IOSH Təhlükəsiz idarəetmə
Azərbaycanın ilk sağlamlıq və təhlükəsizlik portalı olan “HSE.AZ” MMC sizlərə “Peşə Sağlamlığı və Təhlükəsizliyi İnstitutu – Institution of Occupational Safety and Health (IOSH)”nun “Təhlükəsiz İdarəetmə – Managing safely” kursunu təklif edir.
__________________________________________________________
“Təhlükəsiz idarəetmə” kursu kimlər üçündür:
• Sağlamlıq və təhlükəsizliyin əsaslarını öyrənmək istəyən, vəzifəsi idarəetməni tələb edən menecerlər, supervayzerlər, sağlamlıq və təhlükəsizlik sahəsində çalışan və digər şəxslər üçün nəzərdə tutulub.
Bu kursdan sonra Siz birdən-birə sağlamlıq və təhlükəsizlik üzrə mütəxəssis olmayacaqsınız, lakin iş yerlərinizdə mövcud olan və məsuliyyət daşıdığınız sağlamlıq və təhlükəsizlik məsələlərinin necə həll etməyi praktiki tapşırıqlarla öyrənəcəksiniz, bilikləri əldə edəcəksiniz.
__________________________________________________________
Təşkilatlar nə əldə edəcəklər:
• Sağlamlıq və təhlükəsizliyin ürəyi hesab edilən İOSH tərəfindən hazırlanmış yadda qalan kurs
• Uyğunlaşdırılabilən kurs – biznesinizə, iş saatlarına müvafiq olaraq tətbiq edilə bilən kurs
• Effektiv və səmərli öyrənmə – sağlamlıq və təhlükəsizliyin əsasları bir proqram çərçivəsində tədris olunur
• Menecerləriniz və supervayzerləriniz üçün beynəlxalq səviyyədə tanınan kurs və sertifikat
Kurs materialı Dünya miqyasında qeydə alınmış öyrənilmiş dərslər, insidentlər, faktlar və yadda qalan hadisələrlə iştirakçılara çatdırılır. Kurs materialında olan sadə nümunələr, yadda qalan ssenarilər, quizlər, oyunlar və xülasə əsas öyrənmə nöqtələrini (key learning points) iştirakçıların yaddaşında qalmasına yardım edir.
_________________________________________________________
İştirakçılar nə əldə edəcəklər:
• Təhlükəsiz idarəetmənin vacibliyini anlayacaq
• Riskləri, təhlükələri tanıyıb onları qiymətləndirə biləcək
• Risklərə necə nəzarət etməyi öyrənəcək
• İnsidentləri araşdırmağı bacaracaq
• Öz göstəricilərinizi ölçməyə imkan yaradacaq
• Ən yaxşı praktikanı öz fəaliyyətinizdə nümayiş etdirməyə sövq edəcək
Siz həm də, İOSH managing safely sertifikatına sahib olmaqla karyeranızda, yeni iş imkanalrının tapılmasına üstünlük əldə edə bilərsiniz.
_______________________________________________________
“Təhlükəsiz idarəetmə” 7 moduldan ibarət olmaqla aşağıdakı mövzuları əhatə edir:
• Təhlükəsiz idarəetmə anlayışının təqdim olunması
• Risklərin qiymətləndirilməsi
• Risklərə nəzarət edilməsi
• Təhlükələrin qavranılması
• Öhdəliklərin qavranılması
• İnsidentlərin araşdırılması
• Təhlükəsizlik göstəricilərinin ölçülməsi
________________________________________________________
Kursun sonunda iki fərqli qiymətləndirmə olacaq:
• Test əsaslı suallar
• Risklərin qiymətləndirilməsi praktiki tapşırğı
Qiymətləndirmədən uğurla keçən iştirakçılar beynəlxalq səviyyədə tanınan IOSH “Managing safely” sertifikatına sahib olacaqlar.
________________________________________________________
Qiymətə daxildir:
• 22 saatlıq beynəlxalq səviyyəli İOSH Təhlükəsiz idarəetmə kursu
• Original İOSH Təhlükəsiz idarəetmə kurs kitabı / tərcüməsi ilə bərabər (handout)
• Çay və nahar fasilələri (sinifotağı kurslarda və əgər 3 günlük formatda keçirilirsə)
• İOSH Təhlükəsiz idarəetmə sertifikatı
Kursun keçiriləcəyi saatlar iştirakçılarla razılaşdırılacaq.
________________________________________________________
Kursda iştirak edən hər bir tələbəyə kətan parçadan eko-çanta hədiyyə.
———————————————-
Kursun qiyməti 1: 425 azn (print kurs kitabı, print sertifikat ilə)
Kursun qiyməti 2: 355 azn (digital kurs kitabı, digital sertifikat ilə)