NEBOSH IGC – Beynəlxalq Ümumi Sertifikat (e-learning)

Baxış sayı:

NEBOSH Peşə Təhlükəsizliyi və Sağlamlığında Beynəlxalq Ümumi Sertifikat kursu indi e-learning (onlayn / e-təlim) formatında HSE.AZ-da sizə təqdim olunur.

Kurs haqqında ümumi məlumat:

NEBOSH İGC Dünyada peşə təhlükəsizliyi və sağlamlığı üzrə qlobal olaraq ən çox üstünlük verilən kvalifikasiyalardan biridir. Bu kvalifikasiya istər işəgötürən, isər işçi üçün müəyyən üstünlükləri təmin edir (məs: səriştəli işçi heyətinə malik olmaq, karyera imkanlarını artırmaq, sağlamlıq və təhlükəsizliyi daha yaxşı diarə etmək, risklərə daha yaxşı nəzarət etmək və s)

 

Kvalifikasiyanın səviyyəsi:

Beynəlxalq səviyyədə NEBOSH İGC NQF (National Qualification Framework)-da səviyyə-3 üzrə kvalifikasiyadır.

 

İştirak üçün tələb:

NEBOSH İGC kursunda iştirak üzrə xüsusi bir tələb yoxdur. Lakin, NEBOSH tövsiyyə edir ki, kurs materialını daha yaxşı qavramaq və imtahanlarda uğurlu olmaq üçün İELTS 6 səviyyəsində İngilis dili bilik səviyyəsi olsun. Bundan başqa, bu kvalifikasiyaya müraciət etməzdən öncə tövsiyyə olunur ki, daha aşağı səviyyəli hər hansı sağlamlıq və təhlükəsizlik kursunda iştirak edəsiniz ki, minimum biliyə malik olasınız. Məsələn: İOSH “Təhlükəsiz idarəetmə”, NEBOSH “İş yerində sağlamlıq və təhlükəsizlik”. Bunlar tövsiyyədir, tələb deyil.

 

Kursun bölmələri:

Kurs iki bölmədən ibarətdir – İG1 və İG2.

  • İG1 əməyin mühafizəsinin idarə edilməsi – bura 4 element daxildir: 1) İş yerində sağlamlıq və təhlükəsizlik niyə idarə edilməlidir.  2) Sağlamlıq və təhlükəsizliyin idarə edilməsi sistemi. 3) Riskin idarə edilməsi.  4) Sağlamlıq və təhlükəsizliyin monitorinqi və performansın ölçülməsi
  • İG2 İş yerində risklərə nəzarət olunması – bura 7 element daxildir: 1) Fiziki və psixoloji sağlamlıq. 2) Əzələ-skelet sağlamlığı. 3) Kimyəvi və bioloji maddələr. 4) İş yerinin ümumi problemləri. 5) İş avadanlıqları. 6) Yanğın. 7) Elektrik

 

Kurs üzrə qiymətləndirmə:

  • İG1 üzrə qiymətləndirmə “Open Book Exam” tiplidir. Belə ki, siz imtahan günü onlayn platformada öz hesabınıza daxil olaraq imtahan suallarını yükləyəcəksiniz. Orada qeyd olunmuş ssenari əsasında sizə müəyyən suallar təqdim olunacaq. Siz 24 saat ərzində həmin suallara cavab yazaraq onlayn platformadakı hesabınızda NEBOSH-a göndərəcəksiniz.
  • İG2 üzrə qiymətləndirmə praktiki tapşırıq əsasında yerinə yetirilir. Belə ki, siz öz iş yerinizdə NEBOSH-un tələblərinə əsasən riski qiymətləndirəcəksiniz və kurs provayderinizə göndərəcəksiniz. Əgər, hazırda işləmirsinizsə, bu problem deyil. Biz sizə riskin qiymətləndirilməsini hansı sahə üzrə yaza biləcəyinizi izah edəcəyik.
  • İG1 üzrə keçid balı 100 ballıq sistem üzrə 45 baldır. İG2 üzrə keçid isə refer / pass sistemi ilə dəyərləndirilir.

 

E-learning nədir?

Bu onlayn platforma üzərindən kursun sizə təqdim olunduğu bir sistemdir. Siz, öz işlərinizə, planınıza uyğun olaraq istədiyiniz vaxt login/parol yazmaqla LMS-dəki (Learning Management System) hesabınıza daxil ola və kursa başlaya, kursu dayandıra, istədiyiniz vaxt davam etdirə bilərsiniz. E-learning metodunda siz təlimçi ilə birbaşa təmasda olmursunuz. Kurs sizə interaktiv formatda təqdim olunur. Hər hansı sualınız olarasa təlimçilər ilə əlaqə saxlaya bilirsiniz (mesaj / e-mail vasitəsilə).

