İSO 45001 standartı haqqında qısa məlumat – İnformation about İSO 45001

31 August 2020
Baxış sayı:

ISO 45001 STANDARTI HAQQINDA QISA MƏLUMAT

İş yerlərində sağlamlıq və təhlükəsizlik bir çox müəssislərin narahatlıqlarından biridir. İSO 45001 bütün Dünya üzrə işçilərin qorunmasının ən yaxşı minimum standartını tətbiq edir.

BƏT (Beynəlxalq Əmək Təşkilatı) –in yaydığı statistikaya əsasən hər il Dünyada baş verən peşə xəstəlikləri və qəzaları nəticəsində 374 milyon ölümlə nəticlənməyən qəza və xəstəliklər baş verir, 2.78 milyon isə baş verən qəza və xəstəliklər nəticəsində dünyasını dəyişir. Bunun işçilərin ailəsi və ümumilikdə cəmiyyətə təsirləri ilə yanaşı, müəssisələrə və ölkə iqtisadiyyatına xərc baxımından mənfi təsirləri vardır.

İSO 45001 Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi sağalamlıq və təhlükəsizlikdə ilk beynəlxalq standartdır. Bu standart təhlükəsizliyi inkişaf etdirmək, iş yerlərində riskləri azaltmaq və rifah və sağlamlığı genişləndirmək üçün bir çərçivə təyin edir, eyni zamanda müəssisələrə özlərinin SƏTƏMM perormanslarını proaktiv şəkildə inkişaf etdirməsinə imkan yaradır.
İSO 45001 kimlər üçündür? – Bu standart miyasından, sənaye və biznesin mahiyyətindən asılı olmayaraq bütün təşkilatlar üçündür. Bu standart müəssisədə mövcud olan idarəetmə standartları ilə də inteqrə olunmuş şəkildə tətbiq olunmağa uyğundur.

İSO 45001-in üstünlükləri nədir?
• İş yerlərində insidentlərin sayının azaldılması
• İşşilərin işdən yayınma və müəssisəni tərk etmələrinin sayının azaldılmasına, beləliklə məhsuldarlığın artırılmasına
• Sığorta xərclərinin azaldılmasına
• İşçilərin sağlamlıq və təhlükəsizliklə bağlı aktiv iştirak etmələri üçün onların müsbət təhlükəsizlik mədəniyyətinin yaradılması ilə həvəsləndirilməsinə
• Sağlamlıq və təhlükəsizliklə bağlı performansın inkişaf etdirilməsində yuxarı rəhbərliyin qətiyyətli liderlik öhdəliklərini nümayiş etdirməsinə
• Hüquqi və nizmalayıcı tələblərə əməl edilməsinə
• Müəssisəsnin reputasiyasının artırılmasına
• Xoşbəxt işçi heyətinin formalaşdırılmasına

İSO 45001-i digər standartlardan fərqləndirən cəhətlər hansılardır?
Bu standart mövcud olan digər standartları – OHSAS 18001, OHSM, İLO-OSH 2001 və digər müxtəlif milli standartların və BƏT-in mövcud konvensiyalarını nəzərə almaqla inkişaf etdirilmişdir. İSO 45001 risk əsaslə yanaşmanı qəbul etməklə davamlı inkişafın effektivliyini vurğulayır. Bu standart 70 ölkənin peşəkar ekspertləri tərəfindən formalaşdırılmışdır. Bu standart əvvəldə də qeyd etdiyimiz kimi digər standartlarla intqerə olunmuş formada tətbiq oluna bilər. Xüsusilə İSO 14001 (Ətraf mühitin idarəedilməsi standartı) ilə tanış olan şirkətlər İSO 45001-in tətbiqində çətinlik çəkməyəcəklər.

Sertifikasiya.
Qeyd edək ki, bu standart üzrə sertifikatlaşdırılma şirkətlərin qarşısında bir tələb kimi qoyulmur (digərlərindən fərqli olaraq). Lakin, 45001 üzrə sertifikatlaşdırılmanız sizin bu standartın tələblərinə cavab verdiyinizi əhatənizdəkilər nümayiş etdirmək üçün yaxşı imkan olacaq. Baxmayaraq ki, fərqli standartlardır, lakin, əgər sizin OHSAs 18001 standartınız varsa, bu o deməkdir ki, siz artıq 45001-i tətbiq etmək üçün müəyyən alətlərə və sistemə maliksiniz.

İSO 45001-i tətbiq etmək üçün necə başlamaq lazımdır?
Bəzi kiçik informasiyalar:
1. İlk öncə şirkətinizin SƏTƏMM üzrə bütün kontekslərini, şirkətinizə gözlənilən mümkün daxili və xarici faktorları nəzərə almaqla düzgün ANALİZ aparın.
2. Sistemin əhatə dairəsini müəyyənləşdirin, bu sitemlə nəyə çatmaq istədiyinizi bu məqmada nəzərə alın.
3. Şirkətinizin SƏTƏMM siyasətini və məqsədlərini müəyyənləşdirin.
4. Vaxt müəyyən edin – sistemi və planı tətbiq etmək və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün bir çərçivə.
5. Standartı tətbiq etməzdən öncə səriştəlilik və resurslar kimi boşluqları müzakirə edin.