CIEHQida təhlükəsizliyi səviyyə-2

Baxış sayı:

QİDA TƏHLÜKƏSİZLİYİ

SƏVİYYƏ-2 KURSU

HSE.AZ MMC CIEH qida təhlükəsizliyi üzrə beynəlxalq kursları sizə e-learning / e-təlim formatında təqdim edir.

Kurs haqqında

Kurs kimə məxsusdur: CİEH (Chartered İnstitute of Environmental Health)

Kursun səviyyəsi: səviyyə 2 (təməl / baza)

Kursun dili: Azərbaycan

Kursun müddəti: tələbənin ayırdığı vaxtdan asılıdır. Bizim tövsiyyə etdiyimiz öyrənmə müddəti 10 saatdır.

Kursun modullarının sayı: 4

Kursun formatı: onlayn e-learning

 

Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 2 kursu qida sənayesində çalışan hər kəs üçün nəzərdə tutulmuşdur. Bu kursu bitirdikdən sonra siz istehlak üçün təhlükəsiz qidanın hazırlanması üzrə tələblərə yiyələnəcəksiniz.

Kurs kimlər üçündür?
• Qida ilə məşğul olan, onu hazırlayan, onu bişirən hər kəs üçün
• Əvvəlki bilik və bacarıqlarını yeniləmək istəyən şəxslər üçün
• Şirkətlər üçün: hansı ki, onların qida ilə məşğul olan işçiləri var

E-learning nədir?

E-learning onlayn sistemdir. Hansı ki, burada təlim şirkəti tərəfindən müxtəlif kurslar yerləşdirilir. Sizə qeydiyyat olunduğunuz kursa daxil olmaq üçün login/parol göndərilir. E-mailinizə gələn login/paroldan istifadə edərək e-learning sistemdə şəxsi kabinetinizə daxil olursunuz və qeydiyyat olunduğunuz kurs üzrə tədris alırsınız.

Siz istədiyiniz vaxt kursdan çıxıb-daxil ola bilərsiniz. İnternet bağlantısının olduğu istənilən yerdə istənilən cihazla (komputer, laptop, planşet, smartfon) kursu daxil ola bilərsiniz.

Sizin şəxsi kabinetiniz 24/7 əlçatandır.

 

E-learning kursun üstünlükləri?

  • Bu formatda kurs sinif otağı kurslara nisbətən daha ucuzdur (məs: səviyyə-2 kursu sinif otağı olaraq 300 azn, e-learning olaraq isə 220 azn təşkil edir)
  • Özünüzün işlərinizə uyğun olaraq təhsilinizi davam etdirə bilirsiniz.
  • Kurs məkanına gəlmək üçün saatlarla yol gəlmək və ya yolda tıxacda qalmaq kimi probleminiz olmur.
  • Evdə, işdə, ictimai yerlərdə – istədiyiniz hər yerdə kursa daxil ola bilərsiniz.
  • Daha az enerji sərf edirsiniz və daha az karbon ayaq izinə (carbon footprint) sahib olursunuz ki, bununla da ətraf mühitin mühafizəsinə fərdi tövhənizi verirsiniz.
  • Kurs zamanı hər hansı sualınız olarsa təlimçiyə mesaj yazmaq imkanınız olur.

 

CIEH Qida təhlükəsizliyi səviyyə-2 kursunun e-learning formatına dair bir neçə görüntü

Kursun modulları


• Modul 1: Qida təhlükəsizliyinə giriş

– Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər
– Qida təhlükəsizliyinin önəminin qavranılması
– Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması
– Qida ilə məşğul olan şirkətlərə / bizneslərə qanunvericiliyin tələbləri
– Qida təhlükəsizliyi təliminin vacibliyi

• Modul 2: Qida sahəsində təhlükələr
– Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması
– Bakterial çirklənmənin müəyyən olunması
– Bakteriaların çoxlaması üçün şəraitlər
– Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması
– Viruslar nədir və onlar bakteriadan necə fərqlənir
– “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları
– Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları
– Qida ilə məşğul olan işçilərin qida allergiyalarının qarşısının alınmasındakı rolu və vəzifələri
– Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
– Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
– Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər

• Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika
– Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları
– Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru
– İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru
– Həşəratlara nəzarətin vacibliyi və metodları
– Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.

• Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi
– HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər
– HACCP sisteminin məqsədi və prinsipləri

 

Kursun qiymətləndirilməsi 

20 sualdan ibarət test əsaslı qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CİEH Food safety level 2 (Foundation certificate) üzrə sertifikat (pdf ağ-qara) təqdim olunur.

 

Kursun qiymət: 220 azn

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.