OTHM Peşə Sağlamlığı və Təhlükəsizliyi üzrə Səviyyə-6 Diplom
Ümumi məlumat
HSE.AZ MMC, OTHM Level 6 Diploma in Occupational Health and Safety proqramını tədris etmək üçün OTHM tərəfindən rəsmi olaraq təsdiq edilmiş (Approved Centre) təlim mərkəzidir.
Aşağıdakı keçid vasitəsilə OTHM-un rəsmi internet səhifəsində Azərbaycandakı təsdiq edilmiş təlim mərkəzlərinin siyahısına baxa bilərsiniz. Axtarış zamanı Country – Azerbaijan, City – Baku seçimlərini edin.
OTHM tərəfindən təsdiq edilmiş təlim mərkəzlərinin siyahısı:
https://othm.org.uk/listing
HSE.AZ MMC-nin OTHM tərəfindən verilmiş Approved Centre lisenziyası:

OTHM Level 6 Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Diplom
OTHM Level 6 Diploma in Occupational Health and Safety proqramı təşkilatlarda əməyin təhlükəsizliyi və sağlamlığının idarə olunması sahəsində rəhbər vəzifələrdə çalışan və ya bu istiqamətdə peşəkar karyera qurmaq istəyən şəxslər üçün hazırlanmışdır.
Bu proqram iştirakçılara əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində hüquqi və normativ tələbləri dərindən başa düşmək, təşkilatın təhlükəsizlik siyasətini qiymətləndirmək, təkmilləşdirmək və effektiv şəkildə tətbiq etmək üçün zəruri bilik və bacarıqlar qazandırır. Təhsil müddətində iştirakçılar təhlükəsizlik idarəetmə sistemlərinin tətbiqi, resursların idarə olunması, risk və hadisələrin idarə edilməsi, liderlik, idarəetmə bacarıqları və peşəkar inkişaf istiqamətlərində geniş biliklər əldə edirlər.
Bu diplom akademik səviyyəsinə görə bakalavr dərəcəsinə ekvivalent (RQF Level 6) kvalifikasiyadır (lakin bakalavr diplomu deyil) və müxtəlif sənaye sahələrində əməyin təhlükəsizliyi və sağlamlığı idarəetmə sistemlərinin hazırlanması, tətbiqi və idarə olunması üçün tələb olunan peşəkar bacarıqları formalaşdırır.
Proqram 7 məcburi modul və 21 yazılı tapşırıqdan ibarətdir. Tədris proqramı aşağıdakı əsas mövzuları əhatə edir:
- Əməyin təhlükəsizliyi idarəetmə sistemlərinin tətbiqi;
- İş yerlərində təhlükəsizliyin təmin edilməsi;
- Risklərin idarə olunması;
- Hadisələrin araşdırılması və təhlili;
- Əməyin təhlükəsizliyi və sağlamlığı;
- Müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılması;
- Hüquqi tələblərə uyğunluğun təmin edilməsi.
OTHM Level 6 Diploma in Occupational Health and Safety beynəlxalq nüfuza malik peşəkar kvalifikasiyadır. Proqram iştirakçılara risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyən edilməsi və idarə olunması, qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi, fövqəladə hallara hazırlıq və iş yerlərində sağlamlıq və təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi sahələrində müasir bilik, praktiki bacarıq və peşəkar kompetensiyalar qazandırır.
_________________________________
Kvalifikasiya haqqında ümumi məlumat
| Göstərici | Məlumat |
|---|---|
| Səviyyə | RQF Level 6 |
| Kredit | 60 kredit |
| Ümumi kvalifikasiya müddəti (Total Qualification Time – TQT) | 600 saat |
| Rəhbər tədris saatları (Guided Learning Hours – GLH) | 220 saat |
| Qiymətləndirmə | Yazılı tapşırıqlar (Assignments) və kurs işləri (Coursework) |
| Kvalifikasiyanı təqdim edən qurum | OTHM Qualifications |
OTHM Level 6 Diploma in Occupational Health and Safety proqramının üstünlükləri
- Böyük Britaniyanın OFQUAL tərəfindən tənzimlənən və beynəlxalq səviyyədə tanınan kvalifikasiyadır. Bu, proqramın akademik keyfiyyətini və etibarlılıyını təsdiq edir.
