CIEH Qida təhlükəsizliyi səviyyə-3
QİDA TƏHLÜKƏSİZLİYİ
SƏVİYYƏ-3 KURSU
HSE.AZ MMC CIEH qida təhlükəsizliyi üzrə beynəlxalq kursları sizə e-learning / e-təlim formatında təqdim edir.
Kurs haqqında
Kurs kimə məxsusdur: CİEH (Chartered İnstitute of Environmental Health)
Kursun səviyyəsi: səviyyə 3 (intermediate)
Kursun dili: Azərbaycan
Kursun müddəti: tələbənin ayırdığı vaxtdan asılıdır. Bizim tövsiyyə etdiyimiz öyrənmə müddəti 15 saatdır.
Kursun modullarının sayı: 5
Kursun formatı: onlayn e-learning
Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir. Qida təhlükəsizliyi üzrə Səviyyə 3 menecer və supervayzerlər üçün nəzərdə tutulmuşdur. Standarta uyğun olaraq bütün iş yerlərində minimum 1 nəfərin qida təhlükəsizliyi səviyyə 3 üzrə təlimli olması tövsiyyə olunur.
Kurs kimlər üçündür?
- Qida sahəsində digərlərinə supervayzerlik və menecerlik edən şəxslər üçün
- “Foundation” – səviyyə 2-dən daha da inkişaf etmək istəyən şəxslər üçün
E-learning nədir?
E-learning onlayn sistemdir. Hansı ki, burada təlim şirkəti tərəfindən müxtəlif kurslar yerləşdirilir. Sizə qeydiyyat olunduğunuz kursa daxil olmaq üçün login/parol göndərilir. E-mailinizə gələn login/paroldan istifadə edərək e-learning sistemdə şəxsi kabinetinizə daxil olursunuz və qeydiyyat olunduğunuz kurs üzrə tədris alırsınız.
Siz istədiyiniz vaxt kursdan çıxıb-daxil ola bilərsiniz. İnternet bağlantısının olduğu istənilən yerdə istənilən cihazla (komputer, laptop, planşet, smartfon) kursu daxil ola bilərsiniz.
Sizin şəxsi kabinetiniz 24/7 əlçatandır.
E-learning kursun üstünlükləri?
- Bu formatda kurs sinif otağı kurslara nisbətən daha ucuzdur (məs: səviyyə-3 kursu sinif otağı olaraq 450 azn, e-learning olaraq isə 330 azn təşkil edir)
- Özünüzün işlərinizə uyğun olaraq təhsilinizi davam etdirə bilirsiniz.
- Kurs məkanına gəlmək üçün saatlarla yol gəlmək və ya yolda tıxacda qalmaq kimi probleminiz olmur.
- Evdə, işdə, ictimai yerlərdə – istədiyiniz hər yerdə kursa daxil ola bilərsiniz.
- Daha az enerji sərf edirsiniz və daha az karbon ayaq izinə (carbon footprint) sahib olursunuz ki, bununla da ətraf mühitin mühafizəsinə fərdi tövhənizi verirsiniz.
- Kurs zamanı hər hansı sualınız olarsa təlimçiyə mesaj yazmaq imkanınız olur.
CIEH Qida təhlükəsizliyi səviyyə-3 kursunun e-learning formatına dair bir neçə görüntü
Kursun modulları
• Modul 1: Qida təhlükəsizliyinə giriş
– Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər
– Qida təhlükəsizliyi üzrə zəif standartın nəticələri
– Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması
– Qida xəstəlikləri ilə bağlı məruzə olunan hadisələrdəki trendlər
– Qida təhlükəsizliyi üzrə supervayzerin vəzifələri və vəzifələrini uğurla yeriə yetirmək üçün tələb olunan bacarıqlar
– Qida sənayesində çalışan təşkilatlara olan hüquqi tələblər
– Qida sənayesi üzrə yerli və səlahiyyətli qurumların gücü və vəzifələri
– Müvafiq nəzarət orqanına dəstəkdə supervayzerin vəzifələri
– Qida təhlükəsizliyi üzrə tələblərin pozulmasına görə nəzərdə tutulan tədbirlər
• Modul 2: Qida sahəsində təhlükələr
– Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması
– Bakterial çirklənmənin müəyyən olunması
– Bakteriaların çoxlaması üçün şəraitlər
– Spore və toksinlər tərəfindən yaradılan risklər
– Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması
– Viruslar nədir və onlar bakteriadan necə fərqlənir
– “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları
– Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları
– Qida ilə bağlı xəstəliklərin mənbəyi və simtomları
– Metal, zəhərli bitki və balıqlar vasitəsilə xəstəliklərin yaranması
– Qida ilə bağlı məkanlarda allerginlərə nəzarət olunmasının vacibliyi və metodları
– Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
– Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
– Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər
• Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika
– Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları
– Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru
– İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru
– Qida biznesində təmiz prosesin getməsində məkanın dizaynı, tikintisinin rolu
– Həşəratlara nəzarətin vacibliyi və metodları
– Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.
• Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi
– HACCP sisteminin məqsədi
– HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər və system daxilində supervayzerin rolu
– HACCP prosesinin proseduru və ilkin mərhələləri
– Təhlükə analizinin aparılmasına olan tələblər və onun görüləcək tədbirləri prioritetləşdirmədə rolu
– Kritik nəzarət nöqtəsinin məqsədi və nəzarət limiti
– Kritik nəzarət nöqtəsinin monitorinqinə olan tələblər
– Kritik nəzarət nöqtəsi üzərində nəzarətin itirilməsi zamanı yerinə yetirilməli tədbirlər
– HACCP sisteminin təsdiq olunmasının vacibliyi və metodları
– HACCP sistemini inkişaf etdirmək üçün qida ilə məşğul olan bizneslərin əldə etməli olduğu məlumatlar
– Qida təhlükəsizliyinin idarə olunmasında HACCP sisteminin üztünlükləri
– HACCP sistemi əsasında qurulmuş qida təhlükəsizliyi diarəetmə sisteminin sənədləşdirilməsi üzrə alətlər
Modul 5: Qida təhlükəsizliyi təlimi
-Qida təhlükəsizliyi təlimi ilə bağlı tələblərin yerinə yetirilməsində supervayzerin vəzifələri
– Təlim qeydlərinin saxlanmasında supervayzerin vəzifəsi
– Qida təhlükəsizliyi prosedurunun effektiv kommunikasiya olunmasına əminlik
Kursun qiymətləndirilməsi
40 sualdan ibarət test əsaslı qiymətləndirmə
Kursu uğurla bitirən iştirakçılara CİEH Food safety level 3 (Intermediate certificate) üzrə sertifikat (pdf ağ-qara) təqdim olunur.