lövhələr bağlanaraq təsbit edilir. Lentlər çox qısa bağlanmamalıdır
• Dirsəyin immobilizasiyası üçün üçbucaq ləçəkdən istifadə olunur
• Çiyin immobilizasiyası üçün döş qəfəsi və yaralı qol üzərindən geniş parça zolaq və ya üçbucaq ləçək tətbiq olunur.

Ddirsək sınığının immobilizasiyası:
• Qol açıq vəziyyətdədirsə qol ilə xəstənin gövdəsi arası yumşaq maddələrlə doldurulmuş immobilizasiya vasitələrinin köməyilə təsbit edilir
• Əgər bükülmüş vəziyyətdədirsə dirsək üçbucaq ləçəyin köməyilə təsbit edilir

Qol asması ilə said, bilək və əl immobilizasiyası:
• Sınmış dirsək və bilək oynaqlarının hərəkətinin qarşısını almaq üçün yaralı saidin altına üçbucaq ləçək yerləşdirilir. Xəsətnin boynunun arxasına üçbucağın iki ucu düyünlənir
• Artıq hərəkət etməsinin qarşısını almaq üçün geniş bir sarğı vasitəsilə gövdəyə bağlanır

Dirsək sümüyü və ya saidin sınıqlarında sərt lövhələrlə immobilizasiya:
• Saidin altına 2 parça zolaq yerləşdirilir
• Yumşaq maddə ilə doldurulmuş sərt lövhələrdən biri barmaq diblərindən dirsəyə qədər daxili tərəfdən, digəri isə əlin xarici səthindən dirsəyə qədər hissəsni əhatə edərək təsbit edilir
• Əvvəlcədən yerləşdirilən zolaqlarla bağlanılır, çox sıxılmamalıdır
• Dirsək oynağını təsbit etmək üçün qol asması taxılır
• Bilək və ya əl-daraq sümüklərinin sınıqlarında tək qol asması ilə təsbit yetərlidir
• Barmaq sümüyü sınıqları ilə çıxığı ayırmaq çətindir. İmmobilizasiya üçün bir təsbit lövhəsi ilə yaralı barmaq yanındakı barmağa sarına bilər

Çanaq sümüyünün sınığı zamanı immobilizasiya:
• Yaralının ayaqları arasına bir yastıq, bükülmüş paltar və s kimi əlaltı vasitələr yerləşdirilir
• Səkkiz şəkilli sarğı ilə ayaqlar aşıq-daban oynağından bir-birinə təsbit edilir
• Sarğılar təbii boşluqların altından (dizlər və ayaqlar) sürüşdürülərək ikisi bud və dizlərin arasında, digər ikisi isə dizlər və ayaqların arasında olmaq şərtilə düyünlənərək təsbit edilir. Bütün düyünlər eyni tərəfdə olmalıdır

Qamış sümüyünün sınığı zamanı immobilizasiya:
• Bir əl ayağın üst hissəsinə, digər əl isə topuğa qoyularaq yaralının ayağı tutulur və sağlam ayaqla bir səviyyəyə gətimək üçün yavaşca çəkilir. Eyni zamanda ayaq yavaşca döndərilir
• Hər iki ayaq arasında (dizlər və topuqlar) boşluğu dolduran materiallar qoyulur
• Səkkiz şəkilli sarğı ilə topuqlar təspit edilir
• Yaralanın gövdəsinin altından , tərpətməmək məqsədilə təbii boşluqları istifadə edərək bel, diz və topuq arxasına 7 parça zolaq keçirilir
• Yumşaq materialla örtülmüş sərt immobilizasiya vasitəsilə qoltuq altından ayağa qədər yerləşdirilir və ayaqlardan yuxarı istiqamətdə bağlanılır
• Sarğılar, düyünləri immobilizasiya vasitəsi üzərinə vurulmaq şərtilə sarınır
• Topuq səviyyəsində ssarğı səkkiz şəklində bağlanılır
• Sərt təsbit materialı olmadıqda sağlam ayaq dəstək kimi istifadə olunaraq geniş sarğılarla immobilizasiya edilir.

