SƏTƏM üzrə mühəndis

12 October 2021
Baxış sayı:

Tələb olunan iş Bacarığı:

– İSO 45001-2018 və ISO 14001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq.
– İSO 45001 və ISO 14001 üzrə auditin aparılmasında sənədlərlə işləyə bilməli.
– Tikinti Quraşdırma İşlərində Risklərin qiymətləndirlməsi bacarığına malik olmaq.
– Tikinti Quraşdırma İşlərinin gedişatını analiz etmək, təhlükəsizlik tələblərinin pozulmasını müəyyən etmək, işin daha təhlükəsiz yerinə yetirlməsi üçün İş metodunda tətbiq etmək bacarığı.
– Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli.
– İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
– İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
– Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir:
– Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
– Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
– Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
– Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
– Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
– İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
– İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
– İstənilən ziddiyyətləri məsələləri müəyyən edib yoluna qoymaq üçün problemi həlletmə bacarıqları;
– Bir metodologiyanın digərindən üstün faydalarını təhlil etmək üçün təhlil bacarıqları;
– Müəssisə prosedurlarını, təlimatlarını, texniki sənədlərini və əlaqəli sənədləri oxuyub şərh etmək;
– Potensial təhlükələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək və səmərəlilik dərəcəsini müəyyən etmək;
– Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə bacarıqlar;
– Nəticələrə nəzarət etmək və işin keyfiyyətini qiymətləndirmək.

Tələb olunan təhsil və biliklər:

– Ali təhsil (Texniki)
– SƏTƏM Mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
– Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı. (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.)
– Sertifikatları (IOSH, FHN, Hündürlükdə iş, İlk yardım, Yanğın təhlükəsizliyi, Riskin qiymətləndirilməsi və s.)
– İT bilikləri -Microsoft Office
– Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə metodiki materialları;
– SƏTƏM siyasəti və hədəfləri;
– Ətraf mühitin mühafizəsi üzrə qabaqcıl yerli və xarici təcrübə;
– ISO 9001,OHSAS 18001 standartları və ISO 14001 standartları;
– İnfrastruktur tikinti layihələrində beynəlxalq təhlükəsizlik normaları və nəzarət tədbirləri;
– Potensial təhlükələrin qarşısının alınması üçün görülən əsas qabaqlayıcı tədbirlər;
– İstehsalat sanitariyası;
– Elektrik, qaz təhlükəsizliyi tədbirləri və fövqaladə hallar zamanı təhlükəsizlik;
– Torpağın, suyun və havanın çirklənməsinin qarşısının alınması tədbirləri;
– İş əsaslı stresslərin idarəolunması qaydaları;
– SƏTƏM üzrə tədbirlərin həyata keçirilməsi barəsində hesabatın tərtib edilməsi qaydası;
– FHN-nin yanğınla mübarizə ilə bağlı qayda və prosedurları (fərman və sərəncamlar);
– İlkin tibi yardım qaydaları;
– SƏTƏM qayda və prosedurları.
– İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

– Yaş həddi: 25-45 AZN
– Əmək haqqı 1200-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
– İş rejimi: 6 günlük iş həftəsi
– Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “SƏTƏM Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: busy.az