Keyfiyyətə nəzarət üzrə mütəxəssis

23 November 2021
Baxış sayı:

Avtlogistics

Son tarix 23 dek 2021

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 1-3 il

Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri: 

  • Anbarlarda hiqrometrlərin izlənilməsi,həftəlik və aylıq olaraq  hesabatların verilməsi;
  • İş sahələrini üçün check list hazırlayaraq yoxlamaların keçirilməsi, müşahidələrin aparılması,uyğunsuzluqların rəhbərliyə bildirilməsi;
  • Sənədlərin nəzarətli nüsxələrinin hazırlanması,izlənilməsi və zəruri olduğu təqdirdə geri yığılmasını həyata keçirmək;
  • Kritik məhsulların qəbulunda iştirak edərək həmin məhsulların sonrakı vəziyyətini (saxlanmasını) daimi nəzarətdə saxlamaq;
  • Anbarda yerləşdirilən məhsulların mal qonşuluğu prinsipinə riayət olunması və uyğunsuzluq aşkar etdikdə əlaqədar şəxslərə bildirilməsi;
  • İş axış sxemləri (Həmçinin prosedurlar) hazırlanması üçün sahələrdə işin izlənilməsi və müvafiq strukturlara dəstək olmaq;
  • Məhsulun keyfiyyətinin pisləşməsi və qüsurların buraxılmasına səbəb olan səbəblərin öyrənilməsi, , onların aradan qaldırılması üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Kənar auditlər zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı  proses sahiblərinə dəstək olmaq və keyfiyyət ilə əlaqəli məsələlərin həll olunma statusunu nəzarətdə saxlamaq;
  • Yükləmə üçün hazırlanan məhsulların keyfiyyətinə və məhsulların paletləmə/streçləmə qaydalarına seçmə üsulu ilə nəzarət;
  • Malların silinməsində seçmə üsulu ilə iştirak etmək,kənarlaşmalar barəsində üst rəhbərini məlumatlandırmaq;
  • Anbar çalışanlarına Keyfiyyət və Qida Təhlükəsizliyi ilə bağlı mütəmadi təlimlərin keçirilməsi;

Tələblər:

  • MS Office proqramları biliyi;
  • İş planlama və təşkil etmə bacarığı;
  • Məsuliyyətli,işgüzar,ciddi və aktiv olmalı;
  • İSO 9001:2015,İSO 22000:2018 sertifikatları olmalı;
  • MS WORD,EXCEL,POWERPOINT və VİSİO proqramlarını bilməli;
  • İngilis dili bilməsi üstünlükdür;
  • Ehtiyac olarsa ezamiyyətlərdə olmaq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyətə nəzarət mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir

cv@avtlogistics.az

Mənbə: jobsearch.az