SƏTƏM üzrə mütəxəssis

29 October 2021
Baxış sayı:

Dövlət orqanı gənc və təcrübəli SƏTƏMM üzrə mütəxəssisin işə qəbulunu həyata keçirir.
İş yeri : Bakı şəhəri.
İş qrafiki: 5 günlük.

Vəzifə öhdəlikləri:

  • İnzibati binada əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;
  • Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün kompleks planların hazırlanmasını təşkil etmək;
  • İşçilər tərəfindən əməyin mühafiəsi üzrə qaydalara əməl edilməsinə nəzarət;
  • Əməyin mühafizəsi üzrə əmək şəraitinin yaxşılaşdırılması, bədbəxt hadisələrin qarşısının alınması məqsədilə aidiyyatı tədbirlərin öncədən görülməsi;
  • İşçi kollektivini mütəmadi müvafiq məsələlər üzrə məlumatlandırmaq;
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə maarifləndirilməsi və biliklərin yoxlanılmasını təşkil etmək;
  • Aidiyyatı üzrə hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
  • Təhlil və araşdırma aparmaq vərdişlərinin olması;
  • Dil bilikləri: Azərbaycan dilini əla bilmək;
  • MS Office proqramı, İnternet resursları və informasiya ehtiyatları ilə işləmə bacarığı;
  • Stressə davamlı, məsuliyyətli və nizamlı.

Vakant yerlər üçün müraciət etmək istəyənlər CV-lərini 15.11.2021-ci il tarixinədək mövzu yerində “SƏTƏM” adı ilə göndərə bilərlər.

2020hr.recruitment.2020@gmail.com

Mənbə: jobsearch.az