“Coca-Cola” kağız “butulkalar” hazırlamaq niyyətindədir

15 February 2021
Baxış sayı:

“Coca-Cola” şirkəti plastik qabların istifadəsindən tam imtina etmək məqsədilə uzunmüddətli strategiyanın bir hissəsi olaraq kağız butulkaları sınamaq niyyətindədir.
İlk nümunələr, plastik qapaqlar və kağızı maye ilə təmasdan qoruyan daxili membranlar istisna olmaqla, tamamilə kağız liflərdən hazırlanıb.

AZƏRTAC BBC-ə istinadən xəbər verir ki, bununla belə, təcrübənin əsas məqsədi butulkaların 100 faiz təkrar emal edilən, plastiksiz və qazlı içkilərin təzyiqinə davam gətirməsidir.

“Coca-Cola” 2030-cu ilədək tullantısız istehsala keçməyi planlaşdırır. Bu asan bir iş olmasa da, qida sənayesinin bir neçə nəhəngi bu planı dəstəkləyib.
“Break Free From Plastic” (Plastikdən qurtulaq) təşkilatının ötənilki məlumatlarına görə, “Coca-Cola” dünyanın ən yaxşı plastik tullantı generatoru olub. Onu bu sırada dünyanın iki ən iri içki istehsalçısı olan “Pepsi” və “Nestle” şirkətləri yaxından təqib edir.
Kağız taranın hazırlanması ilə Danimarka firması “Paper Bottle Company” (“Kağız butulkalar şirkəti”) və “Paboco” firması məşğul olur.
Danimarkalılar, qazlı içkilərin tərkibindəki təzyiq altında qazların təzyiqinə davam edəcək kağız butulka hazırlamalı idilər.
Bundan əlavə, butulkalara forma vermək, firma etiketləri vurmaq üçün onlar həmin materialı plastikdən hazırlamalıdır.
7 illik gərgin işdən sonra şirkət, bu ilin yayında “Coca-Cola”nın imzası olan Adez adlı meyvə içkisi üçün yeni bir butulka sınağına başlamağa hazırdır. Sınaqlar Macarıstanda, yerli pərakəndə satış şəbəkələri vasitəsilə 2000 butulkanın satılması planlaşdırıldığı yerdə keçiriləcək.