SOCAR-dan Xəzər dənizindəki partlayışla bağlı AÇIQLAMA

04 July 2021
Baxış sayı:

SOCAR-dan Xəzər dənizindəki partlayışla bağlı AÇIQLAMA

 

“Xəzərdə baş verən partlayışın SOCAR-ın birbaşa nəzarətində olan obyektlərlə əlaqəsi yoxdur”.

Bu barədə Oxu.Az-a açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib:

“Hazırda işlər normal rejimdə davam edir. Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”