Baryerlər – barrier tapes
BARYERLƏR
Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!
Baryer lentləri üzərində parlaq iki fərqli rəngdən ibarət olan və xəbərdarlıq məqsədli lentlərdir. Hnası ki, bəzi hallarda siz, onları üzərində müəyyən sözlər də görə bilərsiniz – “Diqqət-Caution”, “Təhlükə-Danger”. İstənilən yerə getdikdə siz baryer lentləri ilə rastlaşa bilərsiniz. Bu lentləri siz qaynaq işləri yerinə yetirilən bir ərazidə də görə bilərsiniz, gediş-gəliş yolu üzərindəki çuxur ətrafında da… Ola bilər ki, küçədə siz bu tip baryerlərlə rastlaşsanız bu sizin üçün elə də əhəmiyyət kəsb etməz. Lakin, iş yerində təhlükəsizlikdən danışırıqsa, onda baryer lentlərinin (barricade tapes) ciddiyəti bir az da artır. Baryer lentləri hər hansı bir təklif deyil, onlar həyatı xilas edir.
OSHA (Occupational Safety and Health Administration – USA)-ya əsasən baryerlər “İnsanların və ya nəqliyyatın keçidini əngəlləyn” kimi tərif olunur.
Elektrik naqilləri, yüksək temperaturl siyirtmələr, hərəkət edən hissələr baryer tələb edən sadəcə bir-iki nümunədir.
Əksər insanlar baryerlərə laqeyd yanaşır, onlar arxasında gizlənmiş təhlükədən xəbərsiz olurlar.
OSHA tələblərinə əsasən baryerlərin rəng kodları aşağıdakı kimidir:
• Qırmızı/ağ – Yanğının qarşısının alınması və yanğından mühafizə avadanlıqları üçün
• Qara/ağ – səliqə-səhman, təmizlik işləri üçün və korridorların işarələnməsi üçün
• Açıq-bənövşəyi/sarı – radiasiya təhlükələri üçün
• Yaşıl/sarı – təhlükəsizlik və ilk yardım üçün
• Mavi/ağ – Nasaz maşın və mexanizmlər üçün
• Narıncı/ağ – Nəqliyyat və “diqqət” xəbərdarlığı üçün
• Qara/sarı – Fiziki təhlükələr üçün
Unutmayın!
Baryer lentlərindən fiziki müdafiə üçün istifadə etmək olmaz!
Baryer lentləri sizi yalnız müəyyən işdən, təhlükədən xəbərdar edir.