Təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi (HİRA – Hazard identification and risk assessment)

31 August 2020
Baxış sayı:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Bu təlimatın məqsədi iş yerlərində mövcud olan təhlükələrin aşkar olunması və risklərin qiymətləndirilməsinə sistematik və obyektiv yanaşmanı təmin etməklə düzgün nəzarət tədbirlərini müəyyən etməkdir.
Mənbə: Occupational health and safety Act 1994 (act 514)

Nəzər eytirməli olduğunuz qaydalar və təriflər:
Təhlükə: Xəsarət yetirmə potensialı olan istənilən bir şeydir. Misal üçün, elektrik, kimyəvi maddə və s.

Təhlükəyə nəzarət: Təhlükə ilə əlaqədar olan riskləri azaltmaq üçün qarşısı alınma tədbirlərinin hazırlanma və yerinə yetirilmə prosesidir.

Nəzarət iyerarxiyası: Təhlükə ilə bağlı olan risklərə nəzarət etmək üçün təyin olunmuş tədbirlərin təsir gücünə, effektivliyinə görə onların sıralanmasıdır.

Təhlükələrin müəyyən olunması: təhlükənin reallaşmasına gətirib çıxarabiləcək hadisələrin və mexanizmlərin müəyyən olunmasıdır.

Risk: Təhlükəli hadisənin baş verməsinin mümkünlüyü və ciddiyətidir. (Risk=Ehtimal x Ciddiyət)

Riskin qiymətləndirilməsi: Fəaliyyətlə bağlı olan təhlükələrin aradan qaldırılması üçün nəzaərt tədbirlərinin müəyyən olunması və ya risklərin minimallaşdırmaq üçün onlara nəzarət prosesidir.

HİRA-nın məqsədləri:
• İşçilərə və digərlərinə xəsarət yetirə biləcək bütün faktorların (təhlükələrin) müəyyən olunması
• Zərərin İşçilərə və digərlərinə dəymə mümkünlüyünün, ciddiyyətinin, baş vermə halalrının və vəziyyətlərinin (risklərin) nəzərə alınması
• Risklərə nəzarətin həmişə yerində olduğuna əmin olmaq üçün qarşısı alınma tədbirlərinin planlaşdırılmasına, yerinə yetirilməsinə və monitorinq olunmasına imkan verməsi

HİRA 4 mərhələli prosesdir:
1. Yerinə yetiriləcək iş fəaliyyətlərinin təsnifləşdirilməsi (misal üçün: əraziyə görə, irihəcimli və ya kiçik həcmli olanlarına görə, mahiyyətinə görə)
2. Təhlükələrin müəyyən olunması (sağlamlıqla bağlı, təhlükəsizliklə bağlı və ətraf mühitlə bağlı təhlükələr ayrıca müəyyən olunmalıdır.
3. Hər bir təhlükə ilə bağlı olan risklərin qiymətləndirilməsi
4. Riskin qəbulolunabilən olduğuna qərar verilməsi və nəzarət tədbirlərinin müəyyən olunması

HİRA prosesində təhlükələrin müəyyən olunma texnikaları:
• Baş vermiş insidentlərin araşdırılması raportu
• İlk yardım və kiçik xəsarətlərin qeydləri
• İş yerində sağlamlığın qorunması proqramı
• İş yerində həyata keçirilən inspeksiyaların nəticələri
• İşçilər tərəfindən edilən şikayətlər, təkliflər
• Təhlükəli maddələrin sənədləri
• Dövlət orqanları tərəfindən verilən raportlar və s.