- IOSH tərəfindən tanınır. Proqramı uğurla başa vuran məzunlar Institution of Occupational Safety and Health (IOSH) təşkilatının Certified Member (CertIOSH) üzvlüyünə müraciət etmək hüququ qazanırlar.
- RQF Level 6 kvalifikasiyası akademik səviyyəsinə görə bakalavr dərəcəsinə ekvivalent hesab olunur (lakin bakalavr diplomu deyil).
- Məzunları müxtəlif sənaye sahələrində rəhbər vəzifələrdə fəaliyyət göstərmək üçün hazırlayaraq karyera imkanlarını genişləndirir.
- Risklərin qiymətləndirilməsi, hadisələrin araşdırılması, təhlükəsizlik üzrə liderlik və iş yerlərində qanunvericiliyə uyğunluq sahələrində praktiki idarəetmə bacarıqlarını inkişaf etdirir.
- Əməyin təhlükəsizliyi və sağlamlığı üzrə qanunvericilik, normativ tələblər və effektiv təhlükəsizlik idarəetmə sistemlərinin tətbiqi üzrə bilikləri gücləndirir.
- Təşkilatda müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və davamlı təkmilləşdirmənin təmin olunması üçün liderlik və qərarvermə bacarıqlarını inkişaf etdirir.
- Ənənəvi yazılı imtahanlar tələb olunmur. Qiymətləndirmə praktiki yönümlü yazılı tapşırıqlar əsasında həyata keçirilir və iştirakçılar öz biliklərini real iş mühitinə uyğun şəkildə nümayiş etdirirlər.
- OTHM Level 7 Diploma in Occupational Health and Safety Management proqramına davam etmək üçün akademik keçid imkanı yaradır.
- Böyük Britaniya və digər ölkələrdə fəaliyyət göstərən bir çox universitetlərin magistr proqramlarına müraciət etmək imkanı təqdim edir (qəbul şərtləri universitetdən asılı olaraq dəyişə bilər).
- İştirakçıların əməyin təhlükəsizliyi və sağlamlığının idarə olunması sahəsində peşəkar səriştəsini inkişaf etdirərək təşkilat daxilində daha yüksək məsuliyyətli vəzifələrə hazırlanmasına kömək edir.
- Neft və qaz, tikinti, istehsalat, logistika, energetika, səhiyyə, kommunal xidmətlər və dövlət sektoru da daxil olmaqla müxtəlif sənaye sahələrində tətbiq oluna bilən bilik və bacarıqlar qazandırır.
- İş yerlərində risklərin azaldılması, qanunvericiliyə uyğunluğun artırılması və biznesin davamlılığının təmin olunması istiqamətində təşkilatların fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verir.
- Böyük Britaniyanın tənzimlənən kvalifikasiyası olduğu üçün dünyanın bir çox ölkəsində işəgötürənlər və ali təhsil müəssisələri tərəfindən tanınır və beynəlxalq məşğulluq imkanlarını artırır.
- Daha yüksək səviyyəli HSE kvalifikasiyalarına və peşəkar tanınmaya doğru inkişaf üçün möhkəm akademik və peşəkar baza yaradır.
- Beynəlxalq karyera və miqrasiya imkanları. OTHM Level 6 Diploma in Occupational Health and Safety kvalifikasiyası ABŞ və Kanada da daxil olmaqla bir sıra ölkələrdə təhsil və peşəkar kvalifikasiyanın qiymətləndirilməsi prosesində istifadə oluna bilər. Xüsusilə World Education Services (WES) tərəfindən müəyyən şərtlər daxilində qiymətləndirilə bilər. Ətraflı məlumatı www.wes.org saytından əldə edə bilərsiniz.
___________________
Kimlər üçündür?
Bu kvalifikasiya təşkilatlarda əməyin təhlükəsizliyi və sağlamlığının idarə edilməsi, təkmilləşdirilməsi və ya bu sahəyə rəhbərlik edilməsi üzrə məsuliyyət daşıyan şəxslər üçün nəzərdə tutulmuşdur.