Diz qapağının sınığı zamanı immobilizasiya
• Geniş sarğıların köməyi ilə iki ayağı birləşdirərək diz qapağı təsbit edilir. Dizin üstündə altında qalan sarğıları sıxarkən diqqətli olmaq lazımdır.
• Geniş və sərt təsbit vasitəsi (lövhə) varsa, buddan ayağa qədər yaralı ayağın altına yerləşdirilir və ikisi bud və diz arasında, ikisi isə diz ilə ayaq arasında olmaq şərtilə geniş sarğılarla bağlanılır. Bundan əlavə, oynağı sabit etmək məqsədilə səkkiz şəklində bir sarğı sarınır.
________________________________________________________________________________________________________________________________________________________

Huşun pozulmasında ilk yardım
Huşun pozulması-itməsi – beyinin normal fəaliyyətindəki pozğuntu səbəbindən yuxu halından başlayaraq (huşun pozulması) heç bir qıcığa cavab verməmə halına qədər inkişaf edən (huşun itməsi) huşun qismət və ya tamamən itməsi vəziyyətidir.
Bayılma (sinkope) – Qısa müddət, səthi və keçici olaraq huşun itməsidir. Beyinə gedən qan axınının azalması nəticəsində meydana çıxır.
Koma – Udqunma, öskürmə kimi reflekslərin və xaricdən gələn qıcıqlara qarşı cavabın azalması və ya yox olması ilə ortaya çıxan uzun meddətli huşun itməsidir.

Bayılmanın səbəbləri:
 Qorxu, həddindən artıq həyəcan
 İsti, yorğunluq
 Qapalı mühit, çirkli hava
 Qəflətən ayağa qalxma
 Qanda şəkərin enməsi
 Şiddətli infeksiyalar

Bayılmanın əlamətləri:
 Baş gicələnnmə, özündən getmə, yerə yıxılma
 Ayaqlarda uyuşma
 Şüurda dumanlanma
 Üzdə solğunluq
 Üşümə, tərləmə
 Sürətli və zəif nəbz

Komanın səbəbləri:
 Yıxılma və ya şiddətli zərbə
 Xüsusən kəllə beyin travmaları
 Zəhərlənmələr
 Həddindən artıq alkoqol, narkotik maddə istifadə olunması
 Şəkər xəstəliyi
 Qaraciyər xəstəlikləri
 Qıcolma

Komanın əlamətləri:
 Udqunma, özkürmə kimi reflekslərin itməsi
 Səsli və ağrılı qıcıqlara cavab olmaması
 Qeyri-adi sidik və nəcis ifrazı

Huşun pozulması zamanı ilk yardım tədbirləri
Hər hansı bir şəxs başının gicəlləndiyini hiss edərsə:
 Arxası üstə uzadılır, ayaqları 30 sm yuxarı qaldırılır
 Bədəni sıxan paltarlar boşaldılır
 Özünü yaxşı hiss edənə qədər dincəlməsi təmin olunur
Əgər şəxs bayılıbsa:
 Arxası üstə uzadılaraq ayaqları 30 sm yuxarı qaldırılır
 Nəfəs yolunun açıqlığı yoxlanılır və açıqlığın qorunması təmin olunur
 Bədəni sıxan paltarlar boşaldılır
 Qusma varsa yan vəziyyətdə saxlanılır
 Tənəffüsə nəzarət edilir
 Ətrafdakı maraqlanan şəxslər uzaqlaşdırılır
Huşu itmişdirsə:
 Xəstənin həyat əlamətləri qiymətləndirilir (ABC0
 Xəstəyə koma vəziyyəti verilir
 Təcili yardım çağrılır
 Tez-tez tənəffüs və nəbzi yoxlanılır
 Yardım gələnə qədər yaralının yanında gözlənilir