Risklərin qiymətləndirilməsi
Riskləri qiymətləndirən zman iki anlayışdan istifadə olunur: Ehtimal və zərərin ciddiyəti.
Ehtimal hadisənin baş vermə mümkünlüyüdür. Siz özünüzə sual verə bilərsiniz “Bu hadisə nə qədər tezlikdə baş verə bilər?” Ehtimalı qiymətləndirmək üçün aşağıdakı dərəcələrdən istifadə oluna bilər:
Olduqca çox azdır – 1 bal
Mümkündür – gələcəkdə baş verə bilər – 2 bal
Baş vermə ehtimalı daha çoxdur – baş verməsi üçün yaxşı şans var – 3 bal

Zərərin ciddiyyətindən danışan zaman təkcə şəxsi xəsarət deyil, həm də əmlaka və ətraf mühitə dəyən zərərlər nəzərə alınmalıdır. Ciddiyəti aşağıdakı kimi qiymətləndirə bilərsiniz:
Kiçik zədələr – ilk yardım tədbirləri yetərlidir – 1
Ciddi zədələr – müvəqqəti işin itirilməsi, lakin ölümcül deyil – 2
Ölümcül – 3

Hesabladığınız risklərin qiymətlərindən asılı olaraq onları aşağı (yaşıl rəng), orta (sarı rəng), yüksək (qırmızı rəng) səviyyəli riklər kimi qruplaşdıra bilərsiniz.
Risklərin qiymətləndirilməsi 3, 5 və ya daha yüksək ballı matrislər əsasında yerinə yetirilə bilər. Lakin, matrisi seçən zaman onun böyük olması deyil, praktiki mümkün və asan olmasına nəzər yetirin. Yəni, qiymətləndirməni daha real və asan şəkildə yerinə yetirmək mümkün olsun.

Yuxarıda yazdıqlarımıza əsasən 3 ballıq matrisada hadisənin baş vermə ehtimalı 2, hadisə baş verərsə onun nəticəsi, ciddiyəti 3 təsəvvür edək. Riskin səviyyəsi 2 x 3=6.
İlkin nəzarət tədbirlərini gördükdən sonra hələ də riskin səviyyəsi sizin üçün qəbul olunmazdırsa əlavə nəzarət tədbirlərini görmək lazım gələcək. Nəzarət tədbirlərini müəyyən etdikdən sonra onların nə dərəcədə effektli olduğunu müəyyən etmək üçün monitorinq çox önəmlidir.

Nəzarət tədbirləri
Nəzarət tədbirlərini müəyyən edən zaman aşağıdakıları nəzərdə saxlamaq məsləhətdir:
 Təhlükənin aradan qaldırılması – misal üçün, tapşırığın yerinə yetirilmə metodunu dəyişmək. Lakin, yeni metodda ziləri yeni təhlükələrin gözləyə biləcəyini unutmayın.
 Təhlükənin daha az təhlükə ilə əvəz edilməsi – eyni işi görən, eyni effekti verən lakin biri digərindən daha az təhlükəli olan alətin, kimyəvinin və s istifadə olunması. Unutmayın ki, bu metodda siz təhlükəni aradanq aldırmırsınız, təhlükənin dərəcəsini bir növ zəiflədirsiniz.
 Texniki nəzarət tədbirləri və ya mühəndislik yanaşması – bu metod əsasən özündə çəpərləmələri, təcridetməni, avtomatlaşdırmanı və s ehtiva edir.
 İnzibati tədbirlər – Bu metoda təmizlik, səliqə-səhman, nəzarət, təlimlər, iş prosedurları, icazə sənədləri, işdə fasilələr, rotasiya və s kimi məsələləri daxil etmək olar.
 Fərdi Mühafizə Vasitələri – Bu metoda yalnız və yalnız yuxarıdakı metodlar mümkün olmadığı təqdirdə və ya onlardan hər hansı birilə birgə istifadə etmək olar. Lakin, baxmayaraq ki, ən sonuncu nəzarət tədbiridir, bəzi hallarda tək çıxış yolu olur və həyati əhəmiyyət kəsb edir.
Daha ətraflı: “Fərdi Mühafizə Vasitələri – FMV” təlimatında məlumat əldə edə bilərsiniz