NSC Təhlükəsiz sürücülük / Defensive driving
“HSE.AZ” MMC ABŞ-ın Dünya üzrə məşhur “Milli Təhlükəsizlik Şurası / National Safety Council (NSC)”ın təsdiq olunmuş təlim mərkəzi və üzvü olmaqdan qürur duyur.
NSC 1913-cü ildə təsis olunmaqla artıq 100 ildən çoxdur ki, aktiv şəkildə fəaliyyət göstərir. NSC Birləşmiş Millətlər Təşkilatı, onun bir qurumu kimi Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra digər beynəlxalq institutlarla sıx əlaqə quran və onlar tərəfindən tanınan azsaylı təşkilatlardandır.
HSE.AZ-ın üzvlük tarixi: 06 Mart 2021
HSE.AZ-ın təlim mərkəzi kimi təsdiq olunması: 17 Mart 2021
HSE.AZ MMC NSC akreditasiyalı olduqca maraqlı, əhəmiyyətli bir kursu – “Təhlükəsiz sürücülük / Defensive driving” kursunu sizlərə təqdim edir. Hər il ölkəmizdə onlarla yol nəqliyyat hadisəsi baş verir ki, bunun da nəticəsində çox sayda insan həyatını itirir, xəsarət alır, ömürlük əlil qalır, əmlaka ziyan dəyir.
Fərdi olaraq siz öz hərəkətlərinizə cavabdeh olduğunuz halda, iş yerində sizin hərəkətlərinizə görə həm də işəgötürən məsuliyyət daşıyır. İşəgötürənin öhdəliyidir ki, sizi nəqliyyatı təhlükəsiz idarə etməklə bağlı təlimatlandırsın, işçi kimi sizin öhdəliyiniz odur ki, verilən təlimatın tələblərinə əməl edərək nəqliyyat vasitəsini təhlükəsiz idarə edəsiniz.
Bu kurs sizə nəqliyyat vasitəsini idarə etməyi öyrətmir!
“Təhlükəsiz sürücülük” kursu sizə nəqliyyat vasitəsini necə təhlükəsiz idarə etməyi öyrədir ki, nəticədə özünüz və ətrafınızdakı insanlar xəsarət almasın, əmlaka ziyan dəyməsin, şirkət zərər görməsin.
Kurs əsasən sürücü davranışına fokuslanıb.
Biz inanırıq ki, düzgün, təhlükəsiz yanaşma və davranış nümayiş etdirməklə bir çox qəzaların qarşısını ala bilərik.
Kurs aşağıdakı mövzulardan ibarətdir:
Modul 1
▪︎ Sürücü təhlükəsizliyinin hər kəsə təsir etdiyini anlamaq
▪︎ Şəxsi sürücülük davranışlarını və tendesiyasını müəyyən etmək
▪︎ Hər bir davranışın seçim olduğunu başa düşmək
▪︎ Risklə sürmək davranışlarını müəyyən etmək
▪︎ Toqquşmalara səbəb olan “6 ölümcül seçim”i müəyyən etmək
▪︎ Nəyin sizin nəzarətinizdə olduğunu müəyyən etmək
▪︎ Sizin nəzarətinizdən kənar olan vəziyyətlərdə necə təhlükəsiz sürməyi izah etmək.
Modul 2
▪︎ Təhlükəsiz sürməyi, toqquşmanın qarşısının alınması və NSC formulunun müəyyən edilməsi
▪︎ Fiziki, mental, emosional faktorkarın sizin nəqliyyatı idarə etməyinizə təsir etdiyi zaman təhlükəsiz sürmə texnikalarının müəyyən edilməsi
▪︎ Sürən zaman potensial təhlükələri tanımaq və “What if” strategiyasından istifadə edərək təhlükələrdən yayınmaq
▪︎ Təhlükəsizlik kəməri və digər məhdudlaşdırıcı vasitələr olmadan nəqliyyatı idarə etməyin riskləri
▪︎ “Nəqliyyat Təhlükəsizlik Sistemi”ndən effektiv şəkildə istifadəni müəyyən etmək.
Modul 3
▪︎ Sürət artırmağın risklərini tanımaq
▪︎ Ətrafınızdakı nəqliyyat vasitələrinə yaxın şəkildə sürməyin risklərini tanımaq
▪︎ “3 saniyə və 3 saniyə +” məsafə saxlamaq qaydasını müəyyən etmək
▪︎ İdarə etmə zamanı fikir yayınmaların (diqqətsizlik) növlərini müəyyən etmək
▪︎ Diqqətsiz sürməyin risklərini müəyyən etmək
Modul 4
▪︎ “Maddə istifadəsi”nin risklərini müəyyən etmək
▪︎ Yuxulu sürməyin risklərini müəyyən etmək
▪︎ Məhdud və yuxulu sürməkdən yayınmaq üçün təhlükəsiz, məsuliyyətli davranışları müəyyən etmək
▪︎ Müxtəlif şərait və vəziyyətlərdə müvafiq sürmək davranışlarını müəyyən etmək
▪︎ Çox-xətli yolların idarəedilməsi üçün prosedur.
Modul 5
▪︎ Yanlış dönmələrlə bağlı risklər
▪︎ Digər nəqliyyat vasitəsini ötmək üçün müvafiq prosedur
▪︎ Yol təmir işləri və tikinti təhlükələri
▪︎ Dəmir yolu və qatarları keçmək ilə bağlı texnikalar
Modul 6
▪︎ Sizi əhatə edən digər nəqliyyat növləri və onlara qarşı təhlükəsizlik texnikaları
▪︎ Digər nəqliyyat vasitələri ilə yolu təhlükəsiz böleşmək
▪︎ Piyadalar, velosipedçilər, yolu keçən heyvanlarla davranmaq
Modul 7
▪︎ Toqquşmanın 3 mərhələsi
▪︎ Səyahətdən əvvəl inspeksiya və onun mərhələləri
▪︎ Nəqliyyat vasitəsinin düzgün texniki xidmətinin vacibliyi
▪︎ Müxtəlif situasiyalarda qarşısı alına bilinən toqquşmaların müəyyən edilməsi
Modul 8
▪︎ Təhlükəsiz sürmək üçün 10 əsas vərdiş
▪︎ 6 ölümcül seçim
▪︎ Düzgün davranışın seçilməsinin vacibliyi
▪︎ Sizin sürücülük planınız.
Kursun müddəti: 6 saat
Təlimçi:
▪︎ Rəşad Bəkdəmirli