Koma vəziyyətinin (yarı üzüqoyulu-yan vəziyyət) verilməsi:
 Səsli və ya çiynindən silkələyərək qıcıq verilərək huşu yoxlanılır
 Bədəni sıxan paltarlar boşaldılır
 Ağzın içində yad cism olub-olmadığı yoxlanılır
 Bax-dinlə-hiss et üsulu ilə tənəffüsü yoxlanılır
 Yuxu arteriyasından nəbz yoxlanılır
 Xəstənin çevriləcəyi tərəfə diz çökülür
 Xəstənin qarşı tərəfdə qalan qolu əks çiynin üzərinə qoyulur
 Qarşı tərəfdəki baldır düz bucaq edəcək şəkildə bükülür
 İlk yardımçıya yaxın qol baş səviyyəsində çiyindən yuxarı uzadılır
 Qarşı tərəfdəki çiyin və buddan tutularaq bir cəhdlə çevrilir
 Üstdəki baldır bud və dizdən bükülərək önə doğru dəstək verilir
 Altdakı baldır yüngülcə dizdən bükülərək arxaya dəstək edilir
 Baş uzadılan qolun üzərinə yan vəziyyətdə yüngül önə əyərək qoyulur
 Tibbi yardım gələnə qədər bu vəziyyətdə saxlanılır
 3-5 dəqiqə fasilə ilə nəfəsalma və nəbz yoxlanılır.

Qıcolma – Sinir sisteminin mərkəzindəki bir ocaq (irritasiya) səbəbilə beyində meydana gələn elektrik boşalmaları nəticəsində baş verir. Bədən əzələlərində qeyri-adi yığılmalar olur.
Qıcolmanın səbəbləri:
 Kəllə-beyin travması nəticəsində beyin yaralanmaları
 Beyin infeksiyaları
 Yüksək qızdırma
 Bəzi xəstəliklər…
Səbəbinə görə qıcolma iki yerə bölünür:
 Qızdırma səbəbilə meydana çıxan qıcolma
 Epilepsiya
Qızdırma səbəbilə meydana çıxan qıcolma – hər hansı bir qızdırmalı xəstəlik nəticəsində bədən temperaturunun 38 C və daha yuxarı qalxması səbəbilə baş verir.Adətən 6 ay – 6 yaş arası uşaqlarda rast gəlinir. Bu cür hallarda:
 İlk növbədə xəstə nəm dəsmal və ya mələfə ilə sarınır
 Qızdırma bu üsulla enmirsə xəstə otaq temperaturunda bir vannaya salınır
 Tibbi yardım çağrılır

Epilepsiya – Xroniki bir xəstəlikdir. Doğuş zamanı və ya daha sonra hər hansı bir səbəbdən beyin zədələnməsi meydana çıxan şəxslərdə inkişaf edir. Tipik epilepsiyanın nişanələri olmasa da bəzi əlamətlərlə tanınır. Epilepsiya qıcolmasına təhrik edən bəzi vəziyyətlər ola bilər. Məsələn: uzun müddət aclıq, yuxusuzluq, çox yorğunluq, istifadə olunan dərmanların həkimin icazəsi olmadan kəsilməsi və ya dəyişdirilməsi, hormonal dəyişikliklər…

Epilepsiya qıcolmasının əlamətləri:
 Xəstədə sonradan meydana çıxan və qabaqcadan xəbərdaredici (aura) adlandırılan həqiqətdə isə olmayan qoxuları alam, əzələ yığılmaları kimi əlamətlər yaranır
 Bəzən xəstə qışqırır, şiddətli və ani bir şəkildə huşunu itirərək yıxılır
 Gərgin və yayılmış əzələ yığılmaları ola bilər, 10-20 saniyə müddətində nəfəsi kəsilə bilər
 Toxumalarda və üzdə göyərmə görülə bilər
 Çoxlu tüpürcək ifarazı, qeyri-adi sidik və nəcis ifrazı görülə bilər
 Xəstə dilini dişləyə bilər, başını yerə çırpıb yaralaya bilər, çoxlu qeyri-adi hərəkətlər edə bilər.
 Son mərhələdə xəstə oyanır. Təəccüblü, harada olduğundan xəbərsiz, yuxulu bir halı olur
 Anlamsız danışma, təkrarlanan hərəkətlər
 Qeyri-adi mimik hərəkətlər
 Bir nöqtəyə doğru dolğun baxış və s.

