SƏTƏM üzrə baş mütəxəssis

16 November 2021
Baxış sayı:
 Son tarix 16 dek 2021

Vəzifə öhdəlikləri:

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi
  • İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması
  • Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi
  • Peşələr üzrə SƏTƏMM təlimatlarının hazırlanmsı
  • Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması
  • İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi
  • Fərdi mühafizə vasitələrinin verilməsinə nəzarət
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi
  • Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin  verməsi

Tələblər:

  • Təhsil : Ali təhsil , SƏTƏMM üzrə sertifikatların olması üstünlükdür
  • Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il
  • Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili –yaxşı
  • İT üzrə biliklər: MS Office , 1 C

Texniki Bacarıqlar:

  • SƏTƏMM üzrə əmək qanunvericiliyi və texniki təhlükəsizlik
  • Təhlükəsiz iş metodları üzrə biliklər
  • Təhlükələrin və risklərin müəyyən edilməsi
  • Təlim və inkişaf üzrə biliklər

Səriştəlik:

  • Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və İcra etmək bacarığı
  • Detallara fikir vermə

 

Əlavə məlumat:

  • İş yeri – Türkan qəsəbəsi əməliyyat ofisi
  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
  • Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə.

Müraciət üçün link:

https://jobs.talhunt.az/grandagro/633-setemm+uzre+bas+mutexessis

Mənbə: jobsearch.az