Hovuzda elektrik cərəyanı təhlükəsi

17 July 2024
Baxış sayı:

Hovuzda elektrik cərəyanı təhlükəsi⚠️⚡️

Xüsusilə yay mövsümündə hovuzda çimmək istəyən şəxslər və hovuz sahibləri (həmçinin istirahət mərkəzlərinin sahibləri, təhlükəsizliyə cavabdeh şəxslər) elektrik təhlükəsizliyinə diqqətlə yanaşmalıdırlar.

Hovuz üçün əsas elektrik təhlükələri nə ola bilər❓️
🔸️Sualtı işıqlandırmalar

🔸️Elektrik hovuz avadanlığı – nasoslar

🔸️Elektrik uzadıcıları, elektrik yuvaları

🔸️TV, radio və digər elektrik əşyaları

🔸️Hovuzun üzərindən keçən elektrik naqilləri və s.

Bəzi məqamları qeyd edək⤵️

🔹️Düzgün işləməyən, yanıb-sönən və ya fasilələrlə işləyən sualtı işıqlara diqqət yetirin.

🔹️Hovuzda üzən zamanı yüngül “elektrik qıdıqlanması” hissi yaranarsa, dərhal indiki istiqamətdə üzməyi dayandırın, mümkün qədər tez sudan çıxın.

🔹️Metal nərdivan və ya relslərdən / tutacaqlardan istifadə etməyin. Metala toxunmaq şok riskini artıra bilər.

🔹️Təhlükə hiss edildiyi an dərhal elektrik cərəyanı təchizi təcrid olunmalı və araşdırma aparılmalıdır.

🔹️Hovuz sahibləri:

– həmişə standartlara cavab verən elektrik cihaz və avadanlıqlarından istifadə edin.

– Əmin olun ki, quraşdıracağınız elektrik cihazları sizin hovuzunuz (spa, hamam) üçün uyğundur.

– Mütəmadi olaraq hovuz ətrafında və daxilində quraşdırılmış elektrik avadanlıqlarını təftiş edin, texniki xidməti yerinə yetirin.

– Əmin olun ki, bu işləri düzgün yerinə yetirən səriştəli elektrik işçiniz var.

– Hovuz üzərindən keçən elektrik dirəklərinə birləşdirilmiş elektrik xəttlərinin təhlükəsiz məsafədə olduğuna əmin olun. Bununla bağlı narahatlığınız varsa, müvafiq dövlət qrumuna müraciət edə bilərsiniz.

– Hovuz üçün quraşdırılmış elektrik sistemində uyğun təhlükəsizlik cihazının quraşdırıldığına əmin olun (yanlış elektrik cərəyanı axını zamanı enerjinin təcridi üçün. Məs: RCD / GFCI)

– Elektriklə işləyən cihaz / avadanlıqları su hövzəsindən kənar saxlayın. Yaxşı olardı ki, batareya ilə işləyən cihazlardan istifadə edin. Ümumiyyətlə, hovuz ərazisinə elektrik cihazlarının gətirilməsi də qadağa oluna bilər.

– İstirahət mərkəzlərinə gələn qonaqların maarifləndirilməsi üçün müəyyən tədbirlər yerinə yetirin (məs: kiçik təlimatlandırma, məlumat vərəqlərində elektrik təhlükəsizliyi ilə bağlı məlumatlara yer vermək)

– Hovuz, spa salonları, hamam otaqları ətrafında elektrik təhlükəsizliyi ilə bağlı poster və nişanları yerləşdirin.

– Elektrik şoku keçirən şəxsi xilas etmək üçün prosedurunuzun, təlimli komandanızın olduğuna əmin olun.

– İlk yardım qaydalarını komanda üzvlərinə təmin edin, təlimləndirin.

– Xilasetmə avadanlıqlarınızın olduğuna əmin olun (məs: fiberglas xilasetmə qarmağı)

– İlkin reanimasyon tədbirləri yerinə yetirmək üçün AED (Avtomatik Xarici Defibrilyator) cihazı təmin edə bilərsiniz. Lakin, komanda üzvlərinizin ondan düzgün istifadə qaydalarını bildiyinə əmin olun.

Hər birinizə təhlükəsiz, xoş istirahət arzu edirik.