Epilepsiya qıcolması zamanı ilk yardım tədbirləri:
 İlk öncə ətrafda təhlükəsizlik təmin olunur. Xəstə təhlükəsiz bir yerə daşınır
 Qıcolma bitənə qədər xəstə sakit buraxılır
 Xəstənin əl-ayağını bağlamağa çalımayın
 Kilidlənmiş çənəni açmağa çalışmayın
 Ümumilikdə hər hansı yad bir maddə istifadə olunmur, qoxuladılmır və ya ağızdan hər hansı bir maye və qida verilmir
 Xəsətnin yaralanmamasına diqqət edilməli
 Başın zədələnməməsi üçün başın altına yumşaq bir vasitə qoyulur
 Bədəni sıxan paltarlar boşaldılır
 Qusmaya qarşı tədbirlər görülür
 Tibbi yardım çağrılır
________________________________________________________________________________________________________________________________________________________

Qanda şəkərin düşməsi – Hər hansı bir səbəbdən qanda qlükoza çatışmazlığı zamanı ortaya çıxan əlamətlərdir Qanda şəkərin düşməsinin səbəbləri:
Şəkər xəstəliyi müalicəsindən asılı olaraq
Ağır və uzun məşqlərdən sonra
Uzun müddət ac qalma
Bağırsaq əməliyyatı keçirənlərdə yemək sonrası

Qanda şəkərin düşməsinin əlamətləri:
Qorxu
Tərləmə
Sürətli nəbz
Titrəmə
Qəflətən acma
Yorğunluq
Ürəkbulanma

Qanda şəkərin düşməsi zamanı ilk yardım tədbirləri:
Xəstənin həyat əlamətləri (ABC) qiymətləndirilir
Xəsətnin huşu aydındırsa və qusmursa ağızdan şəkər, şəkərli içkilər verilir. Artıq şəkərin bir zərəri olmaz.
15-20 dəqiqə ərzində əlamətlər keçmirsə tibbi yardım çağrılır
Xəstənin huşu aydın deyilsə koma vəziyyəti verilərək tibbi yardım çağrılır
_______________________________________________________________________________________________________________________________________________________

Boğulma zamanı ilk yardım
Zərərçəkənin huşu özündədirsə:
Boğulma tənəffüs yollarının qapanmasından yaranır. Tam boğulma 3-5 dəqiqə ərzində ölümlə nəticələnə bilər.
Lazım deyil: Yad cismi barmaqla çıxarmaq mümkün olmadıqda yeni cəhdlər etmək
Lazımdır: Görülən tədbirlər kömək etmədikdə təcili tardım çağırmaq

Əlamətlər:
– Xarakterik əl hərəkətləri
– Tənəffüsün çətinləşməsi
– Dərinin gözə çarpan qədər qızarması
– Qıcolmalar, huşun itməsi

Fəaliyyət:
– Əllərin xarakterik hərəkətini gördükdə təcili tədbirlərə başlayın
– Göstərilən yardım onun huşunun özündə olub-olmamasından çox asılıdır. Zərəçəkən ayıq vəziyyətdədirsə ona hansı yardım göstərəcəyinizi başa salın
– Zərəçəkəni ayaq üstə arxadan qucaqlayıb barmaqlarınızı yumruq halında birləşdirin və böyük barmaqdan istifadə edərək qurşaqdan yuxarı mədə nahiyəsinə basın. Özünüzə tərəf çəkin
– Əgər boğulma hamilə qadınlarda baş veribsə onda qarın hissədən deyil, dğş qəfəsi nahiyəsindən sıxın
– Yumruğu digər əlin üzərinə qoyub güclü təkanlar ilə daxilə və yuxarıya doğru qabırğa altına təzyiq edin
– Heç bir nəticə olmursa, bunu 3 dəfə təkrarlayın.

