Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Məkan: Baş Ofis
Vəzifə: Keyfiyyətə nəzarət üzrə Kiçik Mütəxəssis
Şöbə: Qida Təhlükəsizliyi
Vəzifə Öhdəlikləri:
– Şirkətin ilkin proqramlarını izləmək və keyfiyyətə nəzarət şöbəsinin rəhbərinə məlumat vermək;
– Qida təhlükəsizliyi üzrə idarəetmə sisteminin sənədlərinin hazırlanması, təhlili və lazım gəldikdə yenilənməsi;
– Qida təhlükəsizliyi Komandasının bir hissəsi olaraq bütün görüşlərdə iştirak etmək. İclasın qərarlarına əməl edib, ona uyğun tədbirlər görmək;
– Qida Təhlükəsizliyi Məsləhətçisinin rəhbərliyi altında Qida Təhlükəsizliyi üzrə İdarəetmə Sisteminin əhatə etdiyi hər bir məhsul / proses üçün axın diaqramları hazırlayıb təsdiq etmək;
– Daxili qida təhlükəsizliyinə dair yoxlanış planı tərtib etmək və uyğunsuzluqlar müəyyən edildikdən sonra, Rəhbərliyin Baxış İclası üçün yekun yoxlanış hesabatı hazırlamaq;
– İdarəçi ilə birlikdə qeydləri və həyata keçirilən düzəldici tədbirləri izləmək və effektivliyini qiymətləndirmək;
– Qida təhlükəsizliyi prosesinin əsas performans göstəricilərini toplayıb təhlil etmk və rəhbərə bildirmək;
– Yoxlanışın nəticələrinə uyğun olaraq və ya şöbənin tələbi ilə Qida Təhlükəsizliyi üzrə İdarəetmə Sistemi ilə əlaqədar prosedurlara və iş təlimatlarına dəyişikliklər etmək;
– Təchizatçılarla bağlı imtina / uyğunsuzluq qeydlərini toplayaraq təchizatçının qiymətləndirmə prosesinə rəhbərlik etmək və lazım gəldikdə yoxlanış aparmaq;
– Məhsulların geri qaytarılması ilə bağlı qeydlər aparmaq və rəhbərə bildirmək;
– Təchizatçıların və meyvə – tərəvəz məhsullarının aylıq qiymətləndirmə hesabatını hazırlamaq;
– Kritik Nəzarət Nöqtələrin yoxlanıldığından, düzgün qeyd edildiyindən əmin olmaq üçün mağazanın yoxlanış hesabatlarını izləmək və uyğunsuzluqlar olduqda müəyyən edilmiş tədbirləri həyata keçirmək;
– Müştəri şikayətlərini izləmək və qeydlər aparmaq.
Tələb olunan keyfiyyətlər:
– Kimya, Biologiya, Biokimya, Qida Texnologiyası, Qida Elmi, Qida Təcrübəsi və ya digər əlaqəli sahələrdə bakalavr və ya daha yüksək dərəcə;
– Gold Central və Gold Stock proqramlarını bilmək;
– Microsoft Office – də işləmək bacarığı;
– Stress idarəetmə bacarıqları;
– Vaxtın idarə edilməsi bacarıqları;
– Yaxşı ünsiyyət bacarıqları;
– Komandada işləmək bacarığı.
Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına ” Keyfiyyətə nəzərət üzrə Kiçik mütəxəssis ” başlığı ilə müraciət edə bilər.
Mənbə: jobsearch.az