Qaynaq işləri zamanı təhlükəsizlik tədbirləri – Safety precautions for hot works

31 August 2020
Baxış sayı:

Qaynaq işləri zamanı təhlükəsizlik tədbirləri

Qaynaq və kəsmə işləri müəssisələrdə və digər iş yerlərində yanğınların çıxmasının əsas səbəblərindəndir.Hər gün bu işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması dünyada minlərlə yanğın baş verməsinə səbəb olur.
Qaynaq və kəsmə yanğınları cox gec fərq edilir, çünki isti metal və ya şlakın qığılcımları ətrafa səpələnərək hətta iş vaxtı bitdikdən sonra belə yanğına səbəb ola bilər.
Məhz ona görə də kəsmə və qaynaq işlərinin aparıldığı sahədə bir sıra tədbirlərin görülməsi məsləhətdir:
– Bütün yanar vasitələr iş sahəsinin ətrafından ən azı 10 m uzağa, etibarlı bir məsafəyə daşınmalıdır;
– İş görülən ərazi əməliyyat başlamazdan əvvəl təmizlənməlidir;
– Taxta zəminlər metalla örtülməli və ya yaxşıca isladılmalıdır;
– Qaynaq əməliyyatı etibarlı yerdə aparılmalıdır. Qaynaq işləri aparılan yerin ətrafında alışqan mayelər saxlanılmamalıdır;
– Başqa tədbirlərin görülməsi mümkünsüzdürsə, yanar maddəni atəşə müqavimətli (yanmaz) vasitələrlə örtərək qorumaq olar;
– Divar və döşəmədə hər hansı bir acıqlıq olmadığından əmin olunmalıdır;
– Yanğınsöndürmə cihazları, su vedrəsi də daxil olmaqla, hazır vəziyyətdə saxlanılmalıdır;
– Ətrafın təmizliyi və nizamının tam olduğundan və iş bitdikdən yarım saat sonra hər hansı bir yanğın riski olmadığından əmin olunmalıdır;
– İş bitdikdən iki saat sonra yenidən bir yoxlama keçirilməlidir.

Mənbə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

Elektrik qaynaqçısı üçün texniki təhlükəsizlik üzrə təlmiat
1.Elektik qaynaqçısı üçün texniki təhlükəsizlik üzrə təlimat inşaat norma və qaydalarının tələblərini nəzərə almaqla tərtib edilib.
2.Elektik qaynaqçısı işə başlamazdan əvvəl iş icraçısında texniki təhlükəsizlik təlimatı almalıdır. 3.Xüsusi geyim və ayaqqabı geyməlidir.
4Qaynaq aparatının sazlığını yoxlamalı.Nasazlıq aradan götürülməyincə işə başlamamalıdır. 5.Lazım olan alətlərin sazlığını yoxlamalı.
6.Qoruyucu vasitələrin;maskanın,şitin və s sazlığını diqqətlə yoxlamalı.
7.Cərayan ötürücü naqillərin və tutqacın izoliyasiyasını,qaynaq aparatının və qaynaq olunan məmulatın yerlə birləşməsini yoxlamaq lazımdır.
8.Qayanaq aparatını işə saldıqda ətrafda olan adamları xəbərdar etmək lazımdır.
9.Cərayan ötürücü naqillər sıradan çıxdıqda mütləq iş icraçısını xəbərdar etmək lazımdır.Ötürücü naqlləri nəmilikdən,yüksək temperaturadan və mexaniki təsirdən qorumaq lazımdır.
10.Təzyiq altında olan boru və məmulatları qaynaq etmək olmaz.
11.Qaynaq eden zaman üz və gözləri xüsusi rəngli şüşəli şit və ya şlemlə qorumaq lazımdır.
12.Cərəyan gücünə müvafiq elektrodla işləmək lazımdır.
13.Başqa cərəyan gücünə kecdikdə tutqacdakı elektrodu dəyişmək lazımdır.
14.Yanğın təhlükəli yerlərdən 5 m aralı sahədə qaynaq işləri aparılmalı.
15.Naqilləri elektrik şitinə birləşdirən zaman generator və transformator söndürülməlidir.
16.Nəm otaqlarda və ya metal rezervuarlarda qaynaq işləri apardıqda rezin qaloşdan və yaxud rezin döşənəkdən istifdə etmək lazımdır.
17.Əlvan metaların (mis,bürünc,tunc) qaynağı respiratorla aparılmalıdır.
18.İşi qurtardırdan sonra cərəyanı söndürmək lazımdır.
19.İşi qurardıqdan sonra iş yerini səhmana salmaq lazımdır.
20.Bütün çatısmamazlıqlar haqqında iş icraçısına xəbər vermək lazımdır.
21.Yadda saxla ki,bu təlimatı yerinə yetirməməklə sən istehsalat intizamını pozursan,özünü və iş yoldaşlarının həyatını təhlükə altında qoyursan.