Huşsuz vəziyyətdə:
– Zərəçəkəni arxası üstə uzadın. Başı bir qədər arxaya çəkin, bu vaxt buxaq yuxarıda olmalıdır
– Əgər zərərçəkən nəfəs almırsa süni tənəffüs hərəkətlərini yerinə yetirin

Tənəffüsün pozulması həm boğulmadan, həm də xarici faktorlardan asılı ola bilər. Məsələn:
– Otaqda oksigenin azlığı
– Hava yollarının tutulmasından (balış və ya başqa yumşaq bir şey)
– Zərəçəkəni tənha qoymaq olmaz
– Tənəffüsü törədən səbəbləri aradan qaldırın. Təcili yardım çağırın
– Zərərçəkənə ağızdan nəfəs vermək mümkün deyilsə, o zaman qarından kəskin basın. Dizi üstə durun. Hər iki ovucunuzu göbəkdən yuxarı qarın nahiyəsinə qoyun. Kəskin hərəkətlərlə qarın nahiyəsinə təzyiq edin.

Əlamətlər:
– Tənəffüsün kəsilməsi
– Dərinin göyərməsi
– Huşun itməsi

Tənəffüsün suda dayanması suyun ciyərlərə dolması və tənəffüs yollarının spazmından yaranır. Suda boğulanı çıxardarkən ehtiyatlı olun. Ona arxadan yaxınlaşın, saçından və ya qoltuq altından yapışın və arxası üstə çevirib sahilə doğru üzün. Boğulanın sizdən yapışmasına imkan verməyin. Suda boğulanı sahilə çıxardıqdan sonra ona soyuq dəyməsinə imkan verməyin. Ətrafları quru əl və ya qıcıqlandırıcı maddə ilə ovuşdurun (kamfora spirti, sirkə, araq, naşatr spirti və s). Boğulani başı aşağı tutub ciyərlərinə dolmuş suyun boşalmasını təmin edin. Süni tənəffüs və ürək masajını reallaşdırın (əgər nəbz və tənəffüs yoxdursa). Zərərçəkəni böyrü üstə uzadın (əgər nəbz və tənəffüs varsa). Təcili yardım çağırın.
______________________________________________________________________________________________________________________________________________________

Elektrik və ildırım vurma zamanı ilk yardım
– Zədələnmələr yerli və ümumi dəyişiklik törədir
– Cərəyanın çıxdığı yerdə – yanıq KRATER şəklini xatırladır
– Dəridə əmələ gələn zədələr 3-cü, 4-cü dərəcəli yanıqları xatırladır
– Yaralar döyənəkləşmi kənarları boz – sarımtıl rəngdə olur, bəzən yara sümüyə qədər işləyir
– Yüksək gərginlik bəzən ətrafların qopub ayrılmasına gətirib çıxardır
– Dəri üzərində yanıqlar
– Əzələ
– Ağrıları
– Kardioloji şok -rəngin avazıması, təngnəfəslik, qıcolma
– Bədənin hərarətinin düşməsi
– Nəbzin itməsi, tənəffüsün dayanması, iflic
– Yüngül zədələnmələrdə huşun itməsi, əsəb gərginliyi, baş gicəllənmə, ümumi halsızlıq
– İldırım vurma zmanı – iflic, karlıq, nitqin itməsi, tənəffüsün dayanması
Lazım deyil:
– Zərəçəkəni tənha qoymaq
– Elektrik cərəyanı altında olan insana toxunmaq
– Zərəçəkəni torpaqla örtmək
– Alkoqollu içkilər və ya qəhvə vermək
Lazımdır:
– Cərəyanı mənbədən ayırmaq
– Ürək döyünmələrini çox diqqətlə dinləmək
– Təcili yardım çağırmaq
– Zərərçəkəni xəstəxananın kardioloji şöbəsində yerləşdirmə
– Qan dövranının pozulması ikincili şokun əmələ gəməsinə səbə ola bilər
– Ağır vəziyyətlərdə tənəffüsün pozulması ilə “YALANÇI ÖLÜM” yaranır ki, bu vaxt bir dəqiqə belə itirmədən bir neçə saatlarla davam edən süni tənəffüsü yerinə yetirin
– Süni tənəffüs dəqiqədə 16-20 dəfə həyata keçirilməlidir.
– Əgər tənüffüs varsa və nəbz vurursa əzərəçəkəni rahat vəziyyətdə qoyun
– Yanan sahəyə sarğı qoyun
– Ağrı kəsici – amidopirin 0, 25 qram, analgin 0, 25 qram verin
– Xəstəxanaya zərəçəkəni uzanmış və isti yorğanla örtülmüş vəziyyətdə çatdırın
– Zərəçəkənin huşu özünə gəldikdən sonra ona istənilən qədər maye qəbul etməyə ikman verin
_______________________________________________________________________________________________________________________________________________________

