SƏTƏM Peşəkarları üçün Yükqaldırma Əməliyyatları və Avadanlıqları təhlükəsizliyi
HSE.AZ MMC yeni təlim kursunu təqdim edir.
SƏTƏM Peşəkarları üçün Yükqaldırma Əməliyyatları və Avadanlıqları təhlükəsizliyi.
Kursun öyrətmə obyekti
- Bu kursun əsas məqsədi iştirakçıları yükqaldırma əməliyyatları və avadanlıqları üzrə əsas, təməl təhlükəsizlik məqamlarını öyrətmək, beləliklə iş yerində yükqaldırma əməliyyatları ilə bağlı insidentlərin baş verməsinin qarşısını almaq və ya riski azaltmaqdır.
- Kursun sonunda iştirakçılar yükqaldırma avadanlıqlarını seçən zaman əsas diqqət etməli olduqları məqamları, yükqaldırma əməliyyatlarınınd aha təhlükəsiz icrası üçün təməl bilikləri əldə edəcəklər.
Kursun məzmunu
- Mövzunun təqdimatı / giriş
- LOLER (Yükqaldırma Əməliyyatları və Yükqaldırma Avadanlıqları Nizamnaməsi 1998)
- Avadanlıq, qurğu, aksesuar anlayışları
- İlməkçi və işarəçinin (siqnalçı) əsas öhdəlikləri və təhlükəsizlik
- Kran operatorunun əsas öhdəlikləri
- Nizamlayıcı kəndir, çəki və konversiyalar
- Kommunikasiya metodları (əl siqnalları və radio kommunikasiya)
- Yükün mahiyyəti, gücü və onun stabilliyi
- İnsanları qaldırmaq üçün yükqaldırma avadanlıqları
- Qravitasiya mərkəzi (COG)
- Ətraflı yoxlanış və inspeksiya
- Yükqaldırma nöqətlərinin sertifikasiyası
- Yükqaldırma avadanlıqlarının işarələnməsi
- Yükqaldırma əməliyyatının planlaşdırılması və təşkili
- Parça, fibr, metal burazlar, zincirlər üzrə təhlükəsizlik
- Digər yükqaldırma aksesuarları üzrə təhlükəsizlik (hook, shackles, spreader beams, plate clamps, CCU lifting)
- Ümumi ilməkləmə (yük qoşmaq) təhlükəsizliyi və metodları, “padeye”lar və digər yük qoşma yerləri
- Kranların növü
- Kranların istifadədən öncə yoxlanışı
- Təhlükəsiz yük göstəricisi (SLI) / Load chart
- Yükün çəkisinin hesablanması
Kurs zamanı siz fərqli yükqaldırma aksesuarları ilə əyani tanış olacaq və onların seçilməsi, aksesuarlar üzrə əsas təhlükəsizlik məlumatlarını öyrənəcəksiniz.
Kurs ərzində kranın yoxlanışı üzrə vərəq (checklist), yükqaldırma planı və digər vəsaitlərlə təmin olunacaqsınız.
Kursun müddəti
- 1 gün (09.00 – 16.30)
Tədris dili
- Azərbaycan dili (və ya tələb əsasında İngilis dili)
Təlimçi
- Anar Hafizzadə
Qiymətləndirmə
- Kursun sonunda tələbələr 20 ədəd test əsaslı sual üzrə imtahanda iştirak edəcəklər
Kursun qiyməti
- 150 azn
Kursun qiymətinə daxildir
- Kurs materialı
- Yerli sertifikat (qiymətləndirmədə uğurlu olduğu halda)
- Çay və nahar fasiləsi
- Eko çanta
Əlaqə vasitələri
- info@hse.az
- +994512067288 / +994102532388