SƏTƏM üzrə mütəxəssis (Mingəçevir)
Təsvir
- Şirkətin SƏTƏM strategiyasına uyğun fəaliyyətin təşkili və həyata keçirilməsini təmin etmək;
- Şirkət daxilində SƏTƏM mədəniyyətini formalaşdırmaq və işçiləri koordinasiyalı şəkildə proseslərə cəlb etmək;
- İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitini, yerli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin etmək;
- Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət mexanizmlərini qurmaq və effektiv şəkildə izləmək;
- İstehsalatda istifadə olunan avadanlıqların və qurğuların təhlükəsiz istismarını təmin etmək;
- Davamlı yaxşılaşdırma proseslərinə dəstək məqsədilə tədbirləri planlaşdırmaq və tətbiq etmək;
- Tullantıların idarə olunması prosesini mövcud qanunvericilik və beynəlxalq standartlara uyğun tənzimləmək, hesabatlılıq mexanizmlərini qurmaq;
- SƏTƏM üzrə aidiyyəti struktur bölmələrdən məlumatları toplamaq və baş ofisə mütəmadi hesabat təqdim etmək;
- Dövlət qurumları ilə əlaqələr qurmaq və fəaliyyəti müvafiq qanunvericiliyə uyğun təşkil etmək;
- Sənədləşdirilmiş məlumatların idarə olunması prinsiplərinə uyğun olaraq məlumat bazası yaratmaq və mövcud məlumatları təhlil edərək inkişaf üçün tövsiyələr hazırlamaq;
- İllik plan əsasında daxili auditlərin keçirilməsi, xarici auditlərdə iştirak və aşkar edilən uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin planlaşdırılması;
- Uyğunsuzluqlar üzrə kök səbəb analizləri aparmaq və nəticələri sənədləşdirmək;
- İşçilərin bilik və bacarıqlarının yoxlanılması prosesini təşkil etmək;
- Yeni işçilər üçün giriş (intro), yanğın təhlükəsizliyi və planlı SƏTƏM təlimlərini təşkil və həyata keçirmək;
- İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və qarşısının alınması üçün tədbirlər görmək.
Tələblər
Təhsil:
- Müvafiq sahə üzrə bakalavr təhsili (mühəndislik, ətraf mühit, kimya, biologiya, texniki təhlükəsizlik və s.);
- Magistr təhsilinin olması üstünlükdür.
Sertifikatlar:
- ISO standartları üzrə məlumatlandırma və ya daxili auditor sertifikatları:
- ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi,
- ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə Sistemi,
- ISO 45001:2018 – Əməyin Mühafizəsi və Təhlükəsizlik İdarəetməsi Sistemi,
- ISO 17025:2017 – Sınaq və Kalibrləmə Laboratoriyalarının Yeterliliyi.
- Yanğın təhlükəsizliyi, ilkin tibbi yardım və digər aidiyyəti sahələr üzrə sertifikatların olması əlavə üstünlükdür.
İş təcrübəsi:
- Müvafiq sahədə minimum 1 ilə qədər iş təcrübəsi tələb olunur;
- Təcrübəsi az olan, lakin potensiallı namizədlər də dəyərləndirilə bilər.
Bacarıq və şəxsi keyfiyyətlər:
- Müstəqil qərarvermə qabiliyyəti;
- Liderlik və komandada koordinasiyalı işləmək bacarığı;
- Tapşırıqları sərbəst şəkildə planlama və icraetmə bacarığı;
- SƏTƏM prinsiplərinə həssas yanaşma və operativlik.
Bu vakansiyaya aşağıdakı link üzərində müraciət edə bilərsiniz:
https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-setem-uzre-mutexessis-mingecevir-31242?isLocal=true
Qeyd: HSE.AZ bu vakansiyanı iş axtaranlara dəstək məqsədilə paylaşır. HSE.AZ MMC-nin yerləşdirilən vakansiyalarla hər hansı birbaşa əlaqəsi yoxdur.
Mənbə: https://jobs.glorri.com/