Sətəm üzrə mühəndis

21 August 2025
Baxış sayı:

 

Vəzifə öhdəlikləri:

  • Təhlükəsizlik, sağlamlıq və ekoloji risklər üçün obyekti yoxlayır;
  • Təftiş siyasəti və prosedurlarının və müntəzəm yoxlamaların cədvəlinin işlənib hazırlayır və həyata keçirir;
  • Şirkətin bütün sahələri üçün sağlamlıq və təhlükəsizlik prosedurlarını hazırlayır;
  • Fövqəladə hallarda prosedurları, iş yerinin təhlükəsizliyini və digər müvafiq mövzuları əhatə etmək üçün təlim hazırlayır və planlaşdırır;
  • Təhlükəsizlik prosedurlarına riayət olunmasına nəzarət edir;
  • Yoxlama nəticələrini sənədləşdirmək üçün yoxlama hesabatlarını tərtib edir;
  • Verilmiş digər əlaqəli vəzifələri yerinə yetirir.

Tələblər:

  • Sətəm raporlarını hazırlamağı bacarmalı;
  • Hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı olmalıdır;
  • Ali təhsil: (Əməyin mühafizəsi və Texniki təhlükəsizlik üzrə təhsil üstünlükdür.);
  • İş təcrübəsi: SƏTƏM mühəndisi olaraq minimum 3 il iş təcrübəsi;
  • Sahə üzrə sertifikatların olması üstünlükdür;
  • ISO 14001 və ISO 45001 daxili auditor sertifikatı mütləqdir;
  • IOSH və ya NEBOSH sertifikatı üstünlük hesab olunur.

İş Şəraiti:

  • İş qrafiki: 5 gün;
  • İş Saatı: 09:00-18:00;
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq;
  • İş yeri: Bakıxanov qəs.Bəşir Bünyadov küç.

CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:

hr@agrowestdc.az

Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.

Mənbə: https://www.jobsearch.az/vacancies