E-learning sistemdə siz öz tədris prosesinizin hansı effektivliklə davam etdiyini görə bilirsiniz. Kursun elementləri arasında müxtəlif test əsaslı suallar yerləşdirilmişdir ki, bu da sizə tamamladığınız bölmələr üzrə biliyinizi yoxlamağa imkan verir.

Siz, həmçinin kurs materialını yükləyə və print edib oxuya bilərsiniz.

Bundan başqa, imtahan prosesinə hazırlığınız üçün burada bir neçə sınaq imtahanları yerləşdirilmişdir. Siz, bu imtahan vərəqlərini yükləyib cavab yazdıqdan sonra tutora göndərəcəksiniz. O isə, qısa müddət ərzində sizin imtahan cavablarınızı yoxlayıb sizə feedback ilə geri dönüş edəcək.

E-learning platformamızda siz həmçinin eyni kurs üzrə tədris alan digər tələbələrlə forum bölməsində kurs üzrə müzakirə apara bilərsiniz.

 

Kursun müddəti:

E-learning öyrənmə metodunda biz sizə sistemə 12 aylıq giriş imkanını təmin edirik. Siz, 12 müddətində kursu tamalaya və imtahanlarda iştirak edə bilərsiniz. E-learning 7/24 açıqdır və siz internetin olduğu istənilən yerdə profilinizə daxil olub tədrisinizi davam etdirə bilərsiniz.

 

Tutor dəstəyi:

E-learning tədris zamanı siz təyin olunmuş tutorlarla mesaj vasitəsilə əlaqə yarada bilərsiniz. Mümkün olan ən qısa zaman kəsiyində onlar sizin suallarınızı cavablandıracaqlar. Tutorlar həmçinin sistemdə yerləşdirilmiş müəyyən təlimatlarla sizə imtahanlarda uğurlu olmağın yollarını izah edəcəklər. İmtahan gününə kimi tutor dəstəyi mümkündür. İmtahan günü isə heç bir tutor sizin suallarınıza cavab verməyəcək. Əmin olun ki, tutorlar ilə uyğun müddətdə əlaqə saxlaya bilirsiniz. Əks təqdirdə, imtahan saatına az qalsa, onlar sizə cavab verməyə bilərlər.

Bu kurs üzrə NEBOSH tərəfindən təsdiq olunmuş tutorlar:

  • Vitaliy Mitrofanov
  • Rüstəm Abdullayev

 

NEBOSH prosedur və siyasətləri:

Aşağıdakı linkə daxil olaraq (və ya copy-paste edərək) NEBOSH-un prosedur və siyasətləri ilə tanış ola bilərsiniz

https://www.nebosh.org.uk/policies-and-procedures/

 

Bu kursdan sonra növbəti mərhələ:

NEBOSH İGC-ni uğurla tamamladıqdan sonra siz NEBOSH Beynəlxalq Diploma ilə təhsilinizi və karyera inkişafınızı davam etdirə bilərsiniz.

 

Ödənişlər:

  • Kursun qiyməti: 690 azn
  • İG1 üzrə imtahan qiyməti: 250 azn
  • İG2 üzrə imtahan qiyməti: 250 azn
  • Ümumi: 1190 azn

HSE.AZ MMC ƏDV ödəyici deyil. Əlavə hər hansı xərc yoxdur.

Qeyd: siz imtahan ödənişlərini öncədən ödəmək məcburiyyətində deyilsiniz. Kurs ərzində özünüzə əmin olsanız imtahanda iştirak üçün HSE.AZ-a müraciət edə bilərsiniz. Bu zaman imtahan ödənişi də yerinə yetirilməli olacaq.

 

HSE.AZ Sizə nə təklif edir?

  • 12 aylıq kursa giriş imkanı
  • Tutor dəstəyi
  • 6 aylıq hissəli ödəniş imkanı
  • Kurs materialını yükləmək imkanı
  • İmtahanlara qeydiyyat

HSE.AZ MMC NEBOSH-un Qızıl Öyrənmə Partnyorudur. Bu o deməkdir ki, biz NEBOSH-un öyrətmə üzrə bütün kriteriyalarına cavab verir və sizə ən yaxşı öyrənmə təcrübəsini təmin edirik.

 

Əlaqə vasitələri:

  • +994512067288 (zəng və WhatsApp)
  • info@hse.az (e-mail)
  • Sosial şəbəkələr: Facebook, Linkedin, İnstagram, Twitter – X, TikTok
Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.