SƏTƏM üzrə mütəxəssis (Full-Time) / HSE Specialist
Vakansiyanın təsviri
- Əmək mühafizəsi və təhlükəsizlik siyasətinin hazırlanması və icrasına nəzarət etmək;
- Heyət üçün təhlükəsizlik təlimatları hazırlamaq və təlimlər keçirmək;
- Yanğın, zəlzələ və digər fövqəladə hallar üçün təxliyə planlarını işləmək və yeniləmək;
- Elektrik, qaz, istilik sistemlərinin təhlükəsizlik vəziyyətinə dair nəzarət tədbirlərini təşkil etmək;
- Sinif otaqları, laboratoriyalar, idman zalları və digər iş yerlərində təhlükəsizlik yoxlamaları aparmaq;
- İş prosesində baş verən xəsarət və qəzaların qeydiyyatını aparmaq və araşdırmaq;
- Əmək mühafizəsi ilə bağlı texniki vasitələrin (yanğınsöndürən, siqnalizasiya sistemi, ilk yardım ləvazimatı) işlək vəziyyətdə olmasına nəzarət etmək;
- İşçi heyətin tibbi müayinədən keçməsinə nəzarət etmək;
- Təhlükəsizliklə bağlı dövlət orqanlarının yoxlamalarına məktəb adından iştirak etmək;
- Uşaq təhlükəsizliyi üçün valideynlərə maarifləndirici tədbirlər təşkil etmək.
Biz təklif edirik:
- 1718 AZN gross əmək haqqı;
- Məktəbin yeməkxanasında nahar imkanı;
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma;
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı.
Xüsusi tələblər
- Ali texniki və ya mühəndislik təhsili (Əməyin mühafizəsi, ekologiya və s. sahələr üzrə üstünlükdür);
- İngilis dili üzrə yaxşı səviyyədə bilik;
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- İlkin tibbi yardım, əmək mühafizəsi və yanğın təhlükəsizliyi üzrə sertifikatlar;
- NEBOSH, IOSH və ya OSHA beynəlxalq sertifikatlarına sahib olanlara üstünlük veriləcək;
- Əmək Məcəlləsi və aidiyyəti normativ-hüquqi aktlar üzrə biliklər;
- Təhlükəsizlik qaydalarının hazırlanması və təqdim olunması bacarığı;
- Analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
CV-nizi aşağıdakı mail ünvanına göndərə bilərsiniz:
hr@mtk.edu.az
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla bağlı hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: https://smartjob.az/vacancies