Əməyin mühafizəsi idarəetmə sistemi üzrə yerli qanunvericiliyin tələbləri
Təlimin məqsədi:
Müəssisədə rəhbər işçilər (vəzifəli şəxslər) və digər şəxslər üçün Əməyin Mühafizəsi üzrə bilik və bacarıqlarının artırılması. (AR ƏM maddə. 219)
Təlim kimlər üçün nəzərdə tutulub:
İşəgötürən, Vəzifəli şəxslər, Əməyin Mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər, İR üzrə mütəxəssis və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs;
İştirakçılara AR Əməyin mühafizəsi norma və qaydalarını, Əmək Məcəlləsi çərçivəsində, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, müvafiq icra hakimiyyəti orqanlarının təsdiqlədiyi qaydalar, təlimatlar, digər normativlər və standartlar haqqında məlumat veriləcək.
Mövzu başlığı:
- ƏMİS dair ümumi məlumat;
- Əmək hüququnun əsas müddəaları;
- Əməyin mühafizəsi hüquqi əsasları;
- AR Əmək Məcəlləsi müvafiq maddələri;
- Müəssisədə əməyin mühafizəsinə dair işin təşkil edilməsi;
- Təhlükəli və zərərli istehsalat amilləri və onlardan müdafiə tədbirləri;
- İstehsalatada bədbəxt hadisələrin və peşə xəstəliyinin rəsmiləşdirilməsi və qeydiyyat qaydaları dair qısa məlumat;
- Təlimin qiymətləndirilməsi
Təlimin müddəti:
4 saat
Təlimin keçirildiyi dil:
Azərbaycan
Təlimçi:
Aqil Allahverdiyev