Zəhərli həşəratların sancması zamanı ilk yardım
Arıların sancması sancma yerində şişkinlik yaranır. Zərəçəkəni tənha qoymayın. Zərərçəkənin alergik xəstəliyi yoxdursa ona alergiyaya qarşı dərmanlar vurulmalı. Ağrıkəsicilər verilməlidir. Dəridən neştəri çıxardın. Yaranı antiseptik məhlul ilə işləyin. Hidrokortizon məhlulunun dəriyə sürtdükdə şişkinlik və ağrı azalır. Alergik xəstə olduqda, və ya boyun, dil, udlaq nahiyəsində sancma baş verərsə zərərçəkəni 30 dəqiqə ərzində xəstəxanaya çatdırın.
Əqrəblərin və hörümçəklərin sancması zamanı tez bir zamanda qızartı və şişkinlik olur. Yaranı antiseptik məhlul ilə işləyib sarğı qoyun. Ağrıkəsici verin. Hörümçəklərin sancması zamanı qıcolma baş verə bilər. Kaliumpermanqanat məhlulu ilə yaranı işləyin. Tənəffüsü yoxlayın. Nəbzi yoxlayın, nəbz yoxdursa tənəffüs verin. Təcili yardıma xəbər verin
______________________________________________________________________________________________________________________________________________________

Quduz heyvanın dişləməsi zamanı ilk yardım
Quduzluq viruslu xəstəlikdir. İnkubasiya dövrü 12-60 gündür, sürətli inkişaf zamanı 3-5 gün sonra ölüm baş verir.
Bu zaman etmək olmaz:
• Adi heyvan dişləməsinə belə biganə qalmayın
• Qanaxmanı dayandırmayın
• Sahibsiz itlər və vəhşi heyvanlarla təmasda olmayın
Bu zaman etmək lazımdır:
• Həmin heyvanların peyvənd olunduğunu aydınlaşdırın
• Dişləmə yerindən qanaxmanın dayanmamasına çalışmaq lazımdır
• Dişlənmə yeri və ətrafını dezinfeksiya etmək lazımdır
• Yaraya aspetik sarğı qoymaq lazımdır
• Təcili yardıma məlumat vermək lazımdır
_________________________________________________________________________________________________________________________________________________________

Zəhərli ilan sancması zamanı ilk yardım
Etmək olmaz:
• Zəhəri ağız ilə sovurmaq olmaz
• Alkoqollu içkilər vermək olmaz
• Təcili yardım çağırmaq lazımdır.
Əlamətlər:
• Ağrı, qızartı, qanaxma
• Şişkinlik
• Limfotik damarlar boyu qırmızı zolaqlar
• Ağızda quruluq, yanğı, qusma, ishal, yuxuluq, qıcolma
• Nitqin və udğunmanın pozulması
• Ölüm çox vaxt tənəffüsün dayanmasından baş verir
Nə etmək lazımdır:
• Juqut qoyun, dərini çərtin və zəhərin axmasına şərait yaradın
• Yaranı kalium permanqanant və ya natriumhidrokorbanat ilə yuyun
• Şişkinlik olduqda və ya zəhər əleyhinə vaksin vurulduqda juqut qoymaq və ya sovuruculardan istifadə etmək olmaz
• Yranın ətrafına buzlu şüşə qoymaq olar
• Ağrı kəsicilərdən istifadə edin
• Külli miqdarda maye (çay, süd, su) qəbul edin
• Ağızdan-ağıza süni tənəffüs verin
• Təcili yardım çağırın