Bu proqram aşağıdakı şəxslər üçün xüsusilə uyğundur:
- Karyerasını inkişaf etdirmək istəyən əməyin təhlükəsizliyi və sağlamlığı üzrə mütəxəssislər, məsləhətçilər və praktiki fəaliyyət göstərən peşəkarlar;
- İş yerlərində təhlükəsizlik və qanunvericiliyə uyğunluq üzrə məsuliyyət daşıyan rəhbərlər və nəzarətçilər (menecerlər və supervayzerlər);
- HSE sahəsində rəhbər vəzifələrdə işləməyi hədəfləyən peşəkarlar;
- Əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində Böyük Britaniyanın tənzimlənən RQF Level 6 kvalifikasiyasını əldə etmək istəyən şəxslər;
- Təhsilini OTHM Level 7 Diploma in Occupational Health and Safety Management proqramında və ya magistratura səviyyəsində davam etdirməyi planlaşdıran şəxslər.
Təlim nəticələri (Learning Outcomes)
Diplomu uğurla başa vuran iştirakçılar aşağıdakı bilik və bacarıqlara yiyələnəcəklər:
- Əməyin təhlükəsizliyi və sağlamlığı üzrə qanunvericiliyi və normativ tələbləri başa düşmək və praktikada tətbiq etmək;
- Əməyin təhlükəsizliyi və sağlamlığı siyasətlərini və idarəetmə sistemlərini hazırlamaq, tətbiq etmək və qiymətləndirmək;
- Peşəkar səviyyədə risk qiymətləndirilməsi aparmaq və hadisələri araşdırmaq;
- İş yerlərində mövcud təhlükələri müəyyən etmək və effektiv nəzarət tədbirləri təklif etmək;
- Təşkilatda müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına və inkişaf etdirilməsinə töhfə vermək;
- İş yerlərində təhlükəsizlik göstəricilərini izləmək, qiymətləndirmək və davamlı şəkildə təkmilləşdirmək;
- Əməyin təhlükəsizliyi və sağlamlığının idarə olunması üzrə rəhbərliyə strateji tövsiyələr vermək;
- Əməyin təhlükəsizliyi və sağlamlığı üzrə peşəkar mütəxəssis kimi yüksək səviyyəli səriştə nümayiş etdirmək.
Karyera və təhsil imkanları
Proqramı uğurla başa vuran məzunlar aşağıdakı imkanlardan yararlana bilərlər:
- OTHM Level 7 Diploma in Occupational Health and Safety Management proqramında təhsillərini davam etdirmək;
- Əməyin təhlükəsizliyi və sağlamlığı, HSE və əlaqəli ixtisaslar üzrə magistr proqramlarına müraciət etmək;
- HSE Manager, Safety Consultant, Auditor, Compliance Manager və digər rəhbər HSE vəzifələrində çalışmaq;
- Əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində peşəkar fəaliyyət göstərmək və daha yüksək məsuliyyətli vəzifələrə yüksəlmək.
Tədris proqramının modulları
OTHM Level 6 Diploma in Occupational Health and Safety proqramı 7 məcburi moduldan ibarətdir.
| Modul | Kredit |
|---|---|
| Əməyin Təhlükəsizliyi və Sağlamlığının İdarə Edilməsi Prinsipləri və Siyasəti | 8 |
| Əməyin Təhlükəsizliyi və Sağlamlığının İdarə Edilməsi Təcrübəsi | 10 |
| Risklərin və Hadisələrin İdarə Edilməsi | 8 |
| Müsbət Təhlükəsizlik Mədəniyyətinin Təşviqi | 6 |
| Təhlükəsiz İş Mühitinin Qorunub Saxlanılması | 12 |
| Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Qanunvericilik, Tənzimləmə və Təsir Mexanizmləri | 8 |
| Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Mütəxəssisin Peşəkar İnkişafı | 8 |
| Cəmi |
__________________
İştirakç üçün tələblər
Namizədlərin adətən aşağıdakı meyarlardan ən azı birinə cavab verməsi gözlənilir:
- Əlaqəli sahə üzrə NQF/QCF/RQF Level 5 kvalifikasiyası, diplomu və ya ona ekvivalent tanınmış kvalifikasiyaya malik olmaq;
- Risklərin idarə edilməsi, iş yerlərində təhlükəsizlik, əməyin təhlükəsizliyi və sağlamlığı üzrə qanunvericilik və təhlükəsizliyin idarə edilməsi prinsipləri kimi fundamental mövzuları əhatə edən kvalifikasiyaya sahib olmaq;
- Əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əhəmiyyətli iş təcrübəsinə malik olan yetkin namizədlər (adətən 21 yaş və yuxarı) də fərdi qaydada qiymətləndirilə bilərlər;
- İştirakçıların yaşı adətən 18 və ya daha yuxarı olmalıdır;
- Ana dili ingilis dili olmayan namizədlərdən ingilis dili biliklərini təsdiq edən sənəd təqdim etmələri tələb oluna bilər.
