Hündürlükdə iş təhlükəsizliyi / Working at height safety

Baxış sayı:

HSE.AZ MMC sizə “Hündürlükdə iş təhlükəsizliyi” kursunu təqdim edir.

Hündürlüyün səviyyəsi, iş platformaları, səriştəli işçi heyəti, alət və təhlükəsizlik avadanlıqları, işin icrasına nəzarət, hava şəraiti və s hündürlükdə iş ilə bağlı düşünməli olduğunuz faktorlardandır.

Dünya üzrə hər gün çox sayda insan hündürlükdən yıxılaraq dünyasını dəyişir. Bu statistika xüsusilə tikinti sektorunda daha ciddidir. İşəgötürənin öhdəliyi təhlükəsiz iş yeri, iş metodu, alət və avadanlıq, təlim və nəzarəti təmin etməkdirsə, işçinin öhdəliyi şirkətin qayda qanunlarına əməl etmək, FMV-dən düzgün istifadə etmək, təlimdən öyrəndiklərini icra etmək, hər hansı bir təhlükə gördükdə işi saxlamaq və onu vaxtında məruzə etməkdir.

Kurs aşağıdakı mövzulardan ibarətdir:

▪︎Hündürlükdə iş təhlükəsizliyinin təqdim olunması

▪︎ Yerli və beynəlxalq qanunvericilik

▪︎ İşin İcrasına İcazə və Riskin qiymətləndirilməsinin tələbləri

▪︎ Taxtabənd / dəmirbənd təhlükəsizliyi

▪︎ Nərdivan təhlükəsizliyi

▪︎ MEWP (Mobile Elevated Working Platform) təhlükəsizliyi

▪︎ Trestle təhlükəsizliyi

▪︎ İş platformaları təhlükəsizliyi

▪︎ Asılmış taxtabənd / dəmirbənd təhlükəsizliyi

▪︎ Kövrək damlar, açıq yerlər, kənarların mühafizəsi

▪︎ Düşən əşya təhlükəsi

▪︎ Yıxılmadan mühafizə avadanlıqları

▪︎ Ankor nöqtələri

▪︎ “Life lines” (sığorta kanatları)

▪︎ Hündürlükdə iş üzrə xilasetmə avadanlıqları

 

Kursun müddəti: 6 saat

Təlimçi: Rəşad Bəkdəmirli

 

Qiymət: 130 azn

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.