İşin İcrasına İcazə sənədi – Permit to Work

31 August 2020
Baxış sayı:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

İşin İcrasına İcazə – Permit to Work

İşin İcrasına İcazə sistemi rəsmi, sənədləşdirilmiş təhlükəsizlik prosedurudur. O, təhlükəsiz iş sitemlərinin (SSOW) bir hissəsini foralaşdırmaqla yüksək rskli işdən öncə, iş ərzində, işdən sonra lazımı təhlükəsizlik tədblərinin görüldüyünə əminliyi özündə ehtiva edir.

İşin yüksək riskli olması İİİ sənədinin əsas obyektidir. İİİ sənədinin əsas məqsədlərindən biri də tapşırığı yerinə yetirəcək işçilərin fikrini işin yüksək riskliliyinə yönəltməklə:
• İşdən əvvəl, iş ərzsində və işdən sonra düzgün nəzarət tədbirlərinin yerində olduğuna əmin olmaq
• Bütün işçilərin işin mahiyyəti, təhlükə, risk və nəzaərt tədbirləri barədə məlumatlı olduqlarına əmin olmaq

İİİ sənədinin ən üstün xüsusiyyətlərindən biri də iş və onunla əlaqədar olan faktorların işçi qrupları, operator və kontraktor arasında düzgün əlaqələndirilməsidir.

İİİ sənədi şirkətlərin öz təhlükəsizlik siyasətinə, prosedurlarına uyğun olaraq bir neçə yerə bölünür. Bunlar əsasən:
• İsti işlər (açıq alov) – qırmızı rəng
• Qığılcım potensiallı işlər – sarı rəng
• Soyuq işlər (misal üçün, yükqaldırma əməliyyatı) – mavi rəng
• Qapalı sahəyə daxil olma (sertifikat) – yaşıl rəng
Bəzi müəssisələrdə qara rəngli İİİ sənədləri də tətbiq olunur.

İİİ sənədi tələb edən işlərə nümunələr:
• Yüksək gərginlikli elektrik sistemləri, kabelləri üzərində işlər
• Qazıntı işləri
• Hündürlükdə görülən işlər
• Maşın və mexanizmlər üzərində geniş miqyaslı texniki xidmət işləri
• Qaynaq, kəsmə, cilalama işləri
• Qapalı sahələr və s

Dünyanın hansı ölkəsinə, hansı şirkətinə getsəniz (iii tətbiq olunan yerlər) İİİ sənədi 4 əsas hissədən ibarət olur. Ola bilər ki, siz bu sənədlərdə başqa qrafalara da rast gələrsiniz, Lakin, ümumilikdə bu sənəd 4 hissədən ibarətdir:

1. Sənədin nömrəsinin, işin yerinin, işin mahiyyətinin yazıldığı 1-ci hissə. Burada həmçinin səlahiyyətli şəxs tərəfindən təhlükələrin aşkar olunması, risklərin qiymətləndirilməsi və müvafiq nəzarət tədbirlərinin görülməsi də öz əksini tapır.
2. Burada səlahiyyətli məsul şəxslər tərəfindən təhlükələrin aşkar olunması və nəzarət tədbirlərinin görülməsini təsdiq edən imzalar çəkilir. Burada həmçinin səriştəli şəxs tərəfindən imza çəkilərək İİİ sənədinin qəbul edilməsi təsdiq olunur. Digər işçilər də öz imzalarını çəkməklə təhlükələrdən agah olduqlarını və nəzarət tədbirlərini bildiklərini təsdiq edirlər.
3. Bu hissədə səriştəli şəxs tərəfindən imza çəkilərək iş yerinin işdən sonra (iş tamamlanmaya da bilər) təmizləndiyini, təhlükəsiz vəziyyətə gətirildiyini, təcridetmələrin aradan qaldırıldığını təsdiq edir.
4. Bu hissədə Səlahiyyətli şəxs tərəfindən imza çəkilərək izolyasiyaların aradan qaldırıldığı, ərazinin qeyd olunan formada təhvil alındığı və avadanlığın və s-nin yenidən işə salınabiləcəyini təsdiq edir.

İİİ sənədi o zaman effektli olur ki:
• Yalnız səlahiyyətli şəxslər tərəfindən hazırlanır və nəzarət olunur
• Səlahiyyətli şəxs tapşırıqla, təhlükə və risklərlə, texniki məsələlərlə bağlı təcrübəsi var
• İİİ sənədi iş ərazisində tərtib olunur (ofisdə təhlükələr “aşkarlanmır”)
• Nəzarət tədbirləri iş başlamazdan öncə yoxlanılır
• İİİ sənədinə heç vaxt dəyişiklik edilmir, qara salınmır
• İİİ sənədində qeyd olunanlara əməl edilir
• İşçi heyəti səriştəli və təlimlidirlər
• İş prosesində İİİ-nin effektivliyini bilmık üçün monitorinq olunur
• İİİ sənədinin tərtib olunması üçün yetəri qədər vaxt sərf olunur.

Enerjinin təcrid edilməsi İİİ sənədində və ona əlavə olunmuş izolyasiya sertifikatı ilə bərabər göstərilməlidir.
İİİ sənədi minimum 3 nüsxədən ibarət olmalıdır. Nüsxələrdən biri iş ərazisində, digəri İİİ ofisində, 3-cü nüsxəsi isə İİİ sənədi üzrə səlahiyyətli şəxsdə qalır.

Qapalı sahə üzrə İİİ sənədi tərtib edərkən, unutmayın ki, “Yaşıl” rəngli sənəd (sertifikat) yalnız qapalı sahəyə daxil olmaq üçündür. İcazə yalnız qapalı sahəyə giriş üçün verilir. Orada hər hansı bir iş görüləcəksə, o iş üçün əlavə İİİ sənədi tərtib edilməlidir.