Təhsilin davam etdirilməsi imkanları
OTHM Level 6 Diploma in Occupational Health and Safety proqramını uğurla başa vurduqdan sonra iştirakçılar aşağıdakı istiqamətlər üzrə təhsillərini davam etdirə bilərlər:
- OTHM Level 7 Diploma in Occupational Health and Safety Management;
- Əməyin təhlükəsizliyi və sağlamlığı, HSE və digər əlaqəli ixtisaslar üzrə magistr proqramları;
- HSE Manager, Safety Consultant, Auditor, Compliance Manager və digər rəhbər HSE vəzifələrində peşəkar fəaliyyət.
Akademik ekvivalentlik
OTHM RQF Level 6 kvalifikasiyası praktik bilik, bacarıq və peşəkar kompetensiyaları özündə birləşdirən, akademik səviyyəsinə görə aşağıdakı kvalifikasiyalarla eyni səviyyədə qiymətləndirilən kvalifikasiyadır:
- Bakalavr (Honours) dərəcəsi;
- Bakalavr dərəcəsi;
- Professional Graduate Certificate in Education (PGCE);
- Graduate Diploma;
- Graduate Certificate.
Qeyd: Bu kvalifikasiya akademik səviyyəsinə görə bakalavr dərəcəsinə ekvivalent hesab olunsa da, özü bakalavr diplomu hesab edilmir.
Tədris müddəti
Proqram tam zamanlı təhsil formatında təxminən 2–3 ay ərzində başa çatdırılacaq şəkildə hazırlanmışdır. Bununla yanaşı, proqram qiyabi, məsafədən və qarışıq (blended learning) tədris formatlarına uyğun çevik şəkildə təşkil olunur.
HSE.AZ MMC olaraq iştirakçılara proqramı 4–6 ay ərzində tamamlamalarını tövsiyə edirik.
Əlavə məlumat
- Dərslər həftədə 2 dəfə keçirilir;
- Hər dərsin müddəti 2–3 saatdır;
- Təhsil proqramının minimum müddəti 2–3 ay təşkil edir;
- Yazılı tapşırıqların hazırlanması və qiymətləndirilməsi, eləcə də nəticələrin Böyük Britaniyadakı OTHM ofisinə göndərilməsi nəzərə alınmaqla proqramın ümumi müddəti 6 aya qədər davam edə bilər;
- Tövsiyə olunan ümumi tamamlama müddəti təxminən 6 aydır.
Tədris forması
- Əyani (Classroom)
- Canlı onlayn dərslər (Zoom platforması vasitəsilə)
Qiymətləndirmə və verifikasiya
Bu kvalifikasiyanın bütün modulları HSE.AZ MMC tərəfindən daxili qaydada qiymətləndirilir və OTHM tərəfindən xarici verifikasiyadan keçirilir.
Qiymətləndirmə əvvəlcədən müəyyən edilmiş təlim nəticələri və qiymətləndirmə meyarları əsasında aparılır. Hər bir modulu uğurla başa vurmaq üçün iştirakçılar bütün təlim nəticələrinə nail olduqlarını və qiymətləndirmə meyarlarını tam şəkildə yerinə yetirdiklərini sübut edən yazılı işlər təqdim etməlidirlər. Tapşırıqların qiymətləndirilməsi təyin olunmuş assessor tərəfindən həyata keçirilir.
Bu proqramda ənənəvi yazılı və ya test imtahanları keçirilmir.
Bunun əvəzinə iştirakçılar təqdim olunan praktiki tapşırıqları yazılı şəkildə yerinə yetirirlər. Proqram ümumilikdə 21 yazılı tapşırıqdan (Assignments) ibarətdir.
Təlim başa çatdıqdan sonra bütün tapşırıqlar yekun qiymətləndirmə üçün Böyük Britaniyada yerləşən OTHM mərkəzi ofisinə göndərilir.
Tanınma
Bu diplomu uğurla əldə edən şəxslər Institution of Occupational Safety and Health (IOSH) təşkilatının Certified Membership (CertIOSH) üzvlüyünə müraciət etmək hüququ qazanırlar.
CertIOSH statusunu əldə etdikdən sonra namizədlər Initial Professional Development (IPD) proqramına qoşula bilərlər. Bu mərhələdə onlar peşəkar bacarıqlarını Skills Development Portfolio vasitəsilə nümayiş etdirməlidirlər.
IPD proqramı tamamlandıqdan sonra namizədlər peşəkar müsahibədən (Professional Review Interview) uğurla keçdikləri halda IOSH Chartered Member (CMIOSH) statusuna müraciət etmək hüququ əldə edirlər.
Bundan əlavə, OTHM Level 6 Diploma in Occupational Health and Safety kvalifikasiyası Böyük Britaniyanın Office of Qualifications and Examinations Regulation (OFQUAL) tərəfindən rəsmi şəkildə tənzimlənən (OFQUAL Regulated) kvalifikasiyadır.
_________________________
Təhsilin davam etdirilməsi / Universitet imkanları
OTHM Level 6 Diploma in Occupational Health and Safety kvalifikasiyasını uğurla başa vuran iştirakçılar universitetlərin standart akademik qəbul tələblərinə cavab verirlər. Bununla belə, hər bir universitet namizədi öz daxili qəbul qaydalarına və əlavə tələblərinə əsasən fərdi qaydada qiymətləndirir.
OTHM kvalifikasiyaları Böyük Britaniyanın OFQUAL (Office of Qualifications and Examinations Regulation) tərəfindən təsdiq və tənzimləndiyi üçün məzunlar Böyük Britaniya və digər ölkələrdə fəaliyyət göstərən bir çox universitetdə aşağıdakı proqramlara müraciət edə bilərlər:
- Top-up Bachelor’s Degree proqramları;
- Magistr (Master’s Degree) proqramları;
- MBA proqramları.
Bir çox universitet əvvəlki təhsil və əldə olunmuş kreditləri nəzərə alaraq advanced standing (kreditlərin tanınması) tətbiq edə bilər. Qəbul şərtləri və kreditlərin tanınması hər bir universitetin daxili siyasətindən asılıdır.
Təsdiqlənmiş universitetlər
University of Greenwich (Böyük Britaniya)
- MSc Safety, Health and Environment
- MSc Occupational Hygiene
Edith Cowan University (Avstraliya)
- Graduate Certificate in Occupational Health and Safety
- Graduate Diploma of Occupational Health and Safety
Sertifikatlaşdırma
Proqramı uğurla başa vurduqdan sonra iştirakçılara elektron diplom (e-certificate) ödənişsiz təqdim olunur.
Diplomun çap olunmuş (hard copy) versiyasını əldə etmək istəyən iştirakçılar üçün əlavə ödəniş tətbiq edilir.
Diplom nümunəsi (yalnız nümayiş məqsədilə):
Ödəniş
OTHM Level 6 Diploma in Occupational Health and Safety proqramının ümumi təhsil haqqı 3,500 AZN təşkil edir.
Bu məbləğə aşağıdakılar daxildir:
- Tədris haqqı;
- OTHM imtahan/qeydiyyat haqqı;
- External Quality Assurance (EQA) haqqı.
Qeyd: Təhsil haqqını 6 ayadək faizsiz hissə-hissə (ödəniş planı) ilə ödəmək mümkündür.
Əlaqə
📞 +994 51 206 72 88 (WhatsApp aktivdir)
📞 +994 10 253 23 88 (WhatsApp aktivdir)
📧 E-poçt